
Azərbaycan Basketbol Federasiyasının (ABF) prezidenti Emin Əmrullayev Fransaya səfəri zamanı yerli basketbol federasiyasındakı həmkarı Jan-Pyer Siyuta ilə görüş keçirib.
ABF-dən “Report”a verilən məlumata görə, Parisdə baş tutan görüş zamanı iki ölkə arasında basketbol üzrə təcrübə mübadiləsinin aparılması və qarşıdakı planlar barəsində söhbət olub.
Sonda tərəflər bir-birilərinə simvolik milli hədiyyələr verib, xatirə şəkilləri çəkdiriblər.
Qeyd edək ki, mayda Almaniyanın Münhen şəhərində keçiriləcək seçkilərdə FİBA-nın Avropa üzrə prezidentliyinə iki namizəddən biri məhz Jan-Pyer Siyutadır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.