
Bu ilin fevral ayında Avropa İttifaqı (Aİ) ölkələrində 802 min 763 ədəd yeni minik avtomobili satılıb.
"AVESTA.AZ" xarici mətbuata istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 11,5 % çoxdur.
Avropa Avtomobil İstehsalçıları Assosiasiyasının (ACEA) məlumatına görə, son 1 ildə satışlar Fransada 9,4 %, İtaliyada 17,4 %, İspaniyada 19,2 %, Almaniyada isə 2,8 % artıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.