
Tərtər və Laçın Rayon Polis Şöbələrinin əməkdaşları işğaldan azad edilən ərazilərdə keçirdikləri nəzarət profilaktik tədbirlər zamanı erməni hərbi birləşmələrinin tərk etdikləri mövqelərdən xeyli silah-sursat tapıb.
Bu barədə "Report"a DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.
Qeyd olunub ki, Tərtər rayonunun Talış kəndi ərazisində 1 ədəd tank əleyhinə idarə olunan raket sistemi, 17 müxtəlif təyinatlı mərmi, Laçın rayonunun Qarıkaha kəndində isə 3 əl qumbarası aşkar edilərək aidiyyatı üzrə təhvil verilib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.