31-03-2023, 07:08 683

BMT-də

BMT-nin İqtisadi və Sosial Məsələlər Departamentinin (UNDESA) İdarəetmə və Dövlət İdarəçiliyi üzrə baş mütəxəssisi Adriana Alberti uğurlu nəticələri ilə dünyada nadir təcrübə olan "ASAN xidmət" modelinin BMT-yə üzv dövlətlərə təqdim edilməsini yüksək qiymətləndirib.

"Report"un ABŞ bürosu xəbər verir ki, Adriana Alberti BMT-nin İqtisadi və Sosial Şurasının (ECOSOC) Dövlət İdarəçiliyi üzrə Ekspertlər Komitəsinin 22-ci sessiyası çərçivəsində Azərbaycanın təşkilatçılığı ilə "İnsan yönümlü dizayn və birgə idarəetmə vasitəsilə dövlət xidmətlərinin göstərilməsinin transformasiyası" mövzusunda plenar sessiyadakı çıxışında bu barədə bildirib.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və BMT-nin İqtisadi və Sosial Məsələlər üzrə Departamentinin təşkilatçılığı ilə keçirilən sessiyada BMT rəsmiləri, təşkilata üzv ölkələrin nümayəndələri və beynəlxalq ekspertlər iştirak edib.

Sessiyada "ASAN xidmət"in fəaliyyət istiqaməti ilə bağlı ətraflı məlumatın yer aldığı videoçarx nümayiş olunub.

Plenar sessiyada çıxış edən Adriana Alberti dövlət xidmətlərinin göstərilməsi sahəsinin mütəmadi təkmilləşdirilməli olduğunu qeyd edib. O, bu istiqamətdə "ASAN xidmət"in müstəsna rolunu vurğulayıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev çıxışında "ASAN xidmət", eləcə də Dövlət Agentliyinin digər fəaliyyət istiqamətləri ilə bağlı qonaqlara ətraflı məlumat verib. Ü.Mehdiyev vurğulayıb ki, dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən siyasətin mərkəzində məhz ölkə vətəndaşlarının maraqları dayanır və "ASAN xidmət" mərkəzlərinin yaradılmasının bu istiqamətdə həyata keçirilən mühüm islahatlardan biridir: "Mərkəzlərin fəaliyyəti operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında qurulub. İlk dəfə Azərbaycanda yaradılan və tətbiq edilən, özünü praktikada tam olaraq doğruldan "ASAN xidmət" modelinin bütün dünya üçün əhəmiyyət kəsb etdiyini düşünürük və bunun üçün də dünya ölkələrinə model olmağa hazırıq".

Seneqalın keçmiş baş naziri Aminata Ture "ASAN xidmət" təcrübəsinin Afrika qitəsində tətbiq dairəsinin genişləndirilməli olduğunu vurğulayıb.

BMT-nin Dövlət İdarəçiliyi üzrə Ekspertlər Komitəsinin (CEPA) Yamaykadan olan üzvü Devon Rov və Mərakeş Krallığından olan üzvü Najat Zarruk "ASAN xidmət" mərkəzlərində müxtəlif mənbələr vasitəsilə vətəndaşlardan alınan rəy sorğularının, eləcə də "ASAN xidmət" indeksi üzrə qiymətləndirmə sisteminin dövlət xidmətlərinin göstərilməsinin təkmilləşdirilməsində əhəmiyyətini qeyd ediblər.

Sessiyada çıxış edən CEPA-nın Almaniyadan olan üzvü Rolf Alter xidmətlərə bərabər çıxışın və əlçatanlığın təmin edilməsi baxımından səyyar "ASAN xidmət"in unikallığından bəhs edib.

Çıxışçılar "ASAN xidmət" konsepsiyasının dövlət xidmətləri sahəsində Azərbaycan Respublikası tərəfindən həyata keçirilən mühüm islahatlardan biri olduğunu və bu təcrübənin dünyaya nümunə olduğunu vurğulayıblar. Plenar sessiyada qonaqları maraqlandıran suallar ətrafında müzakirələr aparılıb.

Paylaş

Xəbər lenti

Gəncədə köşkdən oğurluq edən şəxs saxlanılıb Bu gün, 16:48 Bakıda sökülən tarixi qapı əvvəlki yerinə qaytarılır - Qanun pozuntusuna görə protokol tərtib edilib Bu gün, 16:48 Məşhur xanəndənin qayınanası: "Adını eşidən kimi sevinirəm" Bu gün, 16:48 Azərbaycan neft ixracından gəlirlərini 12 %-dən çox artırıb Bu gün, 16:48 Azərbaycanda nəvə babasının evini qarət etdi Bu gün, 16:48 Xətaidə çoxmərtəbəli yaşayış binasında YANĞIN Bu gün, 16:48 Murat Ülker "Azersun Holding"in rəhbərliyi ilə görüşüb Bu gün, 16:48 Çingiz Mustafayev: "Azərbaycanda düşünmürəm ki, kiminsə mənim mahnılarıma ehtiyacı ola" Bu gün, 16:48 İran Naxçıvanla sərhədə hərbi texnika yığır? - RƏSMİ Bu gün, 15:48 SOCAR ilə Schneider Electric arasında Anlaşma Memorandumu imzalanıb Bu gün, 15:48 Yüksək təzyiqin gizli təhlükəsi - Heç bir əlamət olmadan orqanları zədələyir Bu gün, 15:48 SECO Aftermarket Azərbaycanda tərəfdaşlar axtararkən 60 illiyini qeyd edir Bu gün, 15:48 Göyçənin qədim Azərbaycan kəndi: Günəşlinin tarixinə nəzər Bu gün, 15:48 Xırdalan və Masazırın bəzi ərazilərində qaz təchizatında fasilə yaranacaq Bu gün, 15:48 "İlkin ödənişsiz avtomobil" vədi ilə vətəndaşları aldadan şəxs saxlanıldı Bu gün, 15:48 Mayk Tayson "Tuzlu kahve"də Bu gün, 15:48 İlbiz yumurtaları qızıl qiymətinə satılırmış - Fantastik məbləğ Bu gün, 14:48 Qaz cihazları ilə bağlı yeni qaydalar qüvvəyə mindi - Hansı avadanlıqları əhatə edir? Bu gün, 14:48 Namizəd Səfərov 7 il müddətə azadlıqdan məhrum edilib Bu gün, 14:48 Canlı yayımda nalayiq ifadələr işlədən tiktoker saxlanıldı Bu gün, 14:48 Azərbaycanlı müğənni: "Mənimlə duet oxumaq üçün 10-15000 manat ödəməlidirlər" Bu gün, 14:48 Azərbaycanəsilli aktyor keçmiş sevgilisi haqqında: "Baş rol təklifi gələndə məni tərk etdi" Bu gün, 14:48 Ramiz Mehdiyevin şikayətinə baxılıb Bu gün, 14:48 Xalq artistindən iddialı açıqlama: "Pisəm? xoş getdin!" Bu gün, 14:48 Uşaq geyimləri və məktəb ləvazimatları ilə bağlı yeni qaydalar hazırlanır Bu gün, 14:48 Bağça müəllimləri üçün sertifikasiya imtahanının tarixi dəyişdirilib Bu gün, 14:48 Azərbaycanda qanunsuz saxlanılan 35 odlu silah aşkarlandı Bu gün, 13:48 Azərbaycanda mühərrik və transmissiya yağlarının satışına yeni tələblər qoyula bilər Bu gün, 13:48 Özcan Denizin əmisi onun sərbəst buraxıldığını açıqladı Bu gün, 13:48 40 yaşlı Fahriye Evcenlə 61 yaşlı Oktay Kaynarcanın serialından İLK FOTOLAR Bu gün, 13:48 Sərxoş halda komando hərbçisini vurub öldürən sürücüyə hökm oxundu Bu gün, 13:48 Rafet El Roman: "Eşqi 68 yaşında tapdım" Bu gün, 13:48 Dekabrda bu bürclər üçün yeni iş fürsətləri yaranacaq Bu gün, 13:48 Hər evdə olan məşhur Yeni İl əyləncəsi ilə bağlı XƏBƏRDARLIQ Bu gün, 13:48 Xalq artisti Elmira Şabanova dəfn olundu Bu gün, 13:48 Hülya Avşarın qızı evlilik təklifi aldı - Ailə quracaq Bu gün, 13:48 Məşhur aktrisa 19 ildir psixoloqa gedir Bu gün, 13:48 Azərbaycanda beş məktəbə yeni direktor təyin edildi Bu gün, 12:48 Metroya yaxın tam təmirli mənzillər – Biləcəridə son seçimlər Bu gün, 12:48 Ermənistan "Tramp marşrutu" ilə bağlı müqaviləni təsdiqlədi Bu gün, 12:48 Efirdə qalmaqallı mübahisə: "Xanım başqa şeydir, arvad başqa" Bu gün, 12:48 Ermənistanda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin görüşü başlayıb Bu gün, 12:48 Dubaydan Bakıya gətirilən 166 min manatlıq zinət əşyaları gömrükdə aşkarlandı Bu gün, 12:48 Bu tarixdə gündüz cəmi 6 saat 59 dəqiqə davam edəcək Bu gün, 11:48 Həmin tarixi qapı bərpa edilir Bu gün, 11:48 ABŞ-nin bu ştatında fövqəladə vəziyyət elan edildi Bu gün, 11:48 Birbank-ın "Yığ və qazan" lotereyasının ilk tirajının qalibləri bəlli oldu Bu gün, 11:48 Çiyin-çiyinə döyüşdülər, bərabər həlak oldular - Şəhid qardaşların son fotosu Bu gün, 11:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR