31-03-2023, 14:37 586

Qərbi Azərbaycan İcması 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününü ilə əlaqədar bəyanat yayıb

Qərbi Azərbaycan İcması 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününü ilə əlaqədar bəyanat yayıb.

"Report" xəbər verir ki, bəyanatda deyilir:

"31 mart Azərbaycanlıların Soyqırımı Gününü Qərbi azərbaycanlılar xüsusi hüznlə qeyd edirlər. Qərbi azərbaycanlılar xüsusi hüznlə qeyd edirlər. Qafqaza ermənilərin kütləvi köçürülməsindən sonra, erməni ektremist silahlı qrupları və Ermənistan hökuməti tərəfindən Azərbaycan xalqına qarşı soyqırımı həyata keçirilmişdir. Soyqırımı etnik nifrət aşılayan irqçi ideologiya zəminində sistemli şəkildə həyata keçirilmişdir.

31 mart 1918-ci ildə Bakıda ifrat millətçi Daşnakstyun partiyasının silahlı birliyi tərəfindən törədilmiş kütləvi qətliam ondan əvvəlki və sonrakı dövrlərdə, tarixi Azərbaycan torpaqlarında xalqımıza qarşı törədilmiş geniş miqyaslı soyqırımı təcəssüm edən dəhşətli bir hadisədir.

1905-ci ildən başlamış bu soyqırımı Azərbaycanın qərb hissəsində xüsusilə amansız olmuşdur. Ermənistan ordusu 1918-20-ci illərdə İrəvan, Zəngəzur, Göyçə, Dərələyəz, Sürməli, Şərur və digər bölgələrdə azərbaycanlılara qarşı kütləvi qırğınlar törətmiş və etnik təmizləmə həyata keçirilmişdir.

Ermənistan ordusunun 1918-ci ildə Qacarlar dövlətinin Xoy, Salmas, Urmiya və Qaradağ bölgələrinə soxularaq oraya pənah aparmış qaçqınları və yerli azərbaycanlıları kütləvi şəkildə öldürməsi bu dövlətin təkcə öz ərazisində etnik təmizləmə aparmaq deyil, həm də azərbaycanlıları bir qrup kimi tamamilə məhv etmək niyyətini sübut edir.

Yüz minlərlə azərbaycanlının öldürüldüyü bu soyqırımı aktları nəticəsində vaxtilə indiki Ermənistan ərazisində əhalinin 80 faizindən çoxunu təşkil etmiş azərbaycanlılar artıq 1921-ci ildə həmin ərazidə etnik azlıq təşkil etməyə başladılar. 1948-52, 1987-91-ci illərdə aparılmış etnik təmizləmə nəticəsində azərbaycanlılar tamamilə oradan qovulmuşlar. Hazırda bir nəfər də olsun azərbaycanlı indi Ermənistan adlanan o ərazidə qalmayıb.

Azərbaycanlıların bütün tarixi-mədəni irsi, məscidləri və qəbiristanlıqları dağıdılıb. 1897-ci ildə dövlət qeydiyyatına alınmış 269 məsciddən cəmi 1-i salamat qalıb.

Ermənistan BMT-nin Nizamnaməsinə, Ümumdünya İnsan Hüquqları Bəyannaməsinə və insan hüquqları sahəsində çoxsaylı beynəlxalq konvensiyalara tərəf olsa da, irqçi siyasətini davam etdirir. Bu ölkə azərbaycanlıların öz evlərinə təhlükəsiz və ləyaqətli şəkildə geri qayıtmasına mane olur, azərbaycanlılara qarşı insanlıq əleyhinə cinayətlər və terror aktları törətmiş Qaregin Njde, Andranik Ozanyan, Drastamat Kanayan, Monte Melkonyan kimi ünsürləri şöhrətləndirilir və Njdeizm kimi nasist ideologiyanı dövlət səviyyəsində təşviq edir.

Biz Ermənistan dövlətini törətdiyi soyqırımı, etnik təmizləmə, insanlıq əleyhinə cinayətlər və müharibə cinayətlərinə görə məsuliyyətini etiraf etməyə və barışıq naminə zəruri addımları atmağa çağırırıq. Ermənistan oradan qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə geri qayıtmasına şərait yaratmalı və dağıtdığı Azərbaycan mədəni irsini bərpa etməlidir. Həmçinin, Ermənistan azərbaycanlılara qarşı nifrət və ayrıseçkiliyi aşılayan siyasət və praktikasını dayandırmalı, insanlıq əleynhinə cinayət törətmiş şəxsləri ədalət məhkəməsinə təslim etməli, onları şöhrətləndirməyə dərhal son verməli, azərbaycanlılara qarşı cinayətlərdə iştirak etmiş hərbi və siyasi xadimlərə, terrorçulara qoyulmuş abidələri sökməli və aparılmış yer adları dəyişliklərini ləğv etməlidir".

Paylaş

Xəbər lenti

Rəcəb Tayyib Ərdoğan: "İrana qarşı həyata keçirilən hücumlar regiona ciddi təsir göstərir" Bu gün, 21:48 Ağdamda gənc FACİƏLİ şəkildə öldü Bu gün, 21:48 Göyçayda bıçaqlanan şəxsin vəziyyəti açıqlanıb Bu gün, 21:48 Cənubi Qafqazda sülh və Avropanın "qətnamə diplomatiyası": Reallıq, yoxsa siyasi təzyiq? Bu gün, 21:48 Pezeşkian: İran ordusu ölkəni müdafiə etməyə hazırdır Bu gün, 20:48 İranda 50 gündür internet yoxdur Bu gün, 20:48 Kiyevdə yerli sakinləri öldürən şəxs zərərsizləşdirilib Bu gün, 20:48 Türkiyənin ordu generalı Liviyada hərbi təlimə qatılıb Bu gün, 20:48 Bu gün paytaxtın 556  küçəsi yuyuldu Bu gün, 20:48 "Al Hadath": İran-ABŞ danışıqları aprelin 26-da İslamabadda baş tuta bilər Bu gün, 19:48 Dəridə ciddi qəbul etmədiyimiz əlamətlər hansı xəstəliyin göstəricisidir? - VİDEO Bu gün, 19:48 TDT-nin Qazaxıstan və Türkiyədə zirvə toplantısı keçiriləcək Bu gün, 19:48 Külli miqdarda narkotik vasitənin Azərbaycana keçirilməsinin qarşısı alınıb Bu gün, 19:48 Premyer Liqa: "Karvan-Yevlax" ardıcıl ikinci qələbəsini qazanıb Bu gün, 18:48 Ceyhun Bayramov: Azərbaycan qardaş ölkələrlə sıx əməkdaşlıq etməyə sadiq qalır Bu gün, 18:48 Xəzər rayonunda 5 ev, 2 sexdən 20 min manatlıq oğurluq olub Bu gün, 18:48 Bakının 556 küçəsi yuyuldu Bu gün, 18:48 Hövsan avtobuslarından ŞİKAYƏT: "Dayanacaqda dayanmırlar" Bu gün, 18:48 Türkiyə Ali Məhkəməsinin nümayəndə heyəti Xankəndidə olub Bu gün, 18:48 Saxta zərgərlik məmulatlarını necə müəyyən etmək olar? Bu gün, 18:48 "Xilasedici" Azərbaycan çempionu olub Bu gün, 18:48 Avtomobildən oğurluq edən şəxs saxlanılıb Bu gün, 18:48 Ceyhun Bayramov əlcəzairli həmkarı ilə Yaxın Şərqdəki gərginliyi müzakirə edib Bu gün, 17:48 Şimali Makedoniya Prezidenti: Azərbaycanla müxtəlif sahələrdə hədəflərimiz var Bu gün, 17:48 Azərbaycan avarçəkənləri Türkiyədəki turnirdə 3 medal qazanıblar Bu gün, 17:48 Keçmiş mətbuat katibi VƏFAT ETDİ Bu gün, 17:48 Hörmüz boğazında daha bir gəmi VURULDU Bu gün, 17:48 Gözəllik, sürət və əzm: Bakıda bədii gimnastika üzrə Dünya Kuboku Bu gün, 17:48 Xırdalanda QƏTL: Şübhəli saxlanıldı Bu gün, 17:48 Zelim Tçkayev: "Dünya çempionatında növbəti hədəfim qızıl medal olacaq" Bu gün, 17:48 Mehriban Əliyeva Antalyada Fələstinə həsr olunan tədbirdə iştirak edib Bu gün, 16:48 Bakıda yaz mövsümü ilə əlaqədar genişmiqyaslı daxili iməcilik keçirilib Bu gün, 16:48 Müctəba Xamenei: Ordumuz İran ərazisini qoruyur Bu gün, 16:48 Azərbayan cüdoçusu Zelim Tçkayev Avropa çempipnatında yarımfinala yüksəlib Bu gün, 16:48 "Real Madrid" Mbappe və Vinisiusu transferə çıxaracaq? Bu gün, 16:48 Elçin Əmirbəyov: Azərbaycanın regional siyasəti qarşılıqlı fayda prinsipinə əsaslanır Bu gün, 16:48 İbrahim Tatlısesin gəlini və nəvəsi pilləkandan yıxıldı Bu gün, 16:48 Sumqayıtda qanunsuz tikili sökülür Bu gün, 15:48 İran Azərbaycana təşəkkür edib Bu gün, 15:48 İş xanımı bunun üçün Özcan Denizə 5 milyon ödədi Bu gün, 15:48 48 gün sonra İrana ilk təyyarə yola düşdü Bu gün, 15:48 Antalya zirvəsi: İlham Əliyev qlobal siyasi masanın əsas söz sahibinə çevrilib - RƏY Bu gün, 15:48 Əməliyyatla üzünü dəyişdirən şəxs illər sonra Türkiyədə həbs edildi Bu gün, 15:48 Narkotik satan 5 nəfər TUTULDU Bu gün, 14:48 Bakı və İslamabad əməkdaşlığı gücləndirmək niyyətini təsdiqləyiblər Bu gün, 14:48 Qusarda oğul ona araq satmadığına görə anasını döydü Bu gün, 14:48 General Müşfiq Məmmədov İŞDƏN ÇIXARILDI - SƏBƏBİ məlum oldu Bu gün, 14:48 Keçmiş məhkum iki min manatlıq oğurluğu necə həyata keçirdi? Bu gün, 14:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR