
Qarşıdakı 2 il müddətinə Mingəçevir Yüksək Texnologiyalar Parkının (YTP) rezidenti olan hüquqi şəxs və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs tərəfindən ölkəyə gətirilən bir neçə məhsullar gömrük rüsumlarından azad olunub.
“AVESTA.AZ” xəbər verir ki, bu barədə “Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli Qərarına edilən dəyişikliklərdə qeyd olunub.
Bu məqsədlə qərara 4.23-1-ci bənd əlavə edilib.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən təqdim edilən siyahıya əsasən 15 xarici iqtisadi fəaliyyətin mal nomenklaturası (XİFMN) üzrə gətirilən mallar 2025-ci ilin avqustun 28-dək gömrük rüsumundan azad edilib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.