24-03-2023, 17:42 533

“Fransanın başqa dövlətlətin daxili işlərinə qarışmağa cəhdlər etməsi qəbuledilməzdir” - RƏY

“Dünyada nüfuzunu itirən, beynəlxalq hüquqa hörmətsizlik edən, postmünaqişə reallıqlarını hələ də həzm edə bilməyən Fransanın başqa dövlətlətin daxili işlərinə qarışmağa cəhdlər etməsi birmənalı şəkildə qəbuledilməzdir”.

Bunu "AVESTA.AZ"a açıqlamasında hakim Yeni Azərbaycan Partiyasının Xətai rayon təşkilatının sədri, “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə bildirib.

O xatırladıb ki, Azərbaycan Qarabağda qazandığı tarixi Zəfərdən sonra regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi, Ermənistanla münasibətlərdə yeni səhifənin açılması üçün qarşı tərəfə beynəlxalq hüququn 5 əsas prinsipini özündə ehtiva edən sülh müqaviləsinin imzalanmasını təklif edib.

Siyasi icmalçı vurğulayıb ki, iki ildən artıq vaxt keçməsinə baxmayaraq Ermənistanın bu istiqamətdə konkret addımlarını, eyni zamanda, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatdan irəli gələn öhdəlikləri yerinə yetirmək üçün səylərini görmürük: “Bugünümüzün reallıqları 30 illik işğal dövründə yaşadıqlarımızı bir daha yada salır. Dünyanın hələ də ikili standartlara əsaslanan siyasətdən yaxa qurtara bilmədiyi, bəzi dünya güclərinin belə yanaşmaların dövlətlərarası münasibətlərdə əsas faktor olan etimad mühitinin möhkəmlənməsinə mənfi təsir göstərdiyini düşünmək istəmədikləri diqqətdən kənarda qalmır”.

V.Rəhimzadə söyləyib ki, istər işğal, istərsə də postmünaqişə dövründə Fransanın Azərbaycana qarşı qərəzli mövqeyi daim geniş müzakirə mövzusu olub. Onun fikrincə, Fransa ilə Ermənistanı eyni dəyərlər birləşdirsə də bu, hansısa bir məsələyə yanaşmada qərəz, ədalətsiz mövqe nümayiş etdirməyə əsas vermir: “Başqa dövlətlərdən beynəlxalq hüququn norma və prinsiplərinə hörmət, demokratik dəyərlərə sadiqlik nümayiş etdirməyi tələb edən Fransanın özü bu dəyərlərdən çox uzaqdır. Fransa Prezidenti Emmanuel Makronun erməni sevgisindən irəli gələn qərəzli mövqeyi davamlılığı ilə diqqətdədir. Görünən budur ki, Fransa Azərbaycanın müstəqil siyasətini həzm edə bilmir. Fransanın Avropa və xarici işlər naziri Katrin Kolonnanın qərəzli bəyanatı da bunu təsdiq edir. Belə ki, Fransa rəsmisinin bu ölkə parlamentində çıxış edərək guya Laçın-Xankəndi yolunun bağlanması və oradakı ermənilərin humanitar-iqtisadi blokadaya alınması barədə sərsəm fikirləri qəbuledilməzdir”.

V.Rəhimzadə qeyd edib ki, Fransanın siyasətində aqressivlik özünü qabarıq şəkildə büruzə verir. Siyasi elmlər doktorunun qənaətinə görə, regionda və dünyada cərəyan edən proseslərə yanaşmalarda maraqların ədaləti və beynəlxalq hüququ üstələməsi Fransa hökumətini qərəzli mövqeyinə haqq qazandırmaq üçün bir aqresivlik nümayiş etdirməyə məcbur edir. O bildirib ki, hazırda Fransada problemlər, Makronun əleyhinə nümayişlər geniş vüsət alıb: “Özünü “demokratiyanın beşiyi” kimi təqdim edən Fransada dinc aksiya iştirakçılarına qarşı tətbiq etdiyi zorakılıq dünya mətbuatında geniş şərh olunur. Başı bu və ya digər ölkələrin daxili işlərinə qarışmağa cəhd etməyə qarışan Fransa Prezidenti yaxşı olar ki, öz ölkəsindəki problemlərlə məşğul olsun”.

YAP Xətai rayon təşkilatının sədri qeyd edib ki, artıq neçə aydır ekofəalların Xankəndi-Laçın yolunda keçirdikləri aksiyanın səbəbi hər kəsə məlumdur: “Atdığı hər bir qərəzli addımı ilə regionda sülhün tərəfdarı olmadığını sübut edən Fransanın bu aksiyanı öz maraqlarına uyğun şəkildə təhlil etməyə cəhd etməsi müxtəlif fikirlərin yaranmasına səbəb olmaya bilməz. Prezident İlham Əliyevin beynəlxalq tədbirlərdə elə bir çıxışı yoxdur ki, bu məsələyə diqqət yönəltməsin və mahiyyətini dünya ictimaiyyətinə çatdırmasın. Reallıq budur ki, aksiya iştirakçıları humanitar məqsədlərlə istifadə olunan avtomobillərin hərəkətinə heç bir maneə yatratmırlar. Ermənistanın, eyni zamanda, beynəlxalq hüququ, ədaləti arxa plana keçirib qərəzli yanaşması ilə diqqətdə olan Fransanın etirazçıların guya Xankəndi-Laçın yolunu bağladıqları, təminat avtomobillərini buraxmadıqları ilə bağlı iddiaları məqsədli şəkildə ortaya atılan dezinformasiyadan başqa bir şey deyil”.

O bildirib ki, Azərbaycan müstəqil dövlətdir və heç bir dövlətin diktəsi ilə oturub durmur. A.Rəhimzadə söyləyib ki, Fransa ədalətin və beynəlxalq hüququn qorunmasına, hər bir dövlətin bu dəyərlərə hörmətlə yanaşmasına səy göstərməlidir:

“Amma əfsuslar olsun ki, onun özünə bu dəyərlərin aşılanmasına böyük ehtiyac vardır. Dünyada nüfuzunu itirən, beynəlxalq hüquqa hörmətsizlik edən, postmünaqişə reallıqlarını hələ də həzm edə bilməyən Fransanın başqa dövlətlətin daxili işlərinə qarışmağa cəhdlər etməsi birmənalı şəkildə qəbuledilməzdir. Azərbaycanın xarici siyasətinin prinsipləri dəyişməzdir. Belə ki, böyüklüyündən, kiçikliyindən asılı olmayaraq bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı maraq və hörmət prinsipləri əsasında əməkdaşlıq əlaqələrini quran Azərbaycan heç bir dövlətin daxili işinə müdaxilə etmir və özünün də daxili işinə müdaxiləni yolverilməz hesab edir. Azərbaycan dövlətinin çağırışlarında daim bu məqam xüsusi yer alır ki, hər bir dövlət öz daxili işi ilə məşgul olub başqalarının daxili işinə müdaxilə etməsə dünyada sabitlik, sülh, təhlükəsizlik və əməkdaşlıq olar”.

Paylaş

Xəbər lenti

Kəmalə Qaramollayevanın "Dünyam" konsertindən GÖRÜNTÜLƏR Bu gün, 01:48 Avropa Komissiyası ABŞ-nin Aİ ilə bağlı istehsal iddiasını rədd edib Bu gün, 01:48 Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər Bu gün, 01:48 Cəlilabad rayonunun bir hissəsi susuz qalıb Bu gün, 01:48 Çətin dağ yolları və mina təhlükəsi: Ordunun Kəlbəcərə hərəkəti üçün hansı hazırlıqlar görüldü? Dünən, 23:48 "TikTok"dan 10 min şitil aldı, 60 min ziyana düşdü: "Kimə göstərdim, pomidora yaxın durmadı" Dünən, 23:48 Elçin Məsiyev dünya çempionatına təyinat aldı Dünən, 23:48 Monteneqro Prezidenti 2027-ci ildə Azərbaycana səfər edəcəyini təsdiqləyib Dünən, 23:48 Azərbaycanda qadını vəhşicəsinə döyən şəxs polis tərəfindən saxlanılıb Dünən, 23:48 ABŞ-də lotereyada 1 milyon dollar qazanan miqrant saxlanıldı Dünən, 23:48 UEFA Çempionlar Liqası: "Sabah" "Barselona" ilə matçda fərqi azaldıb Dünən, 23:48 Qarlı və buzlu yolda sürücülər üçün 8 vacib qayda Dünən, 23:48 Azərbaycanda qadın vəhşicəsinə döyüldü: Pəncərəsinə daş atıldı Dünən, 22:48 Moskvada Qod Nisanovun yeni beşulduzlu hotelinin açılışı olub Dünən, 22:48 "Sabah" - "Barselona" qarşılaşmasında hesab açıldı Dünən, 22:48 "Sabah" - "Barselona" matçında stadiona girişdə problem yaranıb Dünən, 22:48 Azərbaycanda bu şəxslərin evləri TƏMİR EDİLƏCƏK Dünən, 22:48 Mətanət İsgəndərli: "Kəmalə Qaramollayeva belə davam etsə, dünya səhnələrinə çıxacaq" Dünən, 21:48 "200 min pul vermişəm": İcra hakimiyyəti Digahda yolu satıb? Dünən, 21:48 İranda saxta spirtli içkidən 20 nəfər ölüb Dünən, 21:48 Həkimdən xəbərdarlıq: Dərman qəbul edənlər alkoqoldan uzaq durmalıdır Dünən, 21:48 "Sabah" - "Barselona" qarşılaşması start götürdü Dünən, 21:48 Azərbaycanda palçıq vulkanı püskürdü Dünən, 21:48 PA-nın Vətəndaş Qəbulu Mərkəzində dekabr ayı üçün qəbul cədvəli açıqlandı Dünən, 20:48 Güclü küləklə bağlı xəbərdarlıq Dünən, 20:48 Bakı Olimpiya Stadionu tarixi oyuna hazırdır Dünən, 20:48 Əhaliyə ŞAD XƏBƏR - 3 milyon vətəndaşın gəliri artacaq Dünən, 20:48 Kəmalə Qaramollayeva: "Bu konsertə 5 ay hazırlaşmışıq" Dünən, 20:48 Bakıda üç şəhər poliklinikası TƏMİR OLUNACAQ Dünən, 19:48 Türkmənistan Orta Dəhlizin inkişafına özəl investisiyalar cəlb etmək niyyətindədir Dünən, 19:48 Rahim Sterlinqin cəzası məlum oldu Dünən, 19:48 "Black Friday" - Saxta endirim edənləri hansı cəza gözləyir? Dünən, 19:48 Bu ilin sonuna qədər dövlət sifarişi əsasında çəkilən 3 film təqdim olunacaq Dünən, 19:48 Bakıda avtobuslar üçün nəzərdə tutulan xüsusi svetofor istifadəyə verilib Dünən, 18:48 İdman yarışlarının maliyyələşdirilməsi qaydaları üzrə yeni normalar müəyyənləşib Dünən, 18:48 PAŞA Bank və Deloitte Private "Best Managed Companies Azerbaijan 2027" proqramı üzrə növbəti əməkdaşlıq müqaviləsini imzalayıb Dünən, 18:48 BRAVO supermarketlər şəbəkəsi böyük brendləri bir araya gətirdi: Tərəfdaşlar üçün yeni reklam və əməkdaşlıq imkanları təqdim edildi Dünən, 18:48 Xalq artisti Elmira Şabanova vəfat etdi Dünən, 18:48 Sumqayıt bulvarında dənizdə batan şəxsin meyiti tapıldı Dünən, 17:48 Bakıda küləyin sürəti 22 m/s-dir, bəzi rayonlara qar yağır - Faktiki hava Dünən, 17:48 Yasamalda narkotik istifadəçiləri saxlanıldı - ANBAAN VİDEO Dünən, 17:48 Zaqatalada itkin düşmüş şəxsin axtarışlarına təlim itləri cəlb olunub Dünən, 17:48 Məktəblərdə qışa hazırlıq necə aparılır? Dünən, 17:48 Azərbaycan və Tacikistan Müdafiə nazirlikləri arasında təcrübə mübadiləsi aparılıb Dünən, 17:48 UEFA Gənclər Liqası: "Sabah"ın U-19 komandası "Barselona"ya uduzub Dünən, 17:48 Murad Süleymanov vəzifəsindən azad edildi Dünən, 17:48 Fransada tətil Paris–London qatar reyslərini pozdu Dünən, 16:49 Müştəri adı ilə salona girdi, PS5-i çantasına qoyub qaçdı - SAXLANILDI Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR