
“İsrail Ukraynaya humanitar yardım göstərməklə məhdudlaşmaqda davam edir, ölkə hakimiyyəti Kiyevə İsrail silahlarının tədarükünün mümkün başlaması ilə bağlı heç bir qərar qəbul etməyib”.
“Report” xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu xalqa televiziya ilə müraciəti zamanı deyib.
“Ukrayna üçün ölümcül silahlarla bağlı xəbərlərə gəlincə, bu xəbərlərin nəyə əsaslandığını bilmirəm. Biz onlara humanitar məsələlərdə və mülki müdafiə sahəsində - “Tseva adom” (“Qırmızı rəng” - İsrailin hava hücumundan xəbərdarlıq sistemi) və bu kimi işlərdə kömək etmək qərarına gəldik. Lakin mən əvvəlki hökumətin və ya indiki hökumətin öldürücü silahlarla bağlı hər hansı qərarından xəbərsizəm” - deyə, o bildirib.
Qeyd edək ki, “CNN”in aprelin 9-da verdiyi məlumata görə, Pentaqona və ABŞ kəşfiyyatına aid edilən dərc edilmiş sənədlər arasında İsrail tərəfindən Kiyevə potensial silah tədarükünün ssenariləri var.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.