
Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus 4 avtomobilin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.
"Report"un aksiya keçirilən ərazidəki əməkdaşı xəbər verir ki, toplanış yerində nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.
Belə ki, 2 minik, 2 yük avtomobili Xankəndindən Laçın istiqamətinə maneəsiz hərəkət edib.
Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.