
“Bolqarıstan Silahlı Qüvvələrin modernləşdirilməsində ABŞ-a arxalanacaq”.
“Report”un məlumatına görə, bunu Bolqarıstan Prezidenti Rumen Radev deyib.
“Təhlükəsizlik və müdafiə təbii ki, səmərəli tərəfdaşlığımızın əsas aspektlərinə çevrilib. Təkcə ikitərəfli əsasda deyil, həm də NATO çərçivəsində. Biz Bolqarıstan ordusunun müdafiə qabiliyyətini gücləndirmək üçün Silahlı Qüvvələri modernləşdirmək üçün ABŞ-a arxalanmağa davam edəcəyik”-deyə, o bildirib.
O əlavə edib ki, iki ölkə arasında münasibətlərdə digər prioritet sahə energetika sahəsində əməkdaşlıqdır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.