1-03-2023, 13:00 567

Bakıdan bölgələrə işləyən avtobuslar necə yenilənə bilər?

Bakıdan ölkənin digər şəhər və rayonlarına işləyən avtobusların həddindən çox köhnə olduğu kimsəyə sirr deyil.

Azərbaycanın bölgələrində isə sərnişindaşımada hətta ötən əsrin 70-80-ci illərdə buraxılmış avtobuslardan istifadə olunur.

Bəs həmin nəqliyyat vasitələrini necə yeniləmək olar? “AVESTA.AZ” bununla bağlı araşdırma aparıb.

Nəqliyyat məsələləri üzrə Elməddin Muradlı deyir ki, Azərbaycanda avtobusların çoxunun istismar müddətinin başa çatdığını aidiyyəti dövlət qurumlarında da bilirlər: "Məsələn, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin rəsmiləri dəfələrlə açıq şəkildə bəyan ediblər ki, sərnişindaşımada istifadə edilən avtobusların 70 %-nin 20 ildən çox istismar müddəti var. Bu, yaxşı hal deyil”.

"Daşıyıcı şirkətlər ƏDV-dən, gömrük rüsumundan azad edilsin"

Ekspertin fikrincə, vəziyyəti düzəlmək üçün daşıyıcı şirkətlərə güzəştlər edilməlidir: "Sahibkarlara elə bir imkan yaradılmalıdır ki, onlar avtobus parklarını yeniləyə bilsinlər. Əgər sahibkar sərnişindaşıma sahəsində fəaliyyət göstərsə, onun əlavə dəyər vergisindən (ƏDV), gömrük rüsumundan azad edilməsi kimi güzəştlər ciddi dəstək olar. Bu istiqamətdə yeni konsepsiyanın tətbiqinə ehtiyac var. Bu gün Gürcüstanda 50 min manata olan avtobusun qiyməti Azərbaycana gətiriləndə 150 min manat olur. Son nəticədə Gürcüstan nömrələri ilə sürücülər Azərbaycanda sərnişin daşıma ilə məşğul olurlar. Onlar vətəndaşları Bakıdan rayonlara 7 manata daşıyırlar, lakin digər sürücülər isə 11 manata və daha yüksək qiymətə daşımağa məcburdular. Çünki onlar qanuni daşıma həyata keçirirlər. Bu kimi halların qarşısının alınması üçün reydlər keçirilir. Lakin reydlərlə belə hadisələrin qarşısını almaq mümkün deyil. Əsas yerli daşıyıcılara əsaslı dəstək lazımdır ki, onlar yeni avtobus almaqda maraqlı olsunlar”,- deyə o, bildirib.

"Dövlət bu sahəyə ciddi nəzarət etməlidir"

Bununla yanaşı, E.Muradlı deyir ki, sahibkarlıq fəaliyyəti olsa belə dövlət bu sahəyə ciddi nəzarət etməlidir: “İstismar müddəti bitmiş avtobus istifadə edilməməli, qaraj sistemi bərpa olunmalıdır. Avtobus xidmətdən sonra qaraja girməlidir, təmizləndikdən sonra yenidən istifadəyə verilməlidir. Nazirlik yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində (AYNA) komissiya üzvü kimi müsabiqəyə çıxarılan avtobusların vəziyyətinə baxırıq, çox dəhşətlidir. Nazirlik dəfələrlə sahibkarlara müraciət edib. Sahibkarlar bu sahəyə diqqət göstərsinlər, onlara müvafiq şərait və imkan yaradacaqlar ki, avtobus parklarını yeniləyərək fəaliyyət göstərsinlər. Lakin müsabiqəyə çıxarılan avtobusların ən təzəsi 2005-ci ilə məxsusdur. Müsabiqəyə çıxarılanlar 1997, 1998, 1999-cu illərin "Ford"larıdır, "Sprinter"ləridir. Müsabiqəyə çıxarılanlar arasında daha yaxşısı yoxdur ki, həmin seçimlərə üstünlük verilsin”.

"Avtobus parkının yenilənməsi daim diqqət mərkəzindədir"

AYNA-dan isə məsələ bağlı “AVESTA.AZ”un sorğusuna cavab olaraq bildirilib ki, ictimai nəqliyyatda sərnişinlərə göstərilən xidmətlərin təhlükəsizlik və keyfiyyət baxımından yüksək standartlara çatdırılması məqsədilə avtobus parkının yenilənməsini daim diqqət mərkəzində saxlanılır: “Sərnişindaşıma bazarında rəqabətli mühitin yaradılması, marşrutların təhkim edilməsində qanunvericiliyin tələblərinin təmin edilməsi məqsədilə marşrut xətləri müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq mərhələli qaydada müsabiqəyə təqdim edilir. Müsabiqənin şərtlərindən biri də avtobusların daha yeni olmasıdır. Həmçinin, sərnişindaşıma fəaliyyəti ilə məşğul olan sahibkarlarla mütəmadi görüşlər keçirilir. Görüş zamanı sahibkarlara avtobusların yenilənməsi tövsiyə edilir”.

Paylaş

Xəbər lenti

Fransada tətil Paris–London qatar reyslərini pozdu Bu gün, 16:49 Müştəri adı ilə salona girdi, PS5-i çantasına qoyub qaçdı - SAXLANILDI Bu gün, 16:48 "Qarabağ"ın xanım azarkeşləri üçün pulsuz biletlər Bu gün, 16:48 Ahıl qadının çantasından pul kisəsini oğurladı - ANBAAN VİDEO Bu gün, 16:48 Bir ekosistemi və AFCA arasında əməkdaşlıq imkanları müzakirə edilib Bu gün, 16:48 İranda elektrik enerjisinin verilişi məhdudlaşdırıldı Bu gün, 16:48 Əli Əhmədov: Azərbaycanda bu il nikah potensialında olan şəxslərin yarısı evlənməyib Bu gün, 16:48 Abşeron sakinlərini SEVİNDİRƏCƏK XƏBƏR  - Kənd və qəsəbələrdə... Bu gün, 16:48 Avtomobil sürənlərin diqqətinə: Sükan arxasında ürək ritmi dəyişir Bu gün, 15:48 "50 qəpiklik moyka" aparatından  oğurluq edənləri polis saxladı Bu gün, 15:48 Özünə "iPhone 18" aldı, polis saxladı - Oğurluq etdiyi iddia olunur Bu gün, 15:48 İlham Əliyev Hikmet Çetinin ailəsinə başsağlığı verdi Bu gün, 15:48 Almaniyalı deputat Avropanı Rusiya ilə dialoqa çağırdı Bu gün, 15:48 İlham Əliyevin Kestutis Budrisi qəbuluna dair video paylaşılıb Bu gün, 15:48 Musiala yenidən huşunu itirdi – "Bayern" vəziyyətə aydınlıq gətirdi Bu gün, 15:48 İslam Rzayevin əmlaklarına həbs qoyuldu Bu gün, 15:48 ATPF və BeFit Baku arasında tərəfdaşlıq memorandumu imzalandı Bu gün, 15:48 Gələn il bazarlarda qiymətlər nədən asılı olacaq? - AÇIQLAMA Bu gün, 15:48 Şahzadə Uilyam və Keyt Midltonun evinə girməyə cəhd – iki nəfər saxlanıldı Bu gün, 14:48 Kamçatka sahillərində 4,5 maqnitudalı zəlzələ oldu Bu gün, 14:48 Əli Əsədov Gürcüstanın Baş nazirinin müavini ilə görüşüb Bu gün, 14:48 Litva XİN rəhbəri: Bu gün "Sabah"-"Barselona" matçında olacağam Bu gün, 14:48 Azərbaycanda yeni mərkəz yaradılır - FƏRMAN Bu gün, 14:48 Tərbiyəçi-müəllimlərin işə qəbulu başlayır Bu gün, 14:48 İlham Əliyevdən ixracda hesablaşmalarla bağlı fərman Bu gün, 14:48 Hacıqabulda seldən zərər çəkmiş fermerə 3 min manata yaxın ödəniş edilib Bu gün, 14:48 Küləkli hava ilə bağlı hərəkət iştirakçılarına xəbərdarlıq Bu gün, 14:48 "Vətən daşı" sənədli filmi "Youtube"da təqdim edilib Bu gün, 14:48 100 milyon il əvvəl su üzərində yeriyən çəyirtkə növü aşkarlanıb Bu gün, 14:48 AYNA: Qusar-Bakı yolunda növbəti elektron tərəzi quraşdırılıb Bu gün, 13:48 Bakıda 23 məktəbə yeni direktor təyin edilib Bu gün, 13:48 Beyləqanın Təzəkənd yaşayış yerində qədim tikili qalıqları aşkarlanıb Bu gün, 13:48 400 tondan artıq təhlükəli toyuq əti məhsulunun dövriyyəsi ilə bağlı üç nəfərə cinayət işi başlanıb Bu gün, 13:48 Bakıda qadın hamamda dəm qazından boğularaq ölüb Bu gün, 13:48 PAŞA Bank KOB-lar üçün yeni "Çevik Kredit" məhsulunu təqdim edir Bu gün, 13:48 Qvardiola İtaliya millisindən aldığı təkliflə bağlı ilk dəfə danışdı Bu gün, 13:48 Altsheymer xəstəliyinin inkişafını ləngidən yeni preparat hazırlanıb Bu gün, 13:48 13 yaşında satışa başladı, 16 yaşında az qala müflis oldu – milyarder uğur sirrini açıqladı Bu gün, 13:48 Azərbaycanla Litva arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalanıb Bu gün, 12:48 Bir turist Azərbaycanda nə qədər pul xərcləyir? - Məbləğ açıqlandı Bu gün, 12:48 Azərbaycan və Litva XİN başçıları arasında görüş başlayıb Bu gün, 12:48 Qubada kişi sevgilisinin adına kredit götürdü, qadınlar dalaşdılar - Təfərrüat Bu gün, 12:48 Bakıda 14, rayonlarda 18 dərəcə isti olacaq Bu gün, 12:48 Özbəkistan parlamentinin sədri Zəfər parkını ziyarət edib Bu gün, 12:48 Mərhum nazirin gəlini ilk dəfə qayınanası ilə görüntülərini paylaşdı Bu gün, 12:48 Prezident İlham Əliyev Litvanın xarici işlər nazirini qəbul edib Bu gün, 12:48 Bakıda şagirdlər arasında insident - DİN-dən açıqlama Bu gün, 12:48 2026-cı ilin ən gözəl qızı seçildi Bu gün, 12:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR