10-05-2022, 16:39 879

“AZƏRLOTEREYA”NIN “MİSLİ” GÖRÜNMƏMİŞ YALANI

Azərbaycanda yeni bir bəla xərçəng xəstəliyi kimi sürətlə yayılmaqdadır. Lakin bu virus nə Covid19, nə onkoloji xəstəlikdir, onun adı “Poz, qazan”dır və ölkədə kütləvi xarakter almaqdadır. Respublikanın paytaxt və bölgələrini cənginə alan bu lotereya qısa bir zamanda əhalini qumarbaza, ölkəni qumarxanaya çevirib. Çünki “Azərlotereya” ASC birmənalı şəkildə insanları mərc oyunlarına təşviq etməkdədir. 

 

Xalq qumara sövq etmək 

Şirkət aşkar formada və sadə yolla insanları bu oyunlara sürükləyir; küçələrdə, məhəllələrdə, metro çıxışlarında, bazarlarda, dayanacaqlarda, az qala hər tin başında, o cümlədən rayonlarda “Poz, qazan” oyunları təşkil edir. İnsanlar da küçələrdə bu mərci gördükcə şirniklənir, həvəslənir, nəticədə hər gün uduzurlar. Ona görə ki “Azərlotereya” oyunçuları aldadır, nadir hallarda kimsə mərcdən qazana bilir, udan da onu tamaha gəlib başqa bir yerdə uduzur. Beləcə hər gün yüzminlərlə manat dövr edir və kasıb təbəqədən çıxan pullar şirkətin cibinə girir. İşin bəlalı tərəfi budur ki, bu oyunlar hansısa mərkəzlərdə, məntəqələrdə deyil, yollarda təşkil olunur. O səbəbdən insanlar görüb qumara sövq edilirlər. Yeri gəlmişkən, Azərlotereya ASC “Misli” adlı məntəqələr də açıb və belə desək, qumarın dairəsini genişləndirib. Hazırda “Topaz” tam sıradan çıxmaqdadır və sürətlə “Poz, qazan” və “Misli” məntəqələri ölkəni başına alıb.


İşsizlik və əhalini fırıldaqla soymaq


Maraqlıdır, dövlət bu biznesin çiçəklənməsində maraqlıdır, yoxsa şirkətin sahibləri xalqı soymaq fikrinə düşüblər? Hərgah, ayrı – ayrı deputatlar dəfələrlə Azərlotereyanın xalqı aldatması, soymasına etiraz edib, küçələrdən bu mərc oyunlarının yığışdırılması tələbini irəli sürüblər, di gəl, ASC millət vəkillərinin çıxışlarını qulaqardı edib. Əgər müəyyən məntəqələrdə bu oyunlar keçirilsəydi, normal yanaşmaq olardı, yəni kimin ürəyi istəyirsə müraciət etsin. Ancaq “Poz, qazan” küçələrə daşınıb və ölkədə açıq qumar gedir. Hər gün avtobus dayanacaqlarında, lotoreya satış nöqtələrində xüsusilə kasıb təbəqədən olan vətəndaşların böyük həvəslə “Qızıl 2”, “Şans ulduzu” və “Brilliant” ani lotereyaları almasının şahidi oluruq. Belə lotereyaların satılması sosial problemlərin artdığı və işsizliyin hökm sürdüyü dövrə təsadüf etdiyi üçün daha çox insan auditoriyası yığmağa nail olub.

Deputatı etirazı: “Azərlotereya” ev yıxır


Deputat Tahir Kərimli deyir ki, Azərbaycanda bu cür oyunlara yer verilməməli, insanlar zəhmətsiz gəlirlərə alışdırılmamalı və psixologiyamızda dərin çatlara səbəb olan qumarlar yığışdırılmalıdır:  “İnsanlar bu kimi oyunlar nəticəsində var-yoxdan çıxaraq evini, maşınını, həyatını qurban verir və hətta öz ailə üzvünü belə gözə almayaraq qumarda uduzurlar”.
Maraqlıdır ki, “Azerlotereya” rəsmi səhifəsində udulan böyük məbləğlər barədə məlumatlar versə də, çox vaxt qalib olan şəxslərin adlarını açıqlamır. Qurumun bu addımı isə əksər insanlarda şübhələr yaradır.

 


Bəlli olduğu kimi, Azərbaycanda kazino və qumar hələ mərhum prezident Heydər Əliyevin dövründən qadağan olunub. Bu qumarın təşkili məsuliyyət yaradır. Lakin “Azərlotereya” ASC Bakı küçələrini qumarxanalara çevirib. Şəhərdə total şəkildə “Poz qazan” qumarı gedir. Paytaxtın hansı nöqtəsinə getsən, bu oyunları görmək mümkündür. Küçə ticarətinin, səyyar satışın qadağan edildiyi ölkədə “Azərlotereya” rahatlıqla öz qumar məntəqələrini qurub. Beləcə, “Azərlotereya” kasıb əhalini qumara təşviq edərək evini yıxmaqla məşğuldur.


“Misli.az” yalanı – şirnikləndirmə…


Deyilə bilər ki, bu, leqal lotereyadır, dövlət icazə verib, heç kəs də oynamağa məcbur edilmir. Lakin bir məsələ unudulur ki, ASC şəhərin bir çox ünvanlarında bu biznesi təşkil etməklə insanları oynamağa təşviq edir, şirnikləndirir. Yəni küçədə meyvə-tərəvəz satmağa icazə yoxdur, amma “Poz qazan” oynaya bilərsən. Sözsüz ki, hər gün 10 insandan azı 5 nəfəri ayaq saxlayıb maraqlanacaq. Amma əksəriyyəti də bu tələyə düşür, hər gün milyonlar dövr edir və qazanan məhz “Poz qazan” təşkil edənlər olur. Görəsən küçələrdə kasıb təbəqəni bu işə təşviq və cəlb etməyin adı nədir? İndi hərə bir lotereya düzəldir, “Poz Qazan”, “Misli.az” yalandan da deyirlər ki, qonşum 20 min uddu, xalamoğlu 40 min uddu və sairə. Belə hallar yaşanır. Lotereya Amerikadan tumuş Almaniyaya qədər dünyanın hər yerində var. Amma bizdə biraz şitini çıxarıblar. Lotoreya belədir ki, onun 70-80% uduşa vurulur, yığılan pulun vergisi verilir, 20%-ni özü qazanır. Bizdə 10%-ni uduşa buraxırlar, qalanını özləri qazanırlar. “Azərlotoreya”nın “Poz Qazan” lotoreyalarında kuponların arxasında rəqəmlər var, bir-birindən fəqlənirlər və öncədən məlumdur.


Ekspert: “Küçələr mərc oyunlarının əsarətindədir”


İqtisadçı Nazim Bəydəmirli qeyd edib ki, “Azərlotereya” ASC keçən ildən Türkiyə şirkətinə idarəetməyə verilib, nəticə göz qabağındadır – küçələr, prospektlər mərc oyunlarının, mobil qumarxanaların əsarətindədir: “Kasıb təbəqə, dövlətin himayəsində olan qumarxana ilə oyuna girir və hesab edir ki, nə vaxtsa “cek-pot” udub həyatını dəyişdirəcək, yazıq kasıb, bir də cahillikdən əziyyət çəkir!”
Qeyd edək ki, Azərbaycanda rəsmən lotereya oyunlarını keçirən yalnız bir qurum var. Bu, “Azərlotereya” ASC adlanır və Prezident İlham Əliyevin fərmanı ilə 2001-ci ildə yaradılıb, dövlətə məxsusdur. Fərmana əsasən, ASC-nin təsisçisi İqtisadi İnkişaf Nazirliyidir. 2021-ci ilin fevralında isə bu qurumun Türkiyənin “Demirören Şans Oyunları Yatırımları A.Ş.” şirkətinin törəmə müəssisəsi olan “YMT Şans B.V.” şirkətinə 10+5 illik idarəetməyə verilməsi ilə bağlı müqavilə imzalanıb.//tia.az

Paylaş

Xəbər lenti

Mətanət İsgəndərli: "Kəmalə Qaramollayeva belə davam etsə, dünya səhnələrinə çıxacaq" Bu gün, 21:48 "200 min pul vermişəm": İcra hakimiyyəti Digahda yolu satıb? Bu gün, 21:48 İranda saxta spirtli içkidən 20 nəfər ölüb Bu gün, 21:48 Həkimdən xəbərdarlıq: Dərman qəbul edənlər alkoqoldan uzaq durmalıdır Bu gün, 21:48 "Sabah" - "Barselona" qarşılaşması start götürdü Bu gün, 21:48 Azərbaycanda palçıq vulkanı püskürdü Bu gün, 21:48 PA-nın Vətəndaş Qəbulu Mərkəzində dekabr ayı üçün qəbul cədvəli açıqlandı Bu gün, 20:48 Güclü küləklə bağlı xəbərdarlıq Bu gün, 20:48 Bakı Olimpiya Stadionu tarixi oyuna hazırdır Bu gün, 20:48 Əhaliyə ŞAD XƏBƏR - 3 milyon vətəndaşın gəliri artacaq Bu gün, 20:48 Kəmalə Qaramollayeva: "Bu konsertə 5 ay hazırlaşmışıq" Bu gün, 20:48 Bakıda üç şəhər poliklinikası TƏMİR OLUNACAQ Bu gün, 19:48 Türkmənistan Orta Dəhlizin inkişafına özəl investisiyalar cəlb etmək niyyətindədir Bu gün, 19:48 Rahim Sterlinqin cəzası məlum oldu Bu gün, 19:48 "Black Friday" - Saxta endirim edənləri hansı cəza gözləyir? Bu gün, 19:48 Bu ilin sonuna qədər dövlət sifarişi əsasında çəkilən 3 film təqdim olunacaq Bu gün, 19:48 Bakıda avtobuslar üçün nəzərdə tutulan xüsusi svetofor istifadəyə verilib Bu gün, 18:48 İdman yarışlarının maliyyələşdirilməsi qaydaları üzrə yeni normalar müəyyənləşib Bu gün, 18:48 PAŞA Bank və Deloitte Private "Best Managed Companies Azerbaijan 2027" proqramı üzrə növbəti əməkdaşlıq müqaviləsini imzalayıb Bu gün, 18:48 BRAVO supermarketlər şəbəkəsi böyük brendləri bir araya gətirdi: Tərəfdaşlar üçün yeni reklam və əməkdaşlıq imkanları təqdim edildi Bu gün, 18:48 Xalq artisti Elmira Şabanova vəfat etdi Bu gün, 18:48 Sumqayıt bulvarında dənizdə batan şəxsin meyiti tapıldı Bu gün, 17:48 Bakıda küləyin sürəti 22 m/s-dir, bəzi rayonlara qar yağır - Faktiki hava Bu gün, 17:48 Yasamalda narkotik istifadəçiləri saxlanıldı - ANBAAN VİDEO Bu gün, 17:48 Zaqatalada itkin düşmüş şəxsin axtarışlarına təlim itləri cəlb olunub Bu gün, 17:48 Məktəblərdə qışa hazırlıq necə aparılır? Bu gün, 17:48 Azərbaycan və Tacikistan Müdafiə nazirlikləri arasında təcrübə mübadiləsi aparılıb Bu gün, 17:48 UEFA Gənclər Liqası: "Sabah"ın U-19 komandası "Barselona"ya uduzub Bu gün, 17:48 Murad Süleymanov vəzifəsindən azad edildi Bu gün, 17:48 Fransada tətil Paris–London qatar reyslərini pozdu Bu gün, 16:49 Müştəri adı ilə salona girdi, PS5-i çantasına qoyub qaçdı - SAXLANILDI Bu gün, 16:48 "Qarabağ"ın xanım azarkeşləri üçün pulsuz biletlər Bu gün, 16:48 Ahıl qadının çantasından pul kisəsini oğurladı - ANBAAN VİDEO Bu gün, 16:48 Bir ekosistemi və AFCA arasında əməkdaşlıq imkanları müzakirə edilib Bu gün, 16:48 İranda elektrik enerjisinin verilişi məhdudlaşdırıldı Bu gün, 16:48 Əli Əhmədov: Azərbaycanda bu il nikah potensialında olan şəxslərin yarısı evlənməyib Bu gün, 16:48 Abşeron sakinlərini SEVİNDİRƏCƏK XƏBƏR  - Kənd və qəsəbələrdə... Bu gün, 16:48 Avtomobil sürənlərin diqqətinə: Sükan arxasında ürək ritmi dəyişir Bu gün, 15:48 "50 qəpiklik moyka" aparatından  oğurluq edənləri polis saxladı Bu gün, 15:48 Özünə "iPhone 18" aldı, polis saxladı - Oğurluq etdiyi iddia olunur Bu gün, 15:48 İlham Əliyev Hikmet Çetinin ailəsinə başsağlığı verdi Bu gün, 15:48 Almaniyalı deputat Avropanı Rusiya ilə dialoqa çağırdı Bu gün, 15:48 İlham Əliyevin Kestutis Budrisi qəbuluna dair video paylaşılıb Bu gün, 15:48 Musiala yenidən huşunu itirdi – "Bayern" vəziyyətə aydınlıq gətirdi Bu gün, 15:48 İslam Rzayevin əmlaklarına həbs qoyuldu Bu gün, 15:48 ATPF və BeFit Baku arasında tərəfdaşlıq memorandumu imzalandı Bu gün, 15:48 Gələn il bazarlarda qiymətlər nədən asılı olacaq? - AÇIQLAMA Bu gün, 15:48 Şahzadə Uilyam və Keyt Midltonun evinə girməyə cəhd – iki nəfər saxlanıldı Bu gün, 14:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR