27-02-2023, 22:29 639

Qurban Qurbanov:

"Bu gün çox yaxşı komandaya qarşı oynadıq. Rəqib pik formadadır".

"AVESTA.AZ"un məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov evdə "Neftçi" ilə 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XXIV tur oyunundan sonra mətbuat konfransında deyib.

51 yaşlı mütəxəssis maraqlı oyun alındığını bildirib: "Qarşılaşmada sürət və dinamika var idi. Bizim üçün heç də asan deyildi. Tam öz istədiyimiz performansda deyildik. Amma hər halda, futbolçular sona qədər xarakter göstərdilər. Onları təbrik edirəm. Rəqib neçə oyundur qol buraxmırdı, inamlı gedirlər. Futbolçular özünün pik formasındadır. Vacib bir xal qazandıq. Qarşıda bir neçə günümüz olacaq. Çalışacağıq ki, çatışmayan elementləri aradan qaldıraq. Formadan uzaq olan oyunçularımızın durumunu düzəldəcəyik".

Təcrübəli baş məşqçi qapıçı Luka Quqeşaşvilinin görüşdəki hərəkəti barədə danışıb: "Ona çox əsəbiləşdim. Belə olmaz. Paltardəyişmə otağında da sərt danışdım. Futbolçudur, meydanda belə hallar olur. Azarkeşlər oyun ərzində qıcıqlandırırlar. Lukaya nalayiq ifadələr işlətdilər. Fanatlar da başa düşərlər. Üzrlü hesab etsinlər. Belə hallar olur. Futbol düşünülməmiş epizodların üzərində qurulub. Bir daha belə hərəkət etməz. Azarkeşlər də futbolun içində olanlardır. Biz onlar üçün futbol oynayırıq".

Qurbanov hava şəraitinin hər iki kollektivin planlarına təsir etdiyini diqqətə çatdırıb: "Bəlkə, bəzən bəzi düşüncələr gecikirdi. Mən biz hücum edəndə baxırdım ki, kimsə əl qaldıracaq, hakim nə qərar verəcək. Sağ cinahımız ilk yarıda görünmürdü. İlk hissədə futbolçulara hansısa tapşırıq verməkdə çətinlik çəkirdim. Tam görə bilmirdim. Amma hər ikimiz üçün eyni şərait idi".

Mütəxəssis fotoqraf Elmir Kərimovun klubdan uzaqlaşdırılmasına da münasibət bildirib: "Bir məsələdən əmin olmaq üçün onu 100 faiz dəqiqləşdirmək lazımdır. Haradan başlayıb, necə olub? Mən də ilk olaraq sosial şəbəkələrdən eşitdim. İstəmərəm belə mövzu burada müzakirə olunsun. Özümüz də fikirləşməliyik ki, söhbət 50 manatdan gedirsə, klub belə addım ata bilərmi? Neçə illərdir ki, çox əziyyət çəkir, hamımız da xətrini çox istəyirik. Rəhbərliklə də yaxşı münasibəti var idi. Rəhbərliklə də işbirliyi olub, hər şey normal idi. Belə olması, birdən-birə üzə çıxması, bu qədər gündəmdə olması bizim üçün heç də xoş deyil. Dərindən dəqiqləşdirmək lazımdır. Məsələn, mənimlə hansısa jurnalist arasında hansısa bir söz deyildisə, böyük narazılıq yaranır. Burada problem olası iş yoxdur. Bu klubda mən gəldiyim gündən hər zaman kasıblara, imkansızlara böyük yer ayrılıb. Çalışıblar ki, lazım olan dəstəyi etsinlər. Mən buna çox da ciddi məsələ kimi baxmıram. 500 min, bir milyon söhbəti olsaydı, başqa idi. Hansısa söz düz deyilməyəndə, əsəbiləşir, başqa fikir də olur. O qədər olub ki, rəhbərliklə məşqçi sıx münasibətdə, dost olur, xırda bir şeyə görə yollarını ayırıblar. O demək deyil ki, mən bu komandaya, məşqçiyə, rəhbərliyə qarşı pis olmalıyam. Xırda detalları yaxından maraqlansalar, daha yaxşı olar. Düşündüyüm və bildiyim qədərilə, klub tərəfindən problem yaradılmayıb, yaradılmayacaq. Sabah gəlsin, hər bir azərbaycanlıya, əlil insanlara gözümüz üstə yerimiz var. Anlaşılmazlıq olub. Bəlkə, bəzi insanlara sərf edib, böyütməyə başlayıb. Məncə, həmişə işçilərimizə diqqətimiz olub".

Paylaş

Xəbər lenti

PA-nın Vətəndaş Qəbulu Mərkəzində dekabr ayı üçün qəbul cədvəli açıqlandı Bu gün, 20:48 Güclü küləklə bağlı xəbərdarlıq Bu gün, 20:48 Bakı Olimpiya Stadionu tarixi oyuna hazırdır Bu gün, 20:48 Əhaliyə ŞAD XƏBƏR - 3 milyon vətəndaşın gəliri artacaq Bu gün, 20:48 Kəmalə Qaramollayeva: "Bu konsertə 5 ay hazırlaşmışıq" Bu gün, 20:48 Bakıda üç şəhər poliklinikası TƏMİR OLUNACAQ Bu gün, 19:48 Türkmənistan Orta Dəhlizin inkişafına özəl investisiyalar cəlb etmək niyyətindədir Bu gün, 19:48 Rahim Sterlinqin cəzası məlum oldu Bu gün, 19:48 "Black Friday" - Saxta endirim edənləri hansı cəza gözləyir? Bu gün, 19:48 Bu ilin sonuna qədər dövlət sifarişi əsasında çəkilən 3 film təqdim olunacaq Bu gün, 19:48 Bakıda avtobuslar üçün nəzərdə tutulan xüsusi svetofor istifadəyə verilib Bu gün, 18:48 İdman yarışlarının maliyyələşdirilməsi qaydaları üzrə yeni normalar müəyyənləşib Bu gün, 18:48 PAŞA Bank və Deloitte Private "Best Managed Companies Azerbaijan 2027" proqramı üzrə növbəti əməkdaşlıq müqaviləsini imzalayıb Bu gün, 18:48 BRAVO supermarketlər şəbəkəsi böyük brendləri bir araya gətirdi: Tərəfdaşlar üçün yeni reklam və əməkdaşlıq imkanları təqdim edildi Bu gün, 18:48 Xalq artisti Elmira Şabanova vəfat etdi Bu gün, 18:48 Sumqayıt bulvarında dənizdə batan şəxsin meyiti tapıldı Bu gün, 17:48 Bakıda küləyin sürəti 22 m/s-dir, bəzi rayonlara qar yağır - Faktiki hava Bu gün, 17:48 Yasamalda narkotik istifadəçiləri saxlanıldı - ANBAAN VİDEO Bu gün, 17:48 Zaqatalada itkin düşmüş şəxsin axtarışlarına təlim itləri cəlb olunub Bu gün, 17:48 Məktəblərdə qışa hazırlıq necə aparılır? Bu gün, 17:48 Azərbaycan və Tacikistan Müdafiə nazirlikləri arasında təcrübə mübadiləsi aparılıb Bu gün, 17:48 UEFA Gənclər Liqası: "Sabah"ın U-19 komandası "Barselona"ya uduzub Bu gün, 17:48 Murad Süleymanov vəzifəsindən azad edildi Bu gün, 17:48 Fransada tətil Paris–London qatar reyslərini pozdu Bu gün, 16:49 Müştəri adı ilə salona girdi, PS5-i çantasına qoyub qaçdı - SAXLANILDI Bu gün, 16:48 "Qarabağ"ın xanım azarkeşləri üçün pulsuz biletlər Bu gün, 16:48 Ahıl qadının çantasından pul kisəsini oğurladı - ANBAAN VİDEO Bu gün, 16:48 Bir ekosistemi və AFCA arasında əməkdaşlıq imkanları müzakirə edilib Bu gün, 16:48 İranda elektrik enerjisinin verilişi məhdudlaşdırıldı Bu gün, 16:48 Əli Əhmədov: Azərbaycanda bu il nikah potensialında olan şəxslərin yarısı evlənməyib Bu gün, 16:48 Abşeron sakinlərini SEVİNDİRƏCƏK XƏBƏR  - Kənd və qəsəbələrdə... Bu gün, 16:48 Avtomobil sürənlərin diqqətinə: Sükan arxasında ürək ritmi dəyişir Bu gün, 15:48 "50 qəpiklik moyka" aparatından  oğurluq edənləri polis saxladı Bu gün, 15:48 Özünə "iPhone 18" aldı, polis saxladı - Oğurluq etdiyi iddia olunur Bu gün, 15:48 İlham Əliyev Hikmet Çetinin ailəsinə başsağlığı verdi Bu gün, 15:48 Almaniyalı deputat Avropanı Rusiya ilə dialoqa çağırdı Bu gün, 15:48 İlham Əliyevin Kestutis Budrisi qəbuluna dair video paylaşılıb Bu gün, 15:48 Musiala yenidən huşunu itirdi – "Bayern" vəziyyətə aydınlıq gətirdi Bu gün, 15:48 İslam Rzayevin əmlaklarına həbs qoyuldu Bu gün, 15:48 ATPF və BeFit Baku arasında tərəfdaşlıq memorandumu imzalandı Bu gün, 15:48 Gələn il bazarlarda qiymətlər nədən asılı olacaq? - AÇIQLAMA Bu gün, 15:48 Şahzadə Uilyam və Keyt Midltonun evinə girməyə cəhd – iki nəfər saxlanıldı Bu gün, 14:48 Kamçatka sahillərində 4,5 maqnitudalı zəlzələ oldu Bu gün, 14:48 Əli Əsədov Gürcüstanın Baş nazirinin müavini ilə görüşüb Bu gün, 14:48 Litva XİN rəhbəri: Bu gün "Sabah"-"Barselona" matçında olacağam Bu gün, 14:48 Azərbaycanda yeni mərkəz yaradılır - FƏRMAN Bu gün, 14:48 Tərbiyəçi-müəllimlərin işə qəbulu başlayır Bu gün, 14:48 İlham Əliyevdən ixracda hesablaşmalarla bağlı fərman Bu gün, 14:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR