4-04-2023, 13:32 522

İranda aksiyalar davam edir, müxtəlif şəhərlərdə Azərbaycan bayrağı qaldırılıb - İCMAL

Tehran rejiminin sərt cəza tədbirlərinə, qanunsuzluqlarına, hüquq-mühafizə orqanlarının zorakılıqlarına baxmayaraq, İranda etiraz aksiyaları davam edir.

“Report” xəbər verir ki, yürüş və mitinqlər əsasən Təbriz, Qərbi və Şərqi Azərbaycan, Kürdüstan, Ərdəbil, Mazandaran, Xuzistan və bir sıra əyalətlərdə keçirilir.

Aksiyalarda “Diktatora ölüm!”, “Xameneiyə ölüm!”, “Uşaq öldürən hökumətə ölüm!”, “Qadın, Həyat, Azadlıq!” və bu kimi şüarlar səsləndirilib.

Eyni zamanda fəallar müxtəlif şəhərlərdə Azərbaycan bayrağı qaldırıblar.

Vətəndaşlar istəklərinin həyata keçirilməsi üçün yaşıl düyün (yaşıl otları düyünləmək) adət-ənənəsinə uyğun olaraq İslam Respublikasını devirmək arzusu ilə təbiət qoynunda yaşıl düyünlər bağlayıblar. İnsanlar bununla xalqın azadlığına ümidlərini ifadə ediblər.

Bundan başqa, Mazandaran əyalətinin Nouşəhr şəhərində “Qadın, Həyat, Azadlıq!” şüarlarının səsləndirildiyi etiraz aksiyası zamanı İranın xüsusi xidmət orqanlarının agentləri tərəfindən öldürülən Hənane Kiyanın valideynləri İranın azadlığı və övladının qatillərinin tapılması üçün yaşıl düyün (yaşıl otlar) bağlayıblar.

Bundan başqa, qadınlar küçələrdə hicabsız rəqs ediblər.

Şərqi Azərbaycan əyalətinin Miyana şəhərində 7 iş yerinin lisenziyası məcburi hicab qaydalarına riayət edilmədiyi üçün ləğv olunub.

Ərdəbil əyalətindəki Heyran aşırımında etirazçılar Təbiət Günü mərasimi zamanı hökumət əleyhinə şüarlar səsləndiriblər.

Şərqi Azərbaycan əyalətinin mərkəzi Təbriz şəhərində Təbiət Günündə hicabsız gənc qız xalq arasında Azərbaycan rəqsi edib, hicablı qadın isə onu təbrik edib. Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.

Xuzistan əyalətinin Həftqol meydanında Qaşqay türkləri 13-cü Bədr mərasimini rəqs və şənliklə qeyd ediblər. Mərasimə hicablı və başı açıq qadınlar, eyni zamanda kişilər qatılıblar.

Təbiət Günü münasibətilə bir qrup qadın məscidi-Süleyman şəhərində kişilərlə bərabər və hicabsız formada rəqs edib, əylənirlər.

Xuzistan əyalətinin təqaüdçüləri yaşayış şəraitinin pis olmasına və Ali Əmək Şurasının qərarına etiraz əlaməti olaraq toplaşaraq, “Təqaüdçünün soyuducusu, əvvəlkindən daha boş”, “Dünənin döyüşçüləri, bugünün acları” şüarlarını səsləndiriblər.

Əhvaz şəhərinin bir qrup təqaüdçüsü və sosial təminat pensiyaçısı Xuzistanın Sosial Müdafiə Baş İdarəsi qarşısında yaşayış şəraitinin pis olmasına və onların tələblərinin nəzərə alınmamasına etiraz ediblər. Aksiyada “Təqaüdçü problemi nə vaxt həll olunacaq?”, “Bahalı inflyasiya insanların həyatının bəlasıdır” şüarları səsləndirilib.

Şuş şəhərinin bir qrup təqaüdçüsü isə “Yalnız küçənin döşəməsi bizim haqqımızdır” şüarı ilə küçələrə çıxıblar.

Kürdüstan əyalətində Kürdüstan Müəllimlər Birliyi elan edib ki, müəllim, ictimai fəal Süleyman Abdin həbsdən buraxılmasa, üzvləri Saqqız şəhərində Təhsil müəssisəsi qarşısında etiraz aksiyası keçirəcəklər.

İranda şagird və tələbələrin müəmmalı zəhərlənməsi də davam edir. 22 Bəhmən adına Qız Məktəbinin şagirdləri zəhərlənib, 5 şagirdin isə vəziyyəti ağır olduğundan İmam Sulduz xəstəxanasına aparılıb.

Bundan başqa, ABŞ-ın Virciniya ştatında bir parkda İran xalqı inqilabi qiyamda həlak olanların xatirəsini bir dəqiqəlik sükutla yad edərək Novruzun 13-cü günü mərasim keçiriblər.

Almaniyanın Düsseldorf şəhərində iranlılar builki Novruz mərasimini İrandakı inqilabi üsyana dəstək olaraq düzənləyiblər. Mərasimdə çıxış edənlər deyiblər:

“Biz iranlıyıq. Harada olsaq da, öz mədəniyyətimiz və dilimiz var. Bununla da ölkəmizin mədəniyyətini və dilini geri alırıq”.

İranlılar Böyük Britaniyanın paytaxtı Londonun Trafalqar meydanında aksiya keçiriblər. Etirazçılar “Qadın, Həyat, Azadlıq!”, “Kişi, Vətən, Abadlıq”, “İran hazırdır, Əmr ver, Şahzadə” şüarları səsləndiriblər.

Paylaş

Xəbər lenti

Kəmalə Qaramollayevanın "Dünyam" konsertindən GÖRÜNTÜLƏR Bu gün, 01:48 Avropa Komissiyası ABŞ-nin Aİ ilə bağlı istehsal iddiasını rədd edib Bu gün, 01:48 Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər Bu gün, 01:48 Cəlilabad rayonunun bir hissəsi susuz qalıb Bu gün, 01:48 Çətin dağ yolları və mina təhlükəsi: Ordunun Kəlbəcərə hərəkəti üçün hansı hazırlıqlar görüldü? Dünən, 23:48 "TikTok"dan 10 min şitil aldı, 60 min ziyana düşdü: "Kimə göstərdim, pomidora yaxın durmadı" Dünən, 23:48 Elçin Məsiyev dünya çempionatına təyinat aldı Dünən, 23:48 Monteneqro Prezidenti 2027-ci ildə Azərbaycana səfər edəcəyini təsdiqləyib Dünən, 23:48 Azərbaycanda qadını vəhşicəsinə döyən şəxs polis tərəfindən saxlanılıb Dünən, 23:48 ABŞ-də lotereyada 1 milyon dollar qazanan miqrant saxlanıldı Dünən, 23:48 UEFA Çempionlar Liqası: "Sabah" "Barselona" ilə matçda fərqi azaldıb Dünən, 23:48 Qarlı və buzlu yolda sürücülər üçün 8 vacib qayda Dünən, 23:48 Azərbaycanda qadın vəhşicəsinə döyüldü: Pəncərəsinə daş atıldı Dünən, 22:48 Moskvada Qod Nisanovun yeni beşulduzlu hotelinin açılışı olub Dünən, 22:48 "Sabah" - "Barselona" qarşılaşmasında hesab açıldı Dünən, 22:48 "Sabah" - "Barselona" matçında stadiona girişdə problem yaranıb Dünən, 22:48 Azərbaycanda bu şəxslərin evləri TƏMİR EDİLƏCƏK Dünən, 22:48 Mətanət İsgəndərli: "Kəmalə Qaramollayeva belə davam etsə, dünya səhnələrinə çıxacaq" Dünən, 21:48 "200 min pul vermişəm": İcra hakimiyyəti Digahda yolu satıb? Dünən, 21:48 İranda saxta spirtli içkidən 20 nəfər ölüb Dünən, 21:48 Həkimdən xəbərdarlıq: Dərman qəbul edənlər alkoqoldan uzaq durmalıdır Dünən, 21:48 "Sabah" - "Barselona" qarşılaşması start götürdü Dünən, 21:48 Azərbaycanda palçıq vulkanı püskürdü Dünən, 21:48 PA-nın Vətəndaş Qəbulu Mərkəzində dekabr ayı üçün qəbul cədvəli açıqlandı Dünən, 20:48 Güclü küləklə bağlı xəbərdarlıq Dünən, 20:48 Bakı Olimpiya Stadionu tarixi oyuna hazırdır Dünən, 20:48 Əhaliyə ŞAD XƏBƏR - 3 milyon vətəndaşın gəliri artacaq Dünən, 20:48 Kəmalə Qaramollayeva: "Bu konsertə 5 ay hazırlaşmışıq" Dünən, 20:48 Bakıda üç şəhər poliklinikası TƏMİR OLUNACAQ Dünən, 19:48 Türkmənistan Orta Dəhlizin inkişafına özəl investisiyalar cəlb etmək niyyətindədir Dünən, 19:48 Rahim Sterlinqin cəzası məlum oldu Dünən, 19:48 "Black Friday" - Saxta endirim edənləri hansı cəza gözləyir? Dünən, 19:48 Bu ilin sonuna qədər dövlət sifarişi əsasında çəkilən 3 film təqdim olunacaq Dünən, 19:48 Bakıda avtobuslar üçün nəzərdə tutulan xüsusi svetofor istifadəyə verilib Dünən, 18:48 İdman yarışlarının maliyyələşdirilməsi qaydaları üzrə yeni normalar müəyyənləşib Dünən, 18:48 PAŞA Bank və Deloitte Private "Best Managed Companies Azerbaijan 2027" proqramı üzrə növbəti əməkdaşlıq müqaviləsini imzalayıb Dünən, 18:48 BRAVO supermarketlər şəbəkəsi böyük brendləri bir araya gətirdi: Tərəfdaşlar üçün yeni reklam və əməkdaşlıq imkanları təqdim edildi Dünən, 18:48 Xalq artisti Elmira Şabanova vəfat etdi Dünən, 18:48 Sumqayıt bulvarında dənizdə batan şəxsin meyiti tapıldı Dünən, 17:48 Bakıda küləyin sürəti 22 m/s-dir, bəzi rayonlara qar yağır - Faktiki hava Dünən, 17:48 Yasamalda narkotik istifadəçiləri saxlanıldı - ANBAAN VİDEO Dünən, 17:48 Zaqatalada itkin düşmüş şəxsin axtarışlarına təlim itləri cəlb olunub Dünən, 17:48 Məktəblərdə qışa hazırlıq necə aparılır? Dünən, 17:48 Azərbaycan və Tacikistan Müdafiə nazirlikləri arasında təcrübə mübadiləsi aparılıb Dünən, 17:48 UEFA Gənclər Liqası: "Sabah"ın U-19 komandası "Barselona"ya uduzub Dünən, 17:48 Murad Süleymanov vəzifəsindən azad edildi Dünən, 17:48 Fransada tətil Paris–London qatar reyslərini pozdu Dünən, 16:49 Müştəri adı ilə salona girdi, PS5-i çantasına qoyub qaçdı - SAXLANILDI Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR