26-02-2023, 16:55 618

Ankarada “Kədərdə, qədərdə çiyin, çiyinə” adlı anım tədbiri keçirilib 

Fevralın 26-də Ankarada Azərbaycan Respublikasının Türkiyədəki Səfriliyinin və Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun (TADİV) təşkilatçılığı ilə "Kədərdə, qədərdə çiyin, çiyinə” adlı tədbir keçirilib.

“Report”un Ankara Bürosunun xəbərinə görə, TADİV Şuşa Konqres mərkəzində keçirilən tədbirdə Xocalı qurbanlarının, eləcə də bu il fevralın 6-da Türkiyənin 10 vilayətində baş vermiş ağır zəlzələdə həyatlarını itirən qardaş ölkənin çoxsaylı vətəndaşları yad edilib, sonra Azərbaycan və Türkiyə himnləri səsləndirilib. Hər iki faciədə şəhid olanların əziz xatirəsinə ehtiram olaraq, Qurani-Kərim ayələri oxunub.

Tədbirdə Ankara Universitetinin rektoru Necdet Univar, AKPartiya İstanbul millət vəkili, Türkiyə-Azərbaycan Parlametlərarası Dostluq Qrupunun rəhbəri Şamil Ayrım, Azərbaycan Milli Məclisin deputatları Kəmallədin Qafarov və Anar Məmmədov, Azərbaycanın Türkiyədəki Səfirliyinin müşaviri Eldar Əliyev, Ankara Universitetinin rektoru Necdet Ünivar, Türkiyənin Dini İşlər üzrə Ali Şurasının sədri professor Abdurrahman Haçkalı iştirak ediblər.

Sonra Xocalı faciəsi barədə və fevralın 6-da Türkiyədə baş verən dağıdıcı zəlzələnin ağır nəticələri haqqında ümumi məlumat verilib.

Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin üzvü, azərbaycanlı professor Aygün Attar bildirib ki, Xocalı faciəsini, günahsız insanların qətlini 31 ildir Azərbaycan əhalisi qədər Türkiyə ictimaiyyəti də necə ürək yanğısı ilə anırsa, Türkiyədə zəlzələdə itkilərin ağrısını da Azərbaycan xalqı eləcə dərin kədər hissi, ürək yanğısı ilə yaşamaqdadır.

Xocalı soyqırımına siyasi qiymət verilməsi, soyqırımının dünya birliyi tərəfindən tanınması proseslərindən bəhs edən professor diqqətə çatdırııb ki, Ermənistan təkcə Xocalı soyqırımını törətməyib, eyni zamanda, otuz il işğal altında saxladığı Azərbaycan torpaqlarında bütün tikililəri dağıdıb, meşələri yandırıb, məhv edib, yeraltı və yerüstü sərvətləri talayıb, su mənbələrinə və təbiətə qarşı sistemli terror törədib.

İşğalçı Ermənistanın Azərbaycan xalqına qarşı yalnız Xocalı soyqırımını deyil, çoxsaylı cinayətlər törətdiyini xatırladan səfirin müşaviri Eldar Əliyev bildirib ki, bu cinayətlər 44 günlük Vətən müharibəsində müasir dünyanın gözü qarşısında ən ağır formalarda davam edib. Müşavir deyib ki, Türkiyənin bu ağır günlərində Azərbaycan Türkiyənin yanında olub və bundan sonra da hər şəkildə dəstək verməyə hazırdır.

AKPartiya İstanbul millət vəkili Şamil Ayrım da deyib ki türk xalqları bir-birinə dəstək verərək daha mübariz olmalıdır:

“Bir olsaq, təhdid və risklərə qarşı daha təsirli tədbirlər görərik”.

Şamil Ayrım bildirib ki, Ermənistanın işğalı nəticəsində Azərbaycanın təkcə əhalisi deyil, bu ölkənin infrastrukturu, yaşayış məskənləri ağır artilleriya və raketlərlə hədəf alınıb. Lakin bütün bu vəhşiliklərə sinə gərən Azərbaycan savaşdan üzüağ və qalib çıxıb və ona görə də o, bu gün “Xocalıya ədalət” istəyir.

Rektor Necdet Ünivar Türkiyənin təbii fəlakət zamanı hər zaman olduğu kimi yenə də Azərbaycanın yanında olduğuna görə təşəkkür edib: “Necə ki, Nəriman Nərimanov 1900-cü illərdə Atatürkə yazmışdı “Qardaşın qardaşa borcu yoxdur” demişdi, bu fəlakətdə də Cənab İlham Əliyev ilk gündən öz qardaş dəstəyini verdi. Türkiyə uzadılan kömək əlini unutmur, unutmayacaq, ilk yanımızda olan Azərbaycanı da”.

Paylaş

Xəbər lenti

Azərbaycanla Litva arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalanıb Bu gün, 12:48 Bir turist Azərbaycanda nə qədər pul xərcləyir? - Məbləğ açıqlandı Bu gün, 12:48 Azərbaycan və Litva XİN başçıları arasında görüş başlayıb Bu gün, 12:48 Qubada kişi sevgilisinin adına kredit götürdü, qadınlar dalaşdılar - Təfərrüat Bu gün, 12:48 Bakıda 14, rayonlarda 18 dərəcə isti olacaq Bu gün, 12:48 Özbəkistan parlamentinin sədri Zəfər parkını ziyarət edib Bu gün, 12:48 Mərhum nazirin gəlini ilk dəfə qayınanası ilə görüntülərini paylaşdı Bu gün, 12:48 Prezident İlham Əliyev Litvanın xarici işlər nazirini qəbul edib Bu gün, 12:48 Bakıda şagirdlər arasında insident - DİN-dən açıqlama Bu gün, 12:48 2026-cı ilin ən gözəl qızı seçildi Bu gün, 12:48 Təhsildən praktikaya, icradan auditə Bu gün, 12:48 Naxçıvanda Vasif Talıbovun imzaladığı 47 fərman ləğv edilib Bu gün, 11:48 İmişli və Saatlının bəzi kəndlərində qaz kəsilib Bu gün, 11:48 "Azərsun Holdinq"in istehsalat müəssisələrində birgə infotur keçirilib Bu gün, 11:48 Rəhman Daşdəmirov: "Barselona"ya qarşı oynamaq hər futbolçunun arzusudur" Bu gün, 11:48 Milyon yarımlıq yanacaq hara gedib? - Hərbçilərlə birgə 15 nəfər ittiham edilir Bu gün, 11:48 Birbank-dan yeni rəqəmsal imkan: bank çıxarışınızı özünüz hazırlayın Bu gün, 11:48 "Qarabağ"da gözlənilməz ayrılıq baş verə bilər Bu gün, 11:48 Özbəkistan parlamentinin sədri Azərbaycana gəlib, "Yol xəritəsi" imzalanacaq Bu gün, 11:48 Gəncədə güclü külək ağacı aşırıb, evə və iki avtomobilə ziyan dəyib Bu gün, 10:48 Bu şəxslərə güzəştlər tətbiq olunacaq - Gələn il yanvarın 1-dən... Bu gün, 10:48 Azərbaycan Tibb Universitetində akademik Adilə Namazovanın 100 illiyi qeyd olunub Bu gün, 10:48 Bu gün 7 kənddə işıq kəsiləcək Bu gün, 10:48 Kəmaləddin Heydərovun Ağdamdakı vətəndaş qəbulunun vaxtı dəyişdirilib Bu gün, 10:48 Bu rüsum 4 dəfəyə qədər azaldılır Bu gün, 10:48 Analiz vermək adı ilə xəstəxanada keçmiş həyat yoldaşını öldürən şəxsin işi Ali Məhkəmədə Bu gün, 10:48 Bəzi rayonlara qar yağır, külək güclənir - Faktiki hava Bu gün, 10:48 Ombudsman qadınlara qarşı zorakılığa son qoymağa çağırıb Bu gün, 10:48 Öz evini məktəbə çevirən, həyatının sevgisi ilə Milad Bayramında tanış olan Xalq artisti Fidan Hacıyeva ilə MÜSAHİBƏ Bu gün, 10:48 Bu avtomobillərin satış xərcləri azala bilər - YENİ AÇIQLAMA Bu gün, 10:48 Qubada içərisində ailə üzvlərinin olduğu BMW hasara çırpıldı Bu gün, 09:48 İraq 17 ildə neft qaçaqmalçılığına görə 303 milyard dollar itirib Bu gün, 09:48 ABŞ-də 1 milyon dollar qazanan miqrant lotereya fotosuna görə saxlanıldı Bu gün, 09:48 UEFA Çempionlar Liqası: "Fənərbağça" "Şaxtyor"la qarşılaşacaq Bu gün, 09:48 AZAL "Sərfəli Cümə" kampaniyası elan edir Bu gün, 09:48 Azərbaycan neftinin qiyməti 96 dolları keçib Bu gün, 09:48 Tərtərdə quyuya düşərək ölən şəxs Qarabağ qazisi olub Bu gün, 09:48 Türkiyədə tanınmış simalar SAXLANILDI Bu gün, 08:48 Şirvanda gəncin əlində patron partladı: Ağır xəsarətlər alıb Bu gün, 08:48 Bakıda doqquz istiqamətdə tıxac yaranıb Bu gün, 08:48 Bakıda Çempionlar Liqası həyəcanı: "Sabah" bu gün "Barselona" ilə qarşılaşacaq Bu gün, 08:48 Zəhra Əkbərova direktor təyin edildi Bu gün, 08:48 Xəzər dənizi geri çəkilir, yeni torpaqlar yaranır: Ekspert mümkün riskləri sadaladı Bu gün, 00:48 Türkiyədə hərbi helikopter qəzaya uğradı: 5 hərbçi həlak oldu Dünən, 23:48 ABŞ-də kiberdələduzluq qurbanlarına 8 milyard dollar vəsait qaytarılıb Dünən, 23:48 İraq qanunsuz neft ixracı və fırıldaqçılıq səbəbindən 303 milyard dollar vəsait itirib Dünən, 23:48 Vaan Kostanyan: Ermənistan TRIPP çərçivəsində dəmir yolunun tikintisinə 2027-ci ildə başlayacaq Dünən, 23:48 Daha bir məktəbə direktor təyin edildi Dünən, 23:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR