
"Həkimlərin maaş artırımı 8 minə yaxın həkimə şamil olunacaq ki, bu da əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsinə xidmət edəcək".
Bu sözləri "REAL TV"yə açıqlamasında millət vəkili Kamilə Əliyeva bildirib.
O əlavə edib ki, bu, səhiyyə işçilərinin əməkhaqlarının ödənilməsi qaydasına cari il üzrə edilən 5-ci dəyişiklikdir.
Qeyd edək ki, iyunun 1-dən 31 ixtisas üzrə çalışan 8 minə yaxın həkimin maaşı 14 ixtisasa uyğun olaraq 2 dəfə, digər ixtisas sahiblərinin maaşı isə 20-90 faiz həcmində artacaq.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.