
“ABŞ və Azərbaycan arasında ticarət əməkdaşlığını yeni səviyyəyə çıxarmaq lazımdır”.
“AVESTA.AZ” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ABŞ-ın ticarət katibinin qlobal bazarlar üzrə köməkçisi, Xarici Ticarət Xidmətinin baş direktoru Arun Venkataraman deyib.
O qeyd edib ki, Bakıya səfəri ölkələr arasında əməkdaşlığın genişləndirilməsinə yönəlib: “Pandemiyadan əvvəlki səviyyəyə qayıda bildik. Əməkdaşlığımızı daha da dərinləşdirə biləcəyimiz sahələr var. Buraya kənd təsərrüfatı, logistika və nəqliyyat daxildir”.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.