7-04-2023, 19:30 694

“Elektroenergetika haqqında” qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub

“Elektroenergetika haqqında” qanun layihəsi üçüncü oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.

"Report" xəbər verir ki, aprelin 7-də Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin növbəti iclası keçirilib. İclasda Energetika naziri Pərviz Şahbazov, Enerji Məsələlərini Tənzimləmə Agentliyi İdarə Heyətinin sədri Samir Axundov, Energetika nazirinin müavini Samir Vəliyev, nazirliyin şöbə müdirləri Ələsgər Həsənov və İbrahim Ağayev iştirak ediblər.

Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov diqqətə çatdırıb ki, iclasın gündəliyinə 4 məsələ - “Elektroenergetika haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş), habelə “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi (ikinci oxunuş), “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi (ikinci oxunuş), “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi (ikinci oxunuş) barədə qanun layihələri daxil edilib.

Əvvəlcə, iclasda “Elektroenergetika haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş) təqdim olunub. Komitə sədri Sadiq Qurbanov qanun layihəsinin Milli Məclisin plenar iclasında birinci və ikinci oxunuşda müzakirə edildiyini, sənədlə bağlı deputatların öz fikirlərini və qeydlərini səsləndirdiyini söyləyib.

Sonra Energetika naziri Pərviz Şahbazov çıxış edərək, Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi sosial-iqtisadi inkişaf strategiyasının bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. O, hazırda qlobal səviyyədə energetika sistemində transformasiya proseslərinin getdiyini, dünya ölkələrində enerji keçidi proseslərinin həyata keçirildiyini, müasir çağırışlara cavab verən inkişaf modellərinin tətbiq edildiyini deyib. Qeyd edib ki, bu amilləri nəzərə alaraq, Prezidentin imzaladığı fərman və sərəncamlarda ölkəmizin energetika sistemində islahatların növbəti mərhələsi ilə bağlı konkret vəzifələr irəli sürülüb.

Bildirilib ki, dövlət başçısının müvafiq sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda elektrik enerjisinin istehsalı, ötürülməsi, paylanması və təchizatı fəaliyyətinin hüquqi və idarəçilik cəhətdən ayrılması, müstəqil təchizat subyektlərinin təşviqi, zəruri tənzimləyici mühitin formalaşdırılması ilə bazar prinsiplərinin tətbiqi nəzərdə tutulub. Burada məqsəd vətəndaşların, habelə iqtisadiyyatın əlçatan, etibarlı, keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin edilməsindən ibarətdir.

Nazir təqdim edilmiş yeni “Elektroenergetika haqqında” qanun layihəsinin bu sahədə islahatların növbəti mərhələsi üçün hüquqi mexanizm formalaşdıracağını söyləyib. Qeyd edib ki, layihə hazırlanarkən beynəlxalq təcrübə, ölkədə bazar iqtisadiyyatının mövcud inkişaf səviyyəsi və perspektiv inkişaf istiqamətləri nəzərə alınıb. O, ölkə iqtisadiyyatının və əhalinin elektrik enerjisi ilə dayanıqlı və etibarlı təminatı üçün bu sahədə hüquqi mexanizmin xüsusi əhəmiyyətindən danışıb.

Qanun layihəsi ətrafında aparılan müzakirələrdə parlamentin komitə sədrləri Qənirə Paşayeva, Tahir Mirkişili, deputatlar Vahid Əhmədov, Vüqar Bayramov, Asim Mollazadə, Elnur Allahverdiyev, Fəzail Ağamalı, Aydın Mirzəzadə, Qüdrət Həsənquliyev, Elman Nəsirov, Razi Nurullayev, Müşfiq Məmmədli, Arzu Nağıyev çıxış edərək öz fikirlərini, qeyd və təkliflərini səsləndiriblər.

Deputatlar sənədi energetika sistemində islahatların həyata keçirilməsində mühüm addım kimi dəyərləndiriblər. Bildirilib ki, layihə ölkədə elektroenergetika sahəsinin inkişafına, rəqabət mühitinin formalaşmasına, özəl investisiyaların qoyuluşuna münbit şəraitin yaradacaq, bu sahədə səmərəliliyin, məhsul və xidmətlərin keyfiyyətinin artırılmasına, istehlakçıların mənafelərinin qorunmasına xidmət edəcək.

Energetika naziri Pərviz Şahbazov, parlamentin komitə sədri Sadiq Qurbanov Energetika Nazirliyinin şöbə müdiri Ələsgər Həsənov deputatların qaldırdıqları məsələlərə aydınlıq gətiriblər, səsləndirdikləri sualları ətraflı cavablandırıblar.

Müzakirələrin yekununda “Elektroenergetika haqqında” qanun layihəsi üçüncü oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Sonra iclasda “Elektroenergetika haqqında” Qanunda dəyişiklik edilməsi (ikinci oxunuş), “Qaz təchizatı haqqında” Qanunda dəyişiklik edilməsi (ikinci oxunuş), “Su təchizatı və tullantı suları haqqında” Qanunda dəyişiklik edilməsi (ikinci oxunuş) barədə qanun layihələrinə baxılıb və bu sənədlər də ikinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Paylaş

Xəbər lenti

Kəmalə Qaramollayevanın "Dünyam" konsertindən GÖRÜNTÜLƏR Bu gün, 01:48 Avropa Komissiyası ABŞ-nin Aİ ilə bağlı istehsal iddiasını rədd edib Bu gün, 01:48 Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər Bu gün, 01:48 Cəlilabad rayonunun bir hissəsi susuz qalıb Bu gün, 01:48 Çətin dağ yolları və mina təhlükəsi: Ordunun Kəlbəcərə hərəkəti üçün hansı hazırlıqlar görüldü? Dünən, 23:48 "TikTok"dan 10 min şitil aldı, 60 min ziyana düşdü: "Kimə göstərdim, pomidora yaxın durmadı" Dünən, 23:48 Elçin Məsiyev dünya çempionatına təyinat aldı Dünən, 23:48 Monteneqro Prezidenti 2027-ci ildə Azərbaycana səfər edəcəyini təsdiqləyib Dünən, 23:48 Azərbaycanda qadını vəhşicəsinə döyən şəxs polis tərəfindən saxlanılıb Dünən, 23:48 ABŞ-də lotereyada 1 milyon dollar qazanan miqrant saxlanıldı Dünən, 23:48 UEFA Çempionlar Liqası: "Sabah" "Barselona" ilə matçda fərqi azaldıb Dünən, 23:48 Qarlı və buzlu yolda sürücülər üçün 8 vacib qayda Dünən, 23:48 Azərbaycanda qadın vəhşicəsinə döyüldü: Pəncərəsinə daş atıldı Dünən, 22:48 Moskvada Qod Nisanovun yeni beşulduzlu hotelinin açılışı olub Dünən, 22:48 "Sabah" - "Barselona" qarşılaşmasında hesab açıldı Dünən, 22:48 "Sabah" - "Barselona" matçında stadiona girişdə problem yaranıb Dünən, 22:48 Azərbaycanda bu şəxslərin evləri TƏMİR EDİLƏCƏK Dünən, 22:48 Mətanət İsgəndərli: "Kəmalə Qaramollayeva belə davam etsə, dünya səhnələrinə çıxacaq" Dünən, 21:48 "200 min pul vermişəm": İcra hakimiyyəti Digahda yolu satıb? Dünən, 21:48 İranda saxta spirtli içkidən 20 nəfər ölüb Dünən, 21:48 Həkimdən xəbərdarlıq: Dərman qəbul edənlər alkoqoldan uzaq durmalıdır Dünən, 21:48 "Sabah" - "Barselona" qarşılaşması start götürdü Dünən, 21:48 Azərbaycanda palçıq vulkanı püskürdü Dünən, 21:48 PA-nın Vətəndaş Qəbulu Mərkəzində dekabr ayı üçün qəbul cədvəli açıqlandı Dünən, 20:48 Güclü küləklə bağlı xəbərdarlıq Dünən, 20:48 Bakı Olimpiya Stadionu tarixi oyuna hazırdır Dünən, 20:48 Əhaliyə ŞAD XƏBƏR - 3 milyon vətəndaşın gəliri artacaq Dünən, 20:48 Kəmalə Qaramollayeva: "Bu konsertə 5 ay hazırlaşmışıq" Dünən, 20:48 Bakıda üç şəhər poliklinikası TƏMİR OLUNACAQ Dünən, 19:48 Türkmənistan Orta Dəhlizin inkişafına özəl investisiyalar cəlb etmək niyyətindədir Dünən, 19:48 Rahim Sterlinqin cəzası məlum oldu Dünən, 19:48 "Black Friday" - Saxta endirim edənləri hansı cəza gözləyir? Dünən, 19:48 Bu ilin sonuna qədər dövlət sifarişi əsasında çəkilən 3 film təqdim olunacaq Dünən, 19:48 Bakıda avtobuslar üçün nəzərdə tutulan xüsusi svetofor istifadəyə verilib Dünən, 18:48 İdman yarışlarının maliyyələşdirilməsi qaydaları üzrə yeni normalar müəyyənləşib Dünən, 18:48 PAŞA Bank və Deloitte Private "Best Managed Companies Azerbaijan 2027" proqramı üzrə növbəti əməkdaşlıq müqaviləsini imzalayıb Dünən, 18:48 BRAVO supermarketlər şəbəkəsi böyük brendləri bir araya gətirdi: Tərəfdaşlar üçün yeni reklam və əməkdaşlıq imkanları təqdim edildi Dünən, 18:48 Xalq artisti Elmira Şabanova vəfat etdi Dünən, 18:48 Sumqayıt bulvarında dənizdə batan şəxsin meyiti tapıldı Dünən, 17:48 Bakıda küləyin sürəti 22 m/s-dir, bəzi rayonlara qar yağır - Faktiki hava Dünən, 17:48 Yasamalda narkotik istifadəçiləri saxlanıldı - ANBAAN VİDEO Dünən, 17:48 Zaqatalada itkin düşmüş şəxsin axtarışlarına təlim itləri cəlb olunub Dünən, 17:48 Məktəblərdə qışa hazırlıq necə aparılır? Dünən, 17:48 Azərbaycan və Tacikistan Müdafiə nazirlikləri arasında təcrübə mübadiləsi aparılıb Dünən, 17:48 UEFA Gənclər Liqası: "Sabah"ın U-19 komandası "Barselona"ya uduzub Dünən, 17:48 Murad Süleymanov vəzifəsindən azad edildi Dünən, 17:48 Fransada tətil Paris–London qatar reyslərini pozdu Dünən, 16:49 Müştəri adı ilə salona girdi, PS5-i çantasına qoyub qaçdı - SAXLANILDI Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR