
Bu gün Azərbaycan Premyer Liqasında XXIX tura start veriləcək.
"AVESTA.AZ"un məlumatına görə, açılış oyununda "Qəbələ" "Zirə"ni qəbul edəcək. Hazırda bölgə təmsilçisi 36 xalla 5-ci, Bakı klubu isə 38 xalla 4-cü pillədə qərarlaşıb.
İki komanda indiyədək ölkə çempionatında 30 dəfə qarşılaşıb. Bunların 10-da "qırmızı-qaralar", 6-da "qartallar" qələbə qazanıblar. 14 görüşdə qalib müəyyənləşməyib. Topların nisbətində də əyalət klubunun üstünlüyü var - 36:26.
"Qəbələ" son 4 oyunda qol vurub. "Zirə" son 12 səfər qarşılaşmasında qalib gəlməyib.
Azərbaycan Premyer Liqası
XXIX tur
7 aprel (cümə)
17:00. “Qəbələ” – “Zirə”
Hakimlər: Tural Qurbanov, Vüsal Məmmədov, Rəhman İmami, Fərid Hacıyev
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Rüfət Əmirov
Qəbələ şəhər stadionu.
Qeyd edək ki, turun "Səbail" - "Sabah" və "Sumqayıt" - "Neftçi" oyunları aprelin 8-də, "Turan Tovuz" - "Şamaxı" və "Qarabağ" - "Kəpəz" matçları isə aprelin 9-da olacaq.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.