
Aparıcı Zülfiyyə Bayramova sosial şəbəkə paylaşımı ilə diqqət çəkib.
O, instaqram hesabında oğlu Nahidlə fotosunu yayımlayıb. Bayramova həmin şəkili onun hərbi geyiminin cibindən tapdığını bildirib:
"Bu şəkili bu gün oğlumun əsgərlik paltarını yığanda cibindən tapdım. Soruşanda cavabı məni kövrəltdi. Dedi ki, "Hərbi xidmətin birinci günündən sonuncu gününə qədər bu şəkil mənə güc verdi".
Sənin vətən sevginə də, ana sevginə də qurban olaram.
Bir saatdı oturub bu şəkilə baxıram".

© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.