11-04-2023, 14:48 602

Azərbaycanla Bosniya və Herseqovina arasında təbii fəlakətlərdən mühafizə sahəsində əməkdaşlıq sazişi imzalanıb

Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Azərbaycanda səfərdə olan Bosniya və Herseqovinanın təhlükəsizlik naziri Nenad Neşiçin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

“Report” xəbər verir ki, aprelin 11-də qonaqlar, əvvəlcə Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.

Sonra Şəhidlər xiyabanına gələn qonaqlar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən qəhrəman Vətən övladlarının xatirəsinə ehtiram ifadə edib, məzarları üzərinə güllər düzüb, “Əbədi məşəl” abidəsi önünə əklil qoyublar.

Daha sonra nazir Kəmaləddin Heydərov Bosniya və Herseqovinanın təhlükəsizlik naziri Nenad Neşiçin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Qonaqları səmimi salamlayan nazir K.Heydərov, ilk növbədə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə 44 gün ərzində Azərbaycanın şanlı Ordusu tərəfindən Ermənistanın 30 ilə yaxın müddətdə işğal altında saxladığı dədə-baba torpaqlarımızı azad etdiyini, ölkəmizin ərazi bütövlüyünün bərpa olunduğunu qürur hissi ilə xatırladıb.

Azərbaycan ilə Bosniya və Herseqovina arasında sıx əməkdaşlıq münasibətlərini qeyd edən nazir, bu çərçivədə ölkələrimizin müvafiq qurumları arasında fövqəladə halların idarə edilməsi üzrə əlaqələrin genişləndirilməsi üçün yaxşı imkanların mövcud olduğunu bildirib.

Respublikamızda fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması məqsədilə görülən işlər, habelə Fövqəladə Hallar Nazirliyinin fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat verən K.Heydərov iki ölkənin uyğun qurumları arasında müxtəlif sahələr, o cümlədən fəlakətlərdən mühafizə üzrə elmi və texniki bilik və təcrübələrin mübadiləsi, şəxsi heyətin təlim-tədrisi ilə bağlı əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsinin qarşılıqlı faydalı olduğunu vurğulayıb. Xüsusilə, yüksək ixtisaslı mütəxəssislərin hazırlanması üzrə qısa müddətdə böyük təcrübə qazanmış Azərbaycan Fövqəladə Hallar Nazirliyinin Akademiyasının Bosniya və Herseqovinanın aidiyyəti dövlət qurumları və tədris müəssisələri ilə geniş əməkdaşlıq üçün böyük potensialın olduğu qeyd edilib. Bu xüsusda, imzalanan “Azərbaycan Respublikası Hökuməti ilə Bosniya və Herseqovinanın Nazirlər Şurası arasında təbii və digər fəlakətlərdən mühafizə sahəsində əməkdaşlıq haqqında Saziş”in əlaqələrin genişləndirilməsi üçün möhkəm baza yaradacağına əminlik ifadə olunub.

Səmimi görüşə görə təşəkkürünü bildirən Bosniya və Herseqovinanın təhlükəsizlik naziri Nenad Neşiç iki ölkə arasında uğurlu əməkdaşlıq münasibətlərinə toxunub. O, ölkəsinin müxtəlif fövqəladə hadisələrə həssas olduğunu diqqətə çatdıraraq, fövqəladə hallarla mübarizə sahəsində Bosniya və Herseqovinada görülən işlər barədə ətraflı məlumat verib. N.Neşiç bu istiqamətdə Azərbaycan Fövqəladə Hallar Nazirliyi ilə əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduqlarını dilə gətirib. Qonaq əmin olduğunu bildirib ki, imzalanan Saziş iki ölkənin uyğun qurumları arasında fövqəladə halların idarə olunması sahəsində, o cümlədən birgə təlimlərlə bağlı müxtəlif əməkdaşlıq formalarının reallaşdırılması üçün yeni imkanlar açacaq.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Yekunda “Azərbaycan Respublikası Hökuməti ilə Bosniya və Herseqovinanın Nazirlər Şurası arasında təbii və digər fəlakətlərdən mühafizə sahəsində əməkdaşlıq haqqında Saziş” imzalanıb. Sazişi Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov, Bosniya və Herseqovinanın təhlükəsizlik naziri Nenad Neşiç imzalayıblar.

Daha sonra qonaqlar Fövqəladə Hallar Nazirliyi Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin Əməliyyat zalı və İctimaiyyətlə əlaqə idarəsinin Multimedia mərkəzinin fəaliyyəti ilə yerində tanış olublar.

Paylaş

Xəbər lenti

10-a yaxın kənd işıqsız qaldı Bu gün, 21:48 Xamenei: "ABŞ-nin İrana qarşı siyasəti dəyişməyəcək" Bu gün, 21:48 Bakının iki qəsəbəsində yollarda hərəkət məhdudlaşdırılacaq Bu gün, 21:48 Əlillik təyinatından razı qalmayan şəxslər yenidən müayinədən keçə bilərlər - QAYDA Bu gün, 21:48 Azərbaycanda müəmmalı ölüm: İş adamının meyiti tapıldı Bu gün, 21:48 Şəhid anasının həyatını itirdiyi qəza necə baş verib? Bu gün, 20:48 Mourinyo: "Bu, çox ağır və kədərlidir" Bu gün, 20:48 "Şamaxı"nın futbolçusu Abdul Raşid Mumini Benin milli komandasına dəvət alıb Bu gün, 20:48 Azərbaycanda təbii qaz hasilatı gələn il 1,5 % artacaq Bu gün, 20:48 Tramp iki Avropa ölkəsinin gələcəyi ilə bağlı proqnoz verdi Bu gün, 20:48 Yol vergisindən daxilolmalar azalacaq Bu gün, 20:48 "Sabah"ın U-19 komandası UEFA Gənclər Liqasının əsas mərhələsində növbəti matçını keçirib Bu gün, 19:48 Estoniyanın XİN başçısı noyabrın sonunda Azərbaycana səfər edəcək Bu gün, 19:48 İşğaldan azad edilmiş ərazilərdə özəl sektorun 1 300-dən artıq layihəsi icra olunur Bu gün, 19:48 Metro və avtobusa tək ödəniş - Sistem nə vaxtdan işə düşüəcək? Bu gün, 19:48 Cüdo məşçiləri üçün peşəkar inkişaf proqramı keçirilir Bu gün, 19:48 İlham Əliyevin sosial media hesablarında "AIREX 2026" sərgisi ilə tanışlığa dair videoçarx paylaşılıb Bu gün, 18:48 Azərbaycanda soyuducularla bağlı XƏBƏRDARLIQ Bu gün, 18:48 Nazir Kəmaləddin Heydərov Belarusun fövqəladə hallar naziri Vadim Sinyavski ilə görüşüb Bu gün, 18:48 Azercell "30 il səninlə" lotereyası çərçivəsində ilk qaliblərinə 2 Toyota Corolla Cross və 14 iPhone 17 Pro smartfonu hədiyyə etdi! Bu gün, 18:48 Bakıda keçiddən istifadə edənlərə ŞAD XƏBƏR - 31 fərqli ünvanda... Bu gün, 18:48 Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya Bu gün, 18:48 "Qarabağ"ın U-19 komandası UEFA Gənclər Liqasında mübarizəni dayandırıb Bu gün, 18:48 ICESCO-nun Baş direktoru Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib Bu gün, 18:48 Kapital Bank yeni konseptli ilk filialı ilə Gəncədə Bu gün, 17:48 Əli Əsədov Rusiya, Belarus, Özbəkistan və Qırğızıstanın rəsmiləri ilə görüşüb Bu gün, 17:48 Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya çatdıran qadın kimdir? - Yeni faktlar Bu gün, 17:48 Qazaxıstan Azərbaycan ərazisilə İsrailə 500 min ton buğda çatdırmağa hazırdır Bu gün, 17:48 Əhaliyə XƏBƏRDARLIQ - Sabah güclü külək əsəcək Bu gün, 17:48 Kollektorun üzərində ev tikən sakinlər problemə səbəb oldular Bu gün, 17:48 "Odyssey" yolda qaldı - Yanacaq almağa vəsaiti çatmadı Bu gün, 17:48 TTM-də 200 minlik mənimsəmə: Polkovnikin və digərlərinin məhkəməsi başladı Bu gün, 17:48 Bakıda üzərlərindən maşın keçən ana və körpəsinin SON DURUMU Bu gün, 16:49 Son 20 ildə Bakıda 100-dən çox yeni park və bağ yaradılıb Bu gün, 16:48 Kamran İmanov "Şərəf" ordeni ilə təltif edilib Bu gün, 16:48 Trampın partiyası hər iki palatanı itirdi: Demokratlar Konqresə nəzarəti ələ keçirdi Bu gün, 16:48 Prezidentdən atmosfer havasının çirklənməsinə qarşı mübarizə ilə bağlı sərəncam Bu gün, 16:48 Səudiyyə Ərəbistanının Kralı və Baş naziri Azərbaycan Prezidentini Zəfər Günü münasibətilə təbrik ediblər Bu gün, 16:48 Pakistan Prezidenti Zəfər Günü münasibətilə İlham Əliyevə təbrik məktubu ünvanlayıb Bu gün, 16:48 Zaur Abişevə yüksək vəzifə verildi Bu gün, 16:48 Keçmiş nazirin oğluna vəzifə verildi Bu gün, 16:48 Torpağın sotunun qiyməti 16 min manatı ötdü - Kəskin bahalaşma Bu gün, 16:48 Azərbaycanda yeddi min ailəyə qurban payı veriləcək Bu gün, 16:48 Britaniyalı diplomat: "Ölkənin Rusiya ilə müharibə aparmağa nə maliyyəsi, nə də imkanları var" Bu gün, 16:48 Gələn il pensiya və müavinətlər artırılacaq? - RƏSMİ CAVAB Bu gün, 16:48 Azərbaycanda keçirilən dünya çempionatının iştirakçıları Fəxri xiyaban və Şəhidlər xiyabanını ziyarət ediblər Bu gün, 15:48 Leyla Əliyeva "Nine senses" incəsənət mərkəzindən paylaşım edib Bu gün, 15:48 Sahil Babayev ƏDV rejiminin dəyişdirilməsi ehtimalına münasibət bildirib Bu gün, 15:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR