5-04-2023, 12:40 587

ABŞ demokratiyasına vurulan zərbə - mühakimə olunan ilk Prezident - ŞƏRH

ABŞ çoxunun “yaşıl kart” udub yaşamaq istədiyi ölkədir. ABŞ fövqəldövlət sayılır. Milli valyutası dünya ticarətinin əsas tədavül vasitəsi, ödəniş puludur. Çoxu bu ölkəni həm də ədalətli hakim olaraq görür. Böyük və güclü, yenilməz, hər şeyə qadir qüvvə dövlət sayırlar. Ancaq ilin-günün, dünyanın bu qarışıq vaxtı ölkədə baş verənlər gözləntilərə, ümidlərə zərbə vurur.

Ancaq 45-ci Prezident Donald Trampla bağlı hadisələr ABŞ-ın demokratiyasına, ədalətinə zərbə vurur. Milyarder siyasətçinin seçkiqabağı kampaniyası qalmaqallı keçdi. Onun seçki qərargahının Rusiya ilə əlaqələri üzə çıxdı. Seçkinin nəticələri ABŞ-da demokratiyanın problemlərini aşkarladı. Səsvermənin nəticələrinin ümumölkə üzrə olmamasının ziyanı sonrakı hadisələrdə təsdiqləndi.

Yeri gəlmişkən ABŞ-da seçkinin nəticələrini seçici deyil, 538 üzvü olan Seçicilər Kollegiyası həll edir. Onlar mənsub olduqları partiyanın qurultayında seçilirlər.

Kollegiyaya adətən senatorlar, konqresmenlər, tanınmış siyasi fiqurlar təmsil olunurlar. Başqa sözlə, Prezidenti və vitse-prezidenti onlar müəyyənləşdirir.

Prezident olduğu dövrdə komandasının üzvlərinin tez-tez istefa verməsi də ABŞ tarixində nadir hal sayılırdı. Elə 2017-2018-ci illər ərzində dövlət katibi vəzifəsinə 4 yeni təyinatı buna nümunə göstərmək olar.

Cozef Bayden prezident seçkisində qalib elan olunduqdan sonra Trampın tərəfdarlarının Ağ evə hücumu ABŞ-ı banan dövlətinə oxşatdı.

Ona qarşı 33 maddəlik ittiham irəli sürülüb. Bu da ABŞ məhkəmə sisteminin və hüquq mühafizə orqanlarının fəaliyyətinin nəticəsidir. Çünki 76 yaşlı milyarder siyasətçi doğulandan ABŞ vətəndaşıdır. Bir hadisə zamanı çoxlu sayda ittiham hüquq-mühafizə orqanlarının vaxtı ilə Trampla bağlı bir sıra məsələlərə göz yumduğunun göstəricisi də sayıla bilər. Həmin ittihamlara əsasən, Donald Tramp 136 il azadlıqdan məhrum edilə bilər. Yəni, cəzasının yüngülləşdirilməsi, əfvi o dünyadakı ədalətin ümidinə qalacaq.

Bu iddialar ABŞ-da hüquq normalarının tapdanmasının, hətta, bu sahədə neqativ hadisələrin baş verdiyinin istisna olmadığını göstərir.

Donald Tramp seçkiqabağı kampaniya zamanı maliyyə pozuntusuna görə də ittiham olunur. Maraqlıdır, bu məsələ niyə 7 ildən sonra açıqlanır? Dünyanın dörd tərəfində çirkli pulların yuyulmasını müəyyənləşdirə bilən, müxtəlif ölkələrdə prezident seçkilərinə qiymət verən, orada keçirilən siyasi kampaniyaya xərclənən maliyyə vəsaitindən xəbəri olan ABŞ-ın öz daxilində baş verdiyi iddia olunan fırıldağı 7 ildən sonra aşkarlaması da müəmmadır. Ya da uyğun qurum da qanun pozuntusunda əlbir olub. Hər halda bu, ABŞ-ın hüquq-mühafizə, Federal Təhqiqat Bürosu, Daxili İşlər Nazirliyi və başqa qurumlar tərəfindən araşdırılası məsələdir.

Donald Tramp iddia edir ki, şou-bizneslə məşğul olarkən, heç bir qadını icazəsi olmadan öpməyib. Halbuki indi o, pornoaktrisa Stormi Denielsə (əsl adı Stefani Kliffordsdır) aralarındakı keçmiş aşiq-məşuqluqla bağlı susmasına görə 130 min dollar verməkdə də ittiham olunur. İddia olunur ki, o, bu məbləği seçkiqabağı fondun hesabına ödəyib. Odur ki, 33 maddədən biri də seksual qısnama ilə bağlıdır. Tramp qadınlara qarşı seksual qısnamada da ittiham olunur.

Bu yerdə Billi Klintonla Monika Levinski olayını da xatırlatmağın yeri var...

Deməli, ABŞ-ın 45-ci Prezidenti ölkə vətəndaşlarına, seçicilərinə yalan deyib, onları aldadıb.

ABŞ siyasi həyatı üçün ən pis hal isə 33 maddəlik ittiham, yaxud cinayət işinin açılması şəraitidir. Donald Tramp növbəti prezident seçkisində namizədliyini irəli sürəcəyini açıqlayandan sonra Ştatların hüquq-mühafizə orqanları onun saxlanılması barədə qərar qəbul etdilər və s... 45-ci Prezident bütün ittihamları rədd edib.

Trampın başına gələnlər bütün dünyada polisin cinayətdə şübhəli bilib saxladığı şəxsin cibindən yad cisimlər çıxarmasına oxşayır. Yəni ABŞ, o günə qalıb ki, Donald Trampı seçkidə iştirakından qorxaraq onun cibindən Stormi Denielsin çılpaq fotosunu çıxarır.
Yoxsa, ABŞ-da demokratiya böhran keçirir...

Paylaş

Xəbər lenti

Qazaxda evdə partlayış olub: İki nəfər xəsarət aldılar Bu gün, 09:48 30 il davam edən mənzil qalmaqalı: Məcburi köçkünlə ev sahibi arasında gərgin anlar Bu gün, 09:48 Qızılın qiyməti 3 600 dolları keçdi Bu gün, 09:48 Saxta pasportla Azərbaycana gələn iranlı ər-arvad həbs edildilər Bu gün, 09:48 "Sabah" - "Barselona" oyununda faciə: Rusiyalı azarkeş stadionda öldü Bu gün, 09:48 Bakıda səkkizinci mərtəbədə köməksiz qalan uşaq xilas edildi Bu gün, 09:48 Azercell-in rəqəmsal inkişaf modeli Filip Kotlerin beynəlxalq nəşrində təqdim edilib Bu gün, 09:48 Polis "Sabah" – "Barselona" oyunu ilə əlaqədar gücləndirilmiş rejimdə xidmət aparıb Bu gün, 08:49 Azərbaycan və Litvanın XİN rəhbərləri "Sabah" – "Barselona" matçını birlikdə izləyiblər Bu gün, 08:49 Dambrauskas: Futbolçularımın meydanda nələr yaşadığını təsəvvür edə bilirdim Bu gün, 08:49 Flik: "Sabah"ın "Barselona" ilə matçda itirəcəyi heç nə yox idi Bu gün, 08:48 Sosial müəssisədə doqquz gündür istilik yoxdur? Bu gün, 08:48 Bakıda bu ərazidə fərdi evlər SÖKÜLƏCƏK - 3 min manat kompensasiya... Bu gün, 08:48 Qazaxda evdə partlayış olub: Ana və oğlu xəsarət aldılar Bu gün, 08:48 Kəmalə Qaramollayevanın "Dünyam" konsertindən GÖRÜNTÜLƏR Bu gün, 01:48 Avropa Komissiyası ABŞ-nin Aİ ilə bağlı istehsal iddiasını rədd edib Bu gün, 01:48 Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər Bu gün, 01:48 Cəlilabad rayonunun bir hissəsi susuz qalıb Bu gün, 01:48 Çətin dağ yolları və mina təhlükəsi: Ordunun Kəlbəcərə hərəkəti üçün hansı hazırlıqlar görüldü? Dünən, 23:48 "TikTok"dan 10 min şitil aldı, 60 min ziyana düşdü: "Kimə göstərdim, pomidora yaxın durmadı" Dünən, 23:48 Elçin Məsiyev dünya çempionatına təyinat aldı Dünən, 23:48 Monteneqro Prezidenti 2027-ci ildə Azərbaycana səfər edəcəyini təsdiqləyib Dünən, 23:48 Azərbaycanda qadını vəhşicəsinə döyən şəxs polis tərəfindən saxlanılıb Dünən, 23:48 ABŞ-də lotereyada 1 milyon dollar qazanan miqrant saxlanıldı Dünən, 23:48 UEFA Çempionlar Liqası: "Sabah" "Barselona" ilə matçda fərqi azaldıb Dünən, 23:48 Qarlı və buzlu yolda sürücülər üçün 8 vacib qayda Dünən, 23:48 Azərbaycanda qadın vəhşicəsinə döyüldü: Pəncərəsinə daş atıldı Dünən, 22:48 Moskvada Qod Nisanovun yeni beşulduzlu hotelinin açılışı olub Dünən, 22:48 "Sabah" - "Barselona" qarşılaşmasında hesab açıldı Dünən, 22:48 "Sabah" - "Barselona" matçında stadiona girişdə problem yaranıb Dünən, 22:48 Azərbaycanda bu şəxslərin evləri TƏMİR EDİLƏCƏK Dünən, 22:48 Mətanət İsgəndərli: "Kəmalə Qaramollayeva belə davam etsə, dünya səhnələrinə çıxacaq" Dünən, 21:48 "200 min pul vermişəm": İcra hakimiyyəti Digahda yolu satıb? Dünən, 21:48 İranda saxta spirtli içkidən 20 nəfər ölüb Dünən, 21:48 Həkimdən xəbərdarlıq: Dərman qəbul edənlər alkoqoldan uzaq durmalıdır Dünən, 21:48 "Sabah" - "Barselona" qarşılaşması start götürdü Dünən, 21:48 Azərbaycanda palçıq vulkanı püskürdü Dünən, 21:48 PA-nın Vətəndaş Qəbulu Mərkəzində dekabr ayı üçün qəbul cədvəli açıqlandı Dünən, 20:48 Güclü küləklə bağlı xəbərdarlıq Dünən, 20:48 Bakı Olimpiya Stadionu tarixi oyuna hazırdır Dünən, 20:48 Əhaliyə ŞAD XƏBƏR - 3 milyon vətəndaşın gəliri artacaq Dünən, 20:48 Kəmalə Qaramollayeva: "Bu konsertə 5 ay hazırlaşmışıq" Dünən, 20:48 Bakıda üç şəhər poliklinikası TƏMİR OLUNACAQ Dünən, 19:48 Türkmənistan Orta Dəhlizin inkişafına özəl investisiyalar cəlb etmək niyyətindədir Dünən, 19:48 Rahim Sterlinqin cəzası məlum oldu Dünən, 19:48 "Black Friday" - Saxta endirim edənləri hansı cəza gözləyir? Dünən, 19:48 Bu ilin sonuna qədər dövlət sifarişi əsasında çəkilən 3 film təqdim olunacaq Dünən, 19:48 Bakıda avtobuslar üçün nəzərdə tutulan xüsusi svetofor istifadəyə verilib Dünən, 18:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR