
Lənkəran - Astara Regional Təhsil İdarəsinin Ulu Öndər Heydər Əliyevin 100-illiyinə həsr etdiyi “Yaşıl məktəb” layihəsi çərçivəsində Cəlilabad rayonu Heydər Əliyev adına Alar kənd 1 nömrəli tam orta məktəbində ağacəkmə aksiyası keçirilib.
"Report"un Muğan bürosunun məlumatına görə, aksiyada Lənkəran - Astara Regional Təhsil İdarəsinin müdiri, Təhsil İnstitutunun və Cəlilabad rayonu üzrə təhsil sektorunun əməkdaşları, məktəbin kollektivi, şagirdlər, kənd ictimaiyyətinin nümayəndələri və şəhid ailələrinin üzvləri iştirak edib.
İştirakçılar Ulu Öndərin abidəsini və Alar kəndində yerləşən Şəhidlər kompleksini ziyarət edib.
Qeyd edək ki, Lənkəran - Astara Regional Təhsil İdarəsi tərəfindən elan edilmiş “Yaşıl Məktəb” layihəsinə mart ayının 1-dən start verilib və aksiya may ayının 10-dək davam etdiriləcək.
Aksiya müddətində 4000-dən artıq ağacın əkilməsi nəzərdə tutulub.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.