
Türkiyənin Çorum şəhərinin İskilip rayonunda sakinlərə tüfənglə atəş açılıb.
“AVESTA.AZ” “Anadolu”ya istinadən xəbər verir ki, hadisədə 6 nəfər yaralanıb.
Bildirilib ki, hadisəni törədən şəxsin Yuxarı Örenseki kəndinin sakini 30 yaşlı Yalçın Göbel olduğu güman edilir.
Olay yerindən qaçan şübhəlinin axtarışları davam edir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.