2-04-2023, 00:00 668

Qarabağın azadlıq yolunun başlanğıcı - Azərbaycan Ordusunun Aprel qələbəsindən 7 il ötür

Bu gün Azərbaycan və Ermənistan arasında baş vermiş Aprel döyüşlərinin növbəti ildönümüdür.

"AVESTA.AZ" xatırladır ki, Azərbaycan Ordusunun qələbəsi ilə yekunlaşan tarixi döyüşlərin başlanmasından 7 il ötür.

2016-cı ilin mart ayının ortalarından ermənilər atəşkəsi intensiv pozmağa başlayıblar. Aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq isə bütün cəbhə boyu Azərbaycan Ordusunun mövqeləri və yaşayış məntəqələri düşmən tərəfindən intensiv atəşə məruz qalıb. Nəticədə ermənilər aprel ayının 2-dən 5-dək qoşunların təmas xəttində silahlı təxribatlar törədiblər. Təxribatlar zamanı dinc əhaliyə də hücumlar olub. Bu hadisələr nəticəsində Azərbaycan Ordusu şəhid verib, həmçinin mülki əhali arasında da ölən və yaralananlar olub.

Döyüşlər zamanı Azərbaycan Ordusu da ermənilərin mövqelərinə cavab zərbələri endirib, həyata keçirilən sürətli əks-həmlə zamanı 2 000 hektardan artıq ərazi azad edilib və daha çox ərazi əməliyyat baxımından nəzarət altına keçib. Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəkliklər düşmən qüvvələrindən tam təmizlənib. Horadiz şəhərinin düşmən təhlükəsindən qorunması məqsədilə Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli "Lələ təpə" adlandırılan yüksəklik də Azərbaycan Ordusunun nəzarətinə keçib. Bu döyüşlər nəticəsində 320 erməni hərbçisi məhv edilib, 500-dən artığı isə yaralanıb.

Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanması, erməni işğalçılarının 2016-cı il aprelin 2-dən 5-dək qoşunların təmas xəttində törətdikləri silahlı təxribatların qarşısının alınması və düşmənin dinc əhaliyə hücumlarının dəf edilməsi zamanı göstərdikləri qəhrəmanlıq və igidliyə görə Azərbaycan hərbçilərinin xüsusi fərqlənən bir qrupu 2016-cı il aprelin 19-da Azərbaycan Prezidentinin müvafiq sərəncamları ilə yüksək fəxri ada layiq görülüb, orden və medallarla təltif olunub. Vətən qarşısındakı xidmətlərinə görə təltif edilənlər arasında “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına, “Azərbaycan Bayrağı” və “Vətənə xidmətə görə” ordenlərinə, “Vətən uğrunda”, “İgidliyə görə” və “Hərbi xidmətlərə görə” medallarına layiq görülənlər var.

Ötən müddət ərzində işğaldan azad olunan ərazilərdə, o cümlədən aprel qələbəsi ilə düşmən təhlükəsinin uzaqlaşdırıldığı Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində təmir bərpa işləri aparılıb, orada yeni qəsəbə salınıb, ata-baba yurdlarından didərgin salınan insanlar geri dönüblər. Kənddə məscid tikilib, Cocuq Mərcanlı kənd məscidi dini icması fəaliyyət göstərir.

Aprel döyüşlərində Azərbaycan Ordusu düşmənə öz gücünü göstərib. Bunun nəticəsidir ki, 2020-ci ilin sentyabrın 27-də rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 30 ilə yaxın müddət ərzində Ermənistan silahlı qüvvələri tərəfindən işğal altında saxlanılan torpaqların azad olunması uğrunda döyüşlərə başlayıb. 44 gün davam edən döyüşlər zamanı 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edilib. Belə ki, Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəkliyi, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəkləri və daha 5 adsız yüksəklik azad olunub.

Ərazilərin işğaldan azad olunması ilə bağlı şad xəbərləri Azərbaycan xalqına Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev çatdırıb.

Noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidenti münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzalayıblar. Bəyanata əsasən, 2020-ci ilin noyabrın 20-də Ağdam rayonu, 2020-ci ilin noyabrın 25-də Kəlbəcər rayonu, 2020-ci ilin dekabrın 1-də isə Laçın rayonu sülh yolu ilə Azərbaycana qaytarılıb. Beləliklə, Azərbaycanın ərazi bütövlüyü bərpa olunub və bununla da Dağlıq Qarabağ münaqişəsi başa çatıb.

Qarabağ iqtisadi rayonuna daxil olan Xocalı rayonunun Fərrux kəndi və ətraf yüksəklikləri 2022-ci il mart ayının sonlarında Azərbaycanın tam nəzarətinə keçib. Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 2020-ci il noyabrın 10-da imzaladığı üçtərəfli bəyanata uyğun olaraq kənd Rusiya sülhməramlı qüvvələrinin nəzarətində idi. Ancaq qanunsuz erməni silahlı dəstələri 30 il əvvəlki kimi Fərruxdan Azərbaycan Ordusunun mövqelərinə atəş açmağa başlamışdı. Azərbaycan Ordusu əməliyyat keçirərək ərazini qanunsuz silahlılardan təmizləyib.

2022-ci ilin avqust ayında Azərbaycan Ordusu Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinə qarşı antiterror əməliyyatı keçirib. "Qisas" adlı cavab əməliyyatı nəticəsində Qırxqız yüksəkliyi, həmçinin Kiçik Qafqaz dağ silsiləsinin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra digər əhəmiyyətli hakim yüksəkliklər nəzarətə götürülüb.

Ermənistanın təxribatı səbəbindən ötən ilin sentyabrın 13-14-də baş vermiş toqquşmalar nəticəsində isə qarşı tərəf yüzlərlə canlı itki verib, texnikaları məhv edilib. Bu döyüşlər Ermənistanın geri oturdulması ilə nəticələnib.

Bu ilin martında isə Azərbaycan Ordusu Yeni Laçın yolunun istifadəyə verilməsi ilə əlaqədar Laçın rayonunun Cağazur və Zabux kəndləri arasında yerləşən bir neçə hakim yüksəklik, əsas və yardımçı yollar, eləcə də sərhədboyu geniş sahələr nəzarətə götürüb.

Paylaş

Xəbər lenti

Otağa icazəsiz daxil olmaq üstündə mübahisə: Əkiz qardaşlardan biri bıçaqlandı Bu gün, 14:48 Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar Bu gün, 14:48 Türkiyədə əməliyyat: 73 nəfər həbs edildi Bu gün, 13:48 "Sabah" - "Slaviya" oyununu avstriyalı baş hakim idarə edəcək Bu gün, 13:48 İrəvanda atışma: İki nəfər yaralanıb Bu gün, 13:48 29 yaşlı şəxsin meyiti həyətindəki yarımtikilidə tapıldı Bu gün, 13:48 Azərbaycan vətəndaşlarının əcnəbilərlə nikahları niyə pozulur? Bu gün, 12:48 Fərid Qayıbov: Sevindirici haldır ki, bizim də ultramarafonçularımız var Bu gün, 12:48 Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub Bu gün, 12:48 Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub Bu gün, 12:48 Qazaxda Gürcüstan vətəndaşı olan 73 yaşlı TIR sürücüsünün meyiti tapılıb Bu gün, 12:48 Yağış yağacaq, şimşək çaxacaq - PROQNOZ Bu gün, 12:48 "Yandex"in data mərkəzinə növbəti PUA hücumu - Xidmətlər dayandı Bu gün, 11:48 25 yaşlı azərbaycanlı Polşada vəfat etdi Bu gün, 11:48 Xəyalə "Aşk-ı Memnu"dakı malikanədə ağladı Bu gün, 11:48 Beyləqanda avtomobil elektrik dirəyinə çırpılıb, cərəyan sürücünü vuraraq öldürüb Bu gün, 11:48 ABŞ Rusiyaya atəşkəs üçün 3 iqtisadi təklif irəli sürüb - DETALLAR Bu gün, 10:48 Gəncədə səs-küy salıb atasını yuxudan oyadan şəxs həbs olundu Bu gün, 10:48 Dünya çempionatında Azərbaycan millisi Avstriyaya qalib gəlib Bu gün, 10:48 Üçüncü Beynəlxalq Xankəndi Ultramarafonunda sonuncu mərhələyə Ağdamda start verilib Bu gün, 10:48 Azərbaycanda gənc futbolçu VƏFAT ETDİ Bu gün, 09:48 Ər-Riyad hava limanına hücum: 12 ölü, 309 yaralı Bu gün, 09:48 Sumqayıtda 32 yaşlı kişi dəm qazından boğularaq ölüb Bu gün, 09:48 Misli Premyer Liqasında bu gün VII tura yekun vurulacaq Bu gün, 09:48 Şəmkirdə 18 yaşlı oğlan bıçaqlandı - Qardaşı şübhəlidir Bu gün, 09:48 Zooparkda pələng kişini diri-diri yedi Bu gün, 00:48 Ermənistanın Gəncədə törətdiyi dördüncü terrordan altı il ötür Bu gün, 00:48 Muxtar Babayev: Türkiyənin COP31-i icraya yönəlmiş COP-a çevirmək cəhdlərini dəstəkləyirik Dünən, 23:48 Ramzan Kadırovun Azərbaycana səfəri ilə bağlı videoicmal Dünən, 23:48 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi Dünən, 23:48 Ər-Riyad hava limanı hücumlardan sonra fəaliyyətini dayandırıb Dünən, 23:48 Kiyev sakinlərinə su və qida ehtiyatı toplamaq barədə xəbərdarlıq edilib Dünən, 23:48 Tramp ukraynalıları yeni prezident seçməyə çağırıb Dünən, 23:48 Gəncədə atasını yuxudan oyadan oğul həbs olundu Dünən, 23:48 "Isaias" qasırğası ABŞ-nin cənub-şərqində tələfatlara səbəb olub Dünən, 22:48 İsrail ordusu Qəzzada HƏMAS-ın komandirlərini zərərsizləşdirdi Dünən, 22:48 WSJ: ABŞ-nin yeni PUA-ları isti hava şəraitində sınaqdan keçməyib Dünən, 22:48 SEPAH: Hörmüz boğazından icazəsiz keçən neft tankeri minaya düşüb Dünən, 22:48 Azərbaycan Basketbol Liqası: "Neftçi" "Ordu"nu məğlub edib Dünən, 21:48 "Artıq "ana" yox, "hamilə valideyn" deməliyik!" – Tramp Dünən, 21:48 FT: ABŞ Rusiyanın neft zavodlarına zərbələrə görə Ukraynanı məlumat ötürməməklə hədələyib Dünən, 21:48 Uşanqi Kokauri: "Finalda daha çox taktiki səhvlərə yol verdim" Dünən, 20:48 Rəşad Aslanov: Türk dünyasının gələcəyi gənclərin əməkdaşlığından asılıdır Dünən, 20:48 Kamandan oxatma üzrə Azərbaycan Superkuboku keçiriləcək Dünən, 20:48 Goranboyda qəza olub, xəsarət alanlar var Dünən, 20:48 Kənan Nəsibov Bakıda keçirilən dünya çempionatında bürünc medal qazanıb Dünən, 19:48 Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA Dünən, 19:48 Dostu dava saldı, onları barışdırmağa gəldi, özü bıçaqlandı Dünən, 19:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR