22-02-2023, 14:39 555

Dövlət Komitəsinin sədri USAİD nümayəndəsi ilə Böyük Qayıdış prosesini müzakirə edib

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Humanitar Yardım Bürosunun Regional Humanitar məsləhətçisi Duqlas Merkado ilə görüşüb.

Bu barədə "Report"a Dövlət Komitəsindən məlumat verilib.

Qonağa Ermənistanın işğalçılıq və deportasiya siyasəti nəticəsində qaçqın və məcburi köçkünlük həyatı yaşamağa məcbur olan bir milyondan çox azərbaycanlının vəziyyəti, onların problemlərinin həlli istiqamətində həyata keçirilən dövlət tədbirləri haqqında ətraflı məlumat verilib.

Bildirilib ki, məcburi köçkünlər hər zaman dövlətin diqqət və qayğısı ilə əhatə olunub, Prezident İlham Əliyev məcburi köçkünlərin sosial problemlərinin həllini sosial siyasətin prioritet istiqamətlərindən biri kimi müəyyən edib. Bu kateqoriyadan olan soydaşlarımızın yaşayış şəraitinin yaxşılaşdırılmasına, sosial müdafiəsinin səmərəli təşkilinə dövlətimizin başçısının xüsusi diqqət yetirdiyi, problemlərinin həlli istiqamətində məqsədyönlü iş aparıldığı diqqətə çatdırılıb. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın onların problemlərinin həllinə daim həssaslıq və təsirli dəstək göstərdiyi, onun bu sahədə təşəbbüslərinin mühüm əhəmiyyət kəsb etdiyi və məcburi köçkünlərdə dərin razılıq hissi doğurduğu bildirilib.

Beynəlxalq təşkilatların qaçqınlar və məcburi köçkünlərlə bağlı layihələr həyata keçirdiyi, münaqişənin ilk illərindən dəstək olduqları məmnunluqla qeyd olunub.

Qeyd olunub ki, 2020-ci ildə Ermənistanın işğalına son qoyulması və ərazilərimizin işğaldan azad edilməsindən sonra qaçqın və məcburi köçkünlərin beynəlxalq hüququn prinsiplərinə əsasən, könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına şərait yaranıb. Məcburi köçkünlər arasında aparılan sorğular zamanı onların böyük əksəriyyəti qayıtmaq istədiyini bildirib, lakin işğal dövründə Azərbaycan ərazilərində hərbi təyinatı olmayan torpaqların belə minalanması və Ermənistanın mina xəritələrini təqdim etməməsi Böyük Qayıdış prosesini ləngidir.

Qarabağ və Şərqi Zəngəzurun ən abad guşələrdən birinə çevrilməsi və məcburi köçkünlərin dayanıqlı məskunlaşmasının təmin edilməsi üçün dövlət tərəfindən irimiqyaslı layihələr həyata keçirilir. “Ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyası əsasında, müasir standartlara cavab verən yeni yaşayış sahələri salınır. Zəngilan rayonunun Ağalı kəndində salınmış “ağıllı kənd”ə bu günədək 66 ailə köçürülüb, yaxın günlərdə isə növbəti ailələrin köçürülməsi həyata keçiriləcək.

ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Humanitar Yardım Bürosunun Regional Humanitar məsləhətçisi Duqlas Merkado səmimi qəbula görə təşəkkür edib. Azərbaycan dövlətinin məcburi köçkünlərin qayıdışı ilə bağlı həyata keçirdiyi işlərin təqdirəlayiq olduğunu qeyd edib. Doğma yurduna qayıtmağa hazırlaşan insanların mina təhlükəsi ilə üzləşməsini böyük faciə adlandırıb, bu təhlükənin aradan qaldırılmasına beynəlxalq təşkilatların dəstək verməsinin vacibliyini bildirib.

Görüşdə məcburi köçkünlərin məşğulluğuna dəstək, qadınlarla və gənclərlə bağlı birgə tədbirlərin keçirilməsi, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Paylaş

Xəbər lenti

Polis "Sabah" – "Barselona" oyunu ilə əlaqədar gücləndirilmiş rejimdə xidmət aparıb Bu gün, 08:49 Azərbaycan və Litvanın XİN rəhbərləri "Sabah" – "Barselona" matçını birlikdə izləyiblər Bu gün, 08:49 Dambrauskas: Futbolçularımın meydanda nələr yaşadığını təsəvvür edə bilirdim Bu gün, 08:49 Flik: "Sabah"ın "Barselona" ilə matçda itirəcəyi heç nə yox idi Bu gün, 08:48 Sosial müəssisədə doqquz gündür istilik yoxdur? Bu gün, 08:48 Bakıda bu ərazidə fərdi evlər SÖKÜLƏCƏK - 3 min manat kompensasiya... Bu gün, 08:48 Qazaxda evdə partlayış olub: Ana və oğlu xəsarət aldılar Bu gün, 08:48 Kəmalə Qaramollayevanın "Dünyam" konsertindən GÖRÜNTÜLƏR Bu gün, 01:48 Avropa Komissiyası ABŞ-nin Aİ ilə bağlı istehsal iddiasını rədd edib Bu gün, 01:48 Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər Bu gün, 01:48 Cəlilabad rayonunun bir hissəsi susuz qalıb Bu gün, 01:48 Çətin dağ yolları və mina təhlükəsi: Ordunun Kəlbəcərə hərəkəti üçün hansı hazırlıqlar görüldü? Dünən, 23:48 "TikTok"dan 10 min şitil aldı, 60 min ziyana düşdü: "Kimə göstərdim, pomidora yaxın durmadı" Dünən, 23:48 Elçin Məsiyev dünya çempionatına təyinat aldı Dünən, 23:48 Monteneqro Prezidenti 2027-ci ildə Azərbaycana səfər edəcəyini təsdiqləyib Dünən, 23:48 Azərbaycanda qadını vəhşicəsinə döyən şəxs polis tərəfindən saxlanılıb Dünən, 23:48 ABŞ-də lotereyada 1 milyon dollar qazanan miqrant saxlanıldı Dünən, 23:48 UEFA Çempionlar Liqası: "Sabah" "Barselona" ilə matçda fərqi azaldıb Dünən, 23:48 Qarlı və buzlu yolda sürücülər üçün 8 vacib qayda Dünən, 23:48 Azərbaycanda qadın vəhşicəsinə döyüldü: Pəncərəsinə daş atıldı Dünən, 22:48 Moskvada Qod Nisanovun yeni beşulduzlu hotelinin açılışı olub Dünən, 22:48 "Sabah" - "Barselona" qarşılaşmasında hesab açıldı Dünən, 22:48 "Sabah" - "Barselona" matçında stadiona girişdə problem yaranıb Dünən, 22:48 Azərbaycanda bu şəxslərin evləri TƏMİR EDİLƏCƏK Dünən, 22:48 Mətanət İsgəndərli: "Kəmalə Qaramollayeva belə davam etsə, dünya səhnələrinə çıxacaq" Dünən, 21:48 "200 min pul vermişəm": İcra hakimiyyəti Digahda yolu satıb? Dünən, 21:48 İranda saxta spirtli içkidən 20 nəfər ölüb Dünən, 21:48 Həkimdən xəbərdarlıq: Dərman qəbul edənlər alkoqoldan uzaq durmalıdır Dünən, 21:48 "Sabah" - "Barselona" qarşılaşması start götürdü Dünən, 21:48 Azərbaycanda palçıq vulkanı püskürdü Dünən, 21:48 PA-nın Vətəndaş Qəbulu Mərkəzində dekabr ayı üçün qəbul cədvəli açıqlandı Dünən, 20:48 Güclü küləklə bağlı xəbərdarlıq Dünən, 20:48 Bakı Olimpiya Stadionu tarixi oyuna hazırdır Dünən, 20:48 Əhaliyə ŞAD XƏBƏR - 3 milyon vətəndaşın gəliri artacaq Dünən, 20:48 Kəmalə Qaramollayeva: "Bu konsertə 5 ay hazırlaşmışıq" Dünən, 20:48 Bakıda üç şəhər poliklinikası TƏMİR OLUNACAQ Dünən, 19:48 Türkmənistan Orta Dəhlizin inkişafına özəl investisiyalar cəlb etmək niyyətindədir Dünən, 19:48 Rahim Sterlinqin cəzası məlum oldu Dünən, 19:48 "Black Friday" - Saxta endirim edənləri hansı cəza gözləyir? Dünən, 19:48 Bu ilin sonuna qədər dövlət sifarişi əsasında çəkilən 3 film təqdim olunacaq Dünən, 19:48 Bakıda avtobuslar üçün nəzərdə tutulan xüsusi svetofor istifadəyə verilib Dünən, 18:48 İdman yarışlarının maliyyələşdirilməsi qaydaları üzrə yeni normalar müəyyənləşib Dünən, 18:48 PAŞA Bank və Deloitte Private "Best Managed Companies Azerbaijan 2027" proqramı üzrə növbəti əməkdaşlıq müqaviləsini imzalayıb Dünən, 18:48 BRAVO supermarketlər şəbəkəsi böyük brendləri bir araya gətirdi: Tərəfdaşlar üçün yeni reklam və əməkdaşlıq imkanları təqdim edildi Dünən, 18:48 Xalq artisti Elmira Şabanova vəfat etdi Dünən, 18:48 Sumqayıt bulvarında dənizdə batan şəxsin meyiti tapıldı Dünən, 17:48 Bakıda küləyin sürəti 22 m/s-dir, bəzi rayonlara qar yağır - Faktiki hava Dünən, 17:48 Yasamalda narkotik istifadəçiləri saxlanıldı - ANBAAN VİDEO Dünən, 17:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR