
Estoniya rəhbərliyi “F-16” qırıcılarını alıb Ukraynaya ötürə bilər.
“AVESTA.AZ” “Kyiv Independent”ə istinadən xəbər verir ki, Baltikyanı respublikanın xarici işlər naziri Urmas Reynsalu belə bir ehtimalı istisna etməyib.
“Məncə, bu, çox ağlabatandır”, - o, nəşrə müsahibəsində müvafiq məsələyə toxunaraq deyib.
Eyni zamanda Reynsalu etiraf edib ki, hazırda onun ölkəsində belə təyyarə yoxdur.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.