
İsveçrə hakimiyyəti istismardan çıxarılan “Rapira” zenit-raket komplekslərini məhv etməyi və onları Britaniyaya geri göndərməməyi planlaşdırır.
“Report” xəbər verir ki, bu barədə “Kommersant” qəzeti yazıb.
İngilislərin bu hava hücumundan müdafiə sistemlərini Ukraynaya göndərmək istədiyi güman edilir. İsveçrə “Rapira”ları1980-ci ildə Britaniyadan alıb.
Hərbi ekspert Peter Şnayder etiraf edib ki, silah yeni deyil, lakin köhnəlməyib və pilotsuz təyyarələrə, helikopterlərə və döyüş təyyarələrinə qarşı istifadə oluna bilər.
Bununla belə, İsveçrə, öz neytrallığını qorumaq istəyir və düşmənçiliyə cəlb olunmasının əleyhinədir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.