23-03-2023, 01:10 541

Muxtar Babayev BMT Baş Assambleyasının prezidenti ilə görüşüb

BMT Baş Assambleyasının 77-ci sessiyasının prezidenti, Macarıstan nümayəndəsi Ksaba Korosi Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevlə görüşüb.

"Report"un ABŞ bürosu xəbər verir ki, ikili görüşdə maraq doğuran bir çox məsələlər müzakirə olunub.

M.Babayev görüşdə Azərbaycanın BMT-nin ali orqanları, o cümlədən Baş Assambleya ilə əməkdaşlığın inkişafına xüsusi önəm verdiyini bildirib.

Nazir deyib ki, Azərbaycan BMT-nin 2022-ci il Davamlı İnkişaf Hesabatında ilk 50 ölkə sırasında yer alıb və dörd qruplaşdırılmış kateqoriya üzrə 97,3 faizlə ən yüksək performans nümayiş etdirərək regionda birinci yerdə qərarlaşıb.

BMT-nin su konfransında iştirakından məmnunluğunu ifadə edən M.Babayev bildirib ki, Azərbaycan su ehtiyatlarının ölkə üzrə qeyri-bərabər paylanmasından əziyyət çəkir və su təchizatının 70%-dən çoxu sərhədlərdən kənar mənbələrdən gəlir:

"Azərbaycan BMT-nin müvafiq sənədlərinin, o cümlədən Su Konvensiyasının həyata keçirilməsi üçün beynəlxalq tərəfdaşlarla işi davam etdirir. Təəssüf ki, regionun əksər ölkələri hələ də Su Konvensiyasına qoşulmayıb, bu da transsərhəd çayların davamlı idarə olunması üçün əməkdaşlıq imkanlarını məhdudlaşdırır. Azad edilmiş ərazilərdə Dayanıqlı İnkişafın Məqsədlərinin (DİM) icrası hazırda Azərbaycan hökuməti üçün prioritet istiqamətlərdən biridir. Bu kontekstdə biz məcburi köçkünlərin öz evlərinə təhlükəsiz qayıtmasını təmin etmək məqsədilə ekoloji risklərin, o cümlədən su ehtiyatları ilə bağlı risklərin aradan qaldırılması üçün BMT təşkilatları ilə fəal işləyirik. Bu yaxınlarda işğaldan azad edilmiş Ağdam rayonunda BMT-nin Azərbaycandakı nümayəndəliyi ilə keçirilən yüksək səviyyəli illik strateji məsləhətləşmə də ikitərəfli əməkdaşlığı bir daha təsdiqlədi. O görüşdə də su əsas prioritet məsələlərdən biri idi".

Nazir əlavə edib ki, işğaldan azad edilmiş ərazilərin minalarla çirklənməsi bölgədə monitorinq və reabilitasiya işlərini məhdudlaşdırır: "Çirklənmiş ərazilər bölgədə yenidənqurma prosesini və keçmiş məcburi köçkünlərin geri qayıtmasını ləngidir. Bununla yanaşı, iqlim dəyişikliyinin su ehtiyatlarına mənfi təsirləri ilə yanaşı, Azərbaycan transsərhəd suların idarə edilməsi və çirklənmə ilə bağlı artan problemlərlə üzləşir. Oxçuçay kimi transsərhəd çaylar təkcə Azərbaycan üçün deyil, həmin çayların keçdiyi bütün dövlətlər üçün vacibdir. Ortaq su ehtiyatlarını qorumaq üçün dövlətlər arasında sıx əməkdaşlıq lazımdır".

M.Babayev Azərbaycanın BMT-nin Su Fəaliyyəti gündəliyinə töhfə olaraq reallaşdırdığı layihələr barəsində də K.Korosiyə məlumat verib.

K.Korosi öz növbəsində Azərbaycanın BMT-nin əsas orqanları ilə sıx əməkdaşlığından və BMT-yə verdiyi töhfələrdən məmnunluğunu qeyd edib. O, mövcud problemlərin həlli istiqamətində addımlar atılacağını söyləyib.

Paylaş

Xəbər lenti

Şahzadə Uilyam və Keyt Midltonun evinə girməyə cəhd – iki nəfər saxlanıldı Bu gün, 14:48 Kamçatka sahillərində 4,5 maqnitudalı zəlzələ oldu Bu gün, 14:48 Əli Əsədov Gürcüstanın Baş nazirinin müavini ilə görüşüb Bu gün, 14:48 Litva XİN rəhbəri: Bu gün "Sabah"-"Barselona" matçında olacağam Bu gün, 14:48 Azərbaycanda yeni mərkəz yaradılır - FƏRMAN Bu gün, 14:48 Tərbiyəçi-müəllimlərin işə qəbulu başlayır Bu gün, 14:48 İlham Əliyevdən ixracda hesablaşmalarla bağlı fərman Bu gün, 14:48 Hacıqabulda seldən zərər çəkmiş fermerə 3 min manata yaxın ödəniş edilib Bu gün, 14:48 Küləkli hava ilə bağlı hərəkət iştirakçılarına xəbərdarlıq Bu gün, 14:48 "Vətən daşı" sənədli filmi "Youtube"da təqdim edilib Bu gün, 14:48 100 milyon il əvvəl su üzərində yeriyən çəyirtkə növü aşkarlanıb Bu gün, 14:48 AYNA: Qusar-Bakı yolunda növbəti elektron tərəzi quraşdırılıb Bu gün, 13:48 Bakıda 23 məktəbə yeni direktor təyin edilib Bu gün, 13:48 Beyləqanın Təzəkənd yaşayış yerində qədim tikili qalıqları aşkarlanıb Bu gün, 13:48 400 tondan artıq təhlükəli toyuq əti məhsulunun dövriyyəsi ilə bağlı üç nəfərə cinayət işi başlanıb Bu gün, 13:48 Bakıda qadın hamamda dəm qazından boğularaq ölüb Bu gün, 13:48 PAŞA Bank KOB-lar üçün yeni "Çevik Kredit" məhsulunu təqdim edir Bu gün, 13:48 Qvardiola İtaliya millisindən aldığı təkliflə bağlı ilk dəfə danışdı Bu gün, 13:48 Altsheymer xəstəliyinin inkişafını ləngidən yeni preparat hazırlanıb Bu gün, 13:48 13 yaşında satışa başladı, 16 yaşında az qala müflis oldu – milyarder uğur sirrini açıqladı Bu gün, 13:48 Azərbaycanla Litva arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalanıb Bu gün, 12:48 Bir turist Azərbaycanda nə qədər pul xərcləyir? - Məbləğ açıqlandı Bu gün, 12:48 Azərbaycan və Litva XİN başçıları arasında görüş başlayıb Bu gün, 12:48 Qubada kişi sevgilisinin adına kredit götürdü, qadınlar dalaşdılar - Təfərrüat Bu gün, 12:48 Bakıda 14, rayonlarda 18 dərəcə isti olacaq Bu gün, 12:48 Özbəkistan parlamentinin sədri Zəfər parkını ziyarət edib Bu gün, 12:48 Mərhum nazirin gəlini ilk dəfə qayınanası ilə görüntülərini paylaşdı Bu gün, 12:48 Prezident İlham Əliyev Litvanın xarici işlər nazirini qəbul edib Bu gün, 12:48 Bakıda şagirdlər arasında insident - DİN-dən açıqlama Bu gün, 12:48 2026-cı ilin ən gözəl qızı seçildi Bu gün, 12:48 Təhsildən praktikaya, icradan auditə Bu gün, 12:48 Naxçıvanda Vasif Talıbovun imzaladığı 47 fərman ləğv edilib Bu gün, 11:48 İmişli və Saatlının bəzi kəndlərində qaz kəsilib Bu gün, 11:48 "Azərsun Holdinq"in istehsalat müəssisələrində birgə infotur keçirilib Bu gün, 11:48 Rəhman Daşdəmirov: "Barselona"ya qarşı oynamaq hər futbolçunun arzusudur" Bu gün, 11:48 Milyon yarımlıq yanacaq hara gedib? - Hərbçilərlə birgə 15 nəfər ittiham edilir Bu gün, 11:48 Birbank-dan yeni rəqəmsal imkan: bank çıxarışınızı özünüz hazırlayın Bu gün, 11:48 "Qarabağ"da gözlənilməz ayrılıq baş verə bilər Bu gün, 11:48 Özbəkistan parlamentinin sədri Azərbaycana gəlib, "Yol xəritəsi" imzalanacaq Bu gün, 11:48 Gəncədə güclü külək ağacı aşırıb, evə və iki avtomobilə ziyan dəyib Bu gün, 10:48 Bu şəxslərə güzəştlər tətbiq olunacaq - Gələn il yanvarın 1-dən... Bu gün, 10:48 Azərbaycan Tibb Universitetində akademik Adilə Namazovanın 100 illiyi qeyd olunub Bu gün, 10:48 Bu gün 7 kənddə işıq kəsiləcək Bu gün, 10:48 Kəmaləddin Heydərovun Ağdamdakı vətəndaş qəbulunun vaxtı dəyişdirilib Bu gün, 10:48 Bu rüsum 4 dəfəyə qədər azaldılır Bu gün, 10:48 Analiz vermək adı ilə xəstəxanada keçmiş həyat yoldaşını öldürən şəxsin işi Ali Məhkəmədə Bu gün, 10:48 Bəzi rayonlara qar yağır, külək güclənir - Faktiki hava Bu gün, 10:48 Ombudsman qadınlara qarşı zorakılığa son qoymağa çağırıb Bu gün, 10:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR