
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti martın 28-də saat 10:00-da "Dəmirbank" ASC-ə məxsus 4 fərdi yaşayış evin satışı üzrə hərrac keçiricək.
Bu barədə "Report"a Dövlət Xidmətindən bildirilib.
Hərraca çıxarılacaq evlərin start qiyməti 2,05 milyon - 2,225 milyon manat arasında dəyişir. Belə ki, banka məxsus 3 mərtəbəli, 5 otaqlı 3 fərdi yaşayış evi 2,2 milyon manat, 2,25 milyon manat və 2,05 milyon manata, 2 mərtəbəli, 5 otaqlı 1 fərdi yaşayış evi 2,2 milyon manata satışa çıxarılır.
Start qiymətinin 10 %-i beh olaraq ödənilməlidir.
Bu əmlakların ümumi dəyəri 8,7 milyon manat təşkil edir.
Hərrac Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında keçiriləcək.
Xatırladaq ki, “DəmirBank” ASC-nin lisenziyası Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının qərarına əsasən 23 dekabr 2017-ci ildən ləğv edilib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.