29-03-2023, 13:42 595

Qusman: “Heydər Əliyevin şəxsiyyətinin miqyası son dərəcə böyükdür” - MÜSAHİBƏ

“Heydər Əliyevin Azərbaycana rəhbərliyinin ilk günlərindən ölkədə yeni həyat başlayıb. Respublika sözün əsl mənasında sürətlə inkişaf edirdi. Üstəlik, o vaxt Azərbaycanın inkişaf tempi heç bir respublika ilə müqayisə oluna bilməzdi. Biz ölkənin dəyişməsinə görə fəxr edirdik”.

Bunu “Report”a müsahibəsində Rusiyanın TASS informasiya agentliyinin baş direktorunun birinci müavini bakılı Mixail Qusman deyib. Qusmanla müsahibəni təqdim edirik:

- Heydər Əlirza oğlu Əliyev Sizin üçün kimdir?

- Əgər biz Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevdən danışırıqsa, bu böyük insanın liderliyi altında böyüyən nəsil üçün onunla bağlı ən uyğun söz lider sözüdür. Bu, mübaliğə deyil, çünki onun Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçildiyi günü, yəni iyulun 14-nü yaxşı xatırlayıram. O vaxt 19 yaşım var idi və ətrafda dolaşan söhbətlər yadımdadır. Həmin dövrdə Azərbaycanda xeyli mənfi proseslər cərəyan edirdi. İnsanlar bunu görürdülər. Onlar başa düşürdülər ki, bu sovet respublikasının dəyişikliklərə ehtiyacı var. Amma o vaxt az sayda insandan başqa heç kəs respublikaya konkret kimin rəhbərlik edəcəyini bilmirdi.

Yadımdadır, həmin dövrdən uzun illər sonra, yəni 2001-ci ildə Heydər Əliyev Azərbaycan Prezidenti kimi mənə böyük şərəf verdi – mənim proqramımda müsahibə verdi. Heydər Əliyev Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinin (DTK) sədri olarkən SSRİ DTK-nın sədri Yuri Andropov tərəfindən necə dəvət edilməsi barədə danışmışdı. Y.Andropov bildirmişdi ki, onun Azərbaycanda ən yüksək vəzifəyə namizədliyinin irəli sürülməsinə dair fikri var. Amma Heydər Əliyev bu təklifdən imtina edərək, özünü hüquq-mühafizə orqanları sistemindən kənarda görmədiyini və bu rola hazır hesab etmədiyini demişdi. Heydər Əliyevin sözlərinə görə, bir neçə gündən sonra Andropov ona zəng edib və onun Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi, Sovet İttifaqının birinci şəxsi Leonid Brejnevin yanına çağırılacağını bildirib. “İmtina etməyin, təklifi qəbul edin, çünki məhz Siz Azərbaycana rəhbərlik edə, ona tamamilə yeni görkəm verə və ölkədə islahatlara başlaya bilərsiniz”, - Yuri Andropov vurğulamışdı.

Heydər Əliyevin Azərbaycana rəhbərliyinin ilk günlərindən ölkədə yeni həyat başlayıb. Respublika sözün əsl mənasında sürətlə inkişaf edirdi. Üstəlik, o vaxt Azərbaycanın inkişaf tempi heç bir respublika ilə müqayisə oluna bilməzdi. Biz ölkənin dəyişməsinə görə fəxr edirdik.

- Bəs onun müstəqillik dönəmində ölkəyə rəhbərlik etdiyi dövr haqqında nə deyə bilərsiniz?

- Müstəqillik dövründə Heydər Əliyev respublikaya rəhbərlik etməyə başladığı vaxt ölkə müflis vəziyyətdə idi, xəzinə boş idi. Üstəlik, Qarabağdakı vəziyyəti və çox sayda məcburi köçkünü nəzərə almaq lazımdır. Odur ki, Heydər Əliyev ölkəni birləşdirməli idi. O, təkcə Ümummilli Lider deyil, həm də müasir Azərbaycanın qurucusudur. O, İlham Əliyevə artıq formalaşmış, lakin iqtisadi cəhətdən o qədər də güclü olmayan ölkə miras qoymuşdu. İlham Əliyev bu təməl üzərində və atasının cızdığı memarlıq konstruksiyaları əsasında yeni ölkə qurmağa davam etdi. Düşünürəm ki, o, bunu parlaq şəkildə həyata keçirib. Azərbaycanın beynəlxalq səviyyədə ad qazanması, ən böyük hərbi qələbənin əldə olunması, əslində Heydər Əliyevin oğluna verdiyi məsləhətlərin real şəkildə və uğurla həyata keçirilməsi deməkdir.

- Ümummilli Liderlə görüşləriniz barədə danışardınız.

- Məktəbdə drujinaçı dəstənin komandiri idim. İctimai asayişin qorunmasında fəal iştiraka görə bizi təltif olunmağa toplamışdılar. O vaxt Heydər Əliyev Azərbaycan DTK sədrinin müavini idi və mənə fəxri fərmanı məhz o təqdim etmişdi. Amma ən əhəmiyyətli görüşümüz 2001-ci ildə müsahibə zamanı baş tutmuşdu. O vaxt Heydər Əliyevə mənə verdiyi təşəkkür məktubunu göstərdim.

Müsahibənin daha sonra dramatik davamı oldu. Belə ki, son müsahibədən 2 il keçmişdi və mən ondan 2003-cü il aprelin 22-də yeni müsahibə almaq istəyirdim. Bir gün qabaq Heydər Əliyev ovaxtkı “Respublika” sarayına getmişdi. O, çıxışı zamanı özünü pis hiss etsə də, nitqini tamamlaya bilmişdi. Çıxışının sonunda Heydər Əliyev hər kəsə cansağlığı arzuladı və bu, onun üçün son ictimai çıxış oldu...

O vaxt ekranın önündən çəkilə bilmirdim... Heydər Əliyev mənim üçün çox vacib şəxsiyyət idi. Bu şəxsiyyətin miqyası son dərəcə çoxşaxəlidir. Özündə böyük siyasi xadim üçün zəruri olan bütün keyfiyyətləri cəmləşdirirdi. Sarsılmaz iradə, parlaq və dərin ağıl, fenomenal analitik təfəkkür, fövqəladə hissetmə qabiliyyəti, hər bir həmsöhbət üçün həm valehedici, həm də heyranedici olmaq bacarığı - bir liderdə bütün bu keyfiyyətlərin olması çox nadir haldır.

Onun bir rəhbər kimi şəxsiyyətinin miqyası çox böyükdür. Əgər SSRİ-də hakimiyyət dəyişikliyi olmasaydı, o zaman Heydər Əliyev bütün ölkənin lideri olardı.

Paylaş

Xəbər lenti

Gəncədə köşkdən oğurluq edən şəxs saxlanılıb Bu gün, 16:48 Bakıda sökülən tarixi qapı əvvəlki yerinə qaytarılır - Qanun pozuntusuna görə protokol tərtib edilib Bu gün, 16:48 Məşhur xanəndənin qayınanası: "Adını eşidən kimi sevinirəm" Bu gün, 16:48 Azərbaycan neft ixracından gəlirlərini 12 %-dən çox artırıb Bu gün, 16:48 Azərbaycanda nəvə babasının evini qarət etdi Bu gün, 16:48 Xətaidə çoxmərtəbəli yaşayış binasında YANĞIN Bu gün, 16:48 Murat Ülker "Azersun Holding"in rəhbərliyi ilə görüşüb Bu gün, 16:48 Çingiz Mustafayev: "Azərbaycanda düşünmürəm ki, kiminsə mənim mahnılarıma ehtiyacı ola" Bu gün, 16:48 İran Naxçıvanla sərhədə hərbi texnika yığır? - RƏSMİ Bu gün, 15:48 SOCAR ilə Schneider Electric arasında Anlaşma Memorandumu imzalanıb Bu gün, 15:48 Yüksək təzyiqin gizli təhlükəsi - Heç bir əlamət olmadan orqanları zədələyir Bu gün, 15:48 SECO Aftermarket Azərbaycanda tərəfdaşlar axtararkən 60 illiyini qeyd edir Bu gün, 15:48 Göyçənin qədim Azərbaycan kəndi: Günəşlinin tarixinə nəzər Bu gün, 15:48 Xırdalan və Masazırın bəzi ərazilərində qaz təchizatında fasilə yaranacaq Bu gün, 15:48 "İlkin ödənişsiz avtomobil" vədi ilə vətəndaşları aldadan şəxs saxlanıldı Bu gün, 15:48 Mayk Tayson "Tuzlu kahve"də Bu gün, 15:48 İlbiz yumurtaları qızıl qiymətinə satılırmış - Fantastik məbləğ Bu gün, 14:48 Qaz cihazları ilə bağlı yeni qaydalar qüvvəyə mindi - Hansı avadanlıqları əhatə edir? Bu gün, 14:48 Namizəd Səfərov 7 il müddətə azadlıqdan məhrum edilib Bu gün, 14:48 Canlı yayımda nalayiq ifadələr işlədən tiktoker saxlanıldı Bu gün, 14:48 Azərbaycanlı müğənni: "Mənimlə duet oxumaq üçün 10-15000 manat ödəməlidirlər" Bu gün, 14:48 Azərbaycanəsilli aktyor keçmiş sevgilisi haqqında: "Baş rol təklifi gələndə məni tərk etdi" Bu gün, 14:48 Ramiz Mehdiyevin şikayətinə baxılıb Bu gün, 14:48 Xalq artistindən iddialı açıqlama: "Pisəm? xoş getdin!" Bu gün, 14:48 Uşaq geyimləri və məktəb ləvazimatları ilə bağlı yeni qaydalar hazırlanır Bu gün, 14:48 Bağça müəllimləri üçün sertifikasiya imtahanının tarixi dəyişdirilib Bu gün, 14:48 Azərbaycanda qanunsuz saxlanılan 35 odlu silah aşkarlandı Bu gün, 13:48 Azərbaycanda mühərrik və transmissiya yağlarının satışına yeni tələblər qoyula bilər Bu gün, 13:48 Özcan Denizin əmisi onun sərbəst buraxıldığını açıqladı Bu gün, 13:48 40 yaşlı Fahriye Evcenlə 61 yaşlı Oktay Kaynarcanın serialından İLK FOTOLAR Bu gün, 13:48 Sərxoş halda komando hərbçisini vurub öldürən sürücüyə hökm oxundu Bu gün, 13:48 Rafet El Roman: "Eşqi 68 yaşında tapdım" Bu gün, 13:48 Dekabrda bu bürclər üçün yeni iş fürsətləri yaranacaq Bu gün, 13:48 Hər evdə olan məşhur Yeni İl əyləncəsi ilə bağlı XƏBƏRDARLIQ Bu gün, 13:48 Xalq artisti Elmira Şabanova dəfn olundu Bu gün, 13:48 Hülya Avşarın qızı evlilik təklifi aldı - Ailə quracaq Bu gün, 13:48 Məşhur aktrisa 19 ildir psixoloqa gedir Bu gün, 13:48 Azərbaycanda beş məktəbə yeni direktor təyin edildi Bu gün, 12:48 Metroya yaxın tam təmirli mənzillər – Biləcəridə son seçimlər Bu gün, 12:48 Ermənistan "Tramp marşrutu" ilə bağlı müqaviləni təsdiqlədi Bu gün, 12:48 Efirdə qalmaqallı mübahisə: "Xanım başqa şeydir, arvad başqa" Bu gün, 12:48 Ermənistanda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin görüşü başlayıb Bu gün, 12:48 Dubaydan Bakıya gətirilən 166 min manatlıq zinət əşyaları gömrükdə aşkarlandı Bu gün, 12:48 Bu tarixdə gündüz cəmi 6 saat 59 dəqiqə davam edəcək Bu gün, 11:48 Həmin tarixi qapı bərpa edilir Bu gün, 11:48 ABŞ-nin bu ştatında fövqəladə vəziyyət elan edildi Bu gün, 11:48 Birbank-ın "Yığ və qazan" lotereyasının ilk tirajının qalibləri bəlli oldu Bu gün, 11:48 Çiyin-çiyinə döyüşdülər, bərabər həlak oldular - Şəhid qardaşların son fotosu Bu gün, 11:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR