
Türkiyənin Adıyaman şəhərinin Sincik rayonunda 4,5 maqnitudalı zəlzələ olub.
“Report” xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) yayıb.
Bildirilib ki, yeraltı təkanların ocağı 9,6 km dərinlikdə olub. Təbiət hadisəsi Bakı vaxtı ilə 22:55-də qeydə alınıb.
Dağıntı və tələfat barədə məlumat verilməyib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.