11-04-2023, 18:38 633

Ərdoğanın liderliyi: 100-cü ilinə “Doğru adam”la gedən Türkiyə - ŞƏRH

Türkiyənin qazandığı uğurlar: Ankara dünyada söz sahibinə çevrilib

Türkiyə Cümhuriyyətinin 100 illik tarixində mövcud hakimiyyət daha uzunömürlü və qətiyyətli olub. 1991-ci ildən 2002-ci ilədək Türkiyədə 7 dəfə hökumət dəyişib. Bundan əvvəl isə Türkiyə hərbi çevrilişlərin baş verdiyi ölkə olaraq tanınırdı. Çevrilişlərdən sonra isə Türkiyə hər iki ildən bir dəyişən, bəzən bir neçə ay sürən hökumətlər ölkəsi idi.

Türkiyədə belə bir vəziyyətə 2002-ci il noyabrın 3-də keçirilən parlament seçkiləri ilə son qoyuldu. Həmin siyasi kampaniyada Ədalət və İnkişaf Partiyası (AK Parti) səslərin böyük əksəriyyətini qazanaraq təkbaşına iqtidar oldu.

21 il ərzində Rəcəb Tayyib Ərdoğanın başçılığı altında Türkiyə regional gücdən qlobal söz sahibi olan dövlət çevrilib.

Dünyada baş verən bir çox məsələlərdə Türk dövlətinin imzası var

- Ankara Azərbaycan torpaqlarının Ermənistanın işğalından azad olunmasına hərbi, siyasi və mənəvi dəstək verib.

- Türkiyə terrorçu İŞİD-ə qarşı mübarizədən tutmuş separatçılığa qarşı mübarizədə aparıcı rollardan birini oynayıb.

- Afrikanın şimalında baş verən "Ərəb baharı"nda yenilikçiləri dəstəkləyərək regional güc olduğunu təsdiqləyib.

- Ukraynadakı müharibədə rəsmi Ankaranın tutduğu mövqe dünyada taxıl və ərzaq qıtlığının aradan qalxmasına yardım edib.

- Özünün ərazi bütövlüyü və təhlükəsizliyini təhdid edən terrorçu PKK-ya qarşı qətiyyətli mübarizə aparıb. Bundan başqa Suriya və İraq ərazisində keçirilən antiterror əməliyyatları ilə ölkəni təhdid edən terror yuvaları məhv edilib.

- Suriyada sərhədboyu ərazidə Türkiyə hərbçilərinin yerləşdirilməsi də bu iqtidarın uğurlarındandır.

Türkiyə İraq və Suriyadan olan 3 milyondan çox qaçqına sığınacaq vermişdi. Bununla həm də dünyaya türkün humanistliyini nümayiş etdirmişdi.

Rəcəb Tayyib Ərdoğan hakimiyyəti ölkədə hərbi çevrilişin keçmişdə qaldığını və təkrarlanmasının mümkünsüzlüyünü də sübut edib. Bu iqtidar 2016-cı il iyulun 15-də FETÖ terror qruplaşmasının hərbi çevriliş yolu ilə hakimiyyəti ələ keçirmək cəhdinin qarşısını almaqla Türkiyənin demokratik yolla inkişafa sadiqliyini nümayiş etdirdi.

R.T.Ərdoğan hakimiyyəti Türkiyədə davam edən iqtisadi böhranın, kəskin inflyasiyanın qarşısını aldı. Bu hakimiyyət ölkədə böyük korrupsiya qruplarını ifşa edərək məhkəmə önünə çıxartdı. Bununla məhkəmə sisteminin rolunu və nüfuzunu artırdı.

Türkiyənin hərbi sənayesi son 20 ildə daha güclü inkişaf edib. Türkiyə uzun müddətdir istehsal etdiyi yerli və milli texnologiyaları ilə müdafiə sənayesi sahəsində bütün dünyada səs salıb.

Ölkənin müdafiə və aviasiya ixracatı ötən il 4 milyard dolları keçərək tarixin ən yüksək səviyyəsinə çatıb. Türkiyənin milli və orijinal olaraq hazırlanmış ilk pilotsuz döyüş təyyarəsi “Bayraktar” və “Kızılelma”nın ilk uçuşu da uğurla həyata keçirilib.

Türkiyə R.T.Ərdoğan iqtidarı dövründən başlayaraq iqtisadi sahə başda olmaqla bir çox sahədə inqilabi xarakterli addımlar atmağa başladı. Təhsildən tutmuş iqtisadi təşəbbüslərə qədər hər sahədə bərabər imkanları təmin edən işlər görüldü. Vətəndaşların, inkişaf etmiş ölkələrdə olan bütün imkanlar sahib ola biləcəyi, üstəlik bunun güclü bir sosial dövlət çətiri altında asanlıqla əldə ediləcəyi bir infrastruktur yaradıldı. 2002-ci ildəki 600 milyon dollarlıq xarici borc tamamilə aradan qalxaraq, 2022-ci ildə 48 milyard 769 milyon dollarlıq müsbət saldoya çatıb.

Bütün bunlar bir daha sübut edir ki, Türkiyə Cümhuriyyətin 100 illiyini mayın 14-dən sonra da “Doğru zaman, Doğru adam”la qeyd və “Doğru addımlarla yola davam” edəcək.

Paylaş

Xəbər lenti

Şahzadə Uilyam və Keyt Midltonun evinə girməyə cəhd – iki nəfər saxlanıldı Bu gün, 14:48 Kamçatka sahillərində 4,5 maqnitudalı zəlzələ oldu Bu gün, 14:48 Əli Əsədov Gürcüstanın Baş nazirinin müavini ilə görüşüb Bu gün, 14:48 Litva XİN rəhbəri: Bu gün "Sabah"-"Barselona" matçında olacağam Bu gün, 14:48 Azərbaycanda yeni mərkəz yaradılır - FƏRMAN Bu gün, 14:48 Tərbiyəçi-müəllimlərin işə qəbulu başlayır Bu gün, 14:48 İlham Əliyevdən ixracda hesablaşmalarla bağlı fərman Bu gün, 14:48 Hacıqabulda seldən zərər çəkmiş fermerə 3 min manata yaxın ödəniş edilib Bu gün, 14:48 Küləkli hava ilə bağlı hərəkət iştirakçılarına xəbərdarlıq Bu gün, 14:48 "Vətən daşı" sənədli filmi "Youtube"da təqdim edilib Bu gün, 14:48 100 milyon il əvvəl su üzərində yeriyən çəyirtkə növü aşkarlanıb Bu gün, 14:48 AYNA: Qusar-Bakı yolunda növbəti elektron tərəzi quraşdırılıb Bu gün, 13:48 Bakıda 23 məktəbə yeni direktor təyin edilib Bu gün, 13:48 Beyləqanın Təzəkənd yaşayış yerində qədim tikili qalıqları aşkarlanıb Bu gün, 13:48 400 tondan artıq təhlükəli toyuq əti məhsulunun dövriyyəsi ilə bağlı üç nəfərə cinayət işi başlanıb Bu gün, 13:48 Bakıda qadın hamamda dəm qazından boğularaq ölüb Bu gün, 13:48 PAŞA Bank KOB-lar üçün yeni "Çevik Kredit" məhsulunu təqdim edir Bu gün, 13:48 Qvardiola İtaliya millisindən aldığı təkliflə bağlı ilk dəfə danışdı Bu gün, 13:48 Altsheymer xəstəliyinin inkişafını ləngidən yeni preparat hazırlanıb Bu gün, 13:48 13 yaşında satışa başladı, 16 yaşında az qala müflis oldu – milyarder uğur sirrini açıqladı Bu gün, 13:48 Azərbaycanla Litva arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalanıb Bu gün, 12:48 Bir turist Azərbaycanda nə qədər pul xərcləyir? - Məbləğ açıqlandı Bu gün, 12:48 Azərbaycan və Litva XİN başçıları arasında görüş başlayıb Bu gün, 12:48 Qubada kişi sevgilisinin adına kredit götürdü, qadınlar dalaşdılar - Təfərrüat Bu gün, 12:48 Bakıda 14, rayonlarda 18 dərəcə isti olacaq Bu gün, 12:48 Özbəkistan parlamentinin sədri Zəfər parkını ziyarət edib Bu gün, 12:48 Mərhum nazirin gəlini ilk dəfə qayınanası ilə görüntülərini paylaşdı Bu gün, 12:48 Prezident İlham Əliyev Litvanın xarici işlər nazirini qəbul edib Bu gün, 12:48 Bakıda şagirdlər arasında insident - DİN-dən açıqlama Bu gün, 12:48 2026-cı ilin ən gözəl qızı seçildi Bu gün, 12:48 Təhsildən praktikaya, icradan auditə Bu gün, 12:48 Naxçıvanda Vasif Talıbovun imzaladığı 47 fərman ləğv edilib Bu gün, 11:48 İmişli və Saatlının bəzi kəndlərində qaz kəsilib Bu gün, 11:48 "Azərsun Holdinq"in istehsalat müəssisələrində birgə infotur keçirilib Bu gün, 11:48 Rəhman Daşdəmirov: "Barselona"ya qarşı oynamaq hər futbolçunun arzusudur" Bu gün, 11:48 Milyon yarımlıq yanacaq hara gedib? - Hərbçilərlə birgə 15 nəfər ittiham edilir Bu gün, 11:48 Birbank-dan yeni rəqəmsal imkan: bank çıxarışınızı özünüz hazırlayın Bu gün, 11:48 "Qarabağ"da gözlənilməz ayrılıq baş verə bilər Bu gün, 11:48 Özbəkistan parlamentinin sədri Azərbaycana gəlib, "Yol xəritəsi" imzalanacaq Bu gün, 11:48 Gəncədə güclü külək ağacı aşırıb, evə və iki avtomobilə ziyan dəyib Bu gün, 10:48 Bu şəxslərə güzəştlər tətbiq olunacaq - Gələn il yanvarın 1-dən... Bu gün, 10:48 Azərbaycan Tibb Universitetində akademik Adilə Namazovanın 100 illiyi qeyd olunub Bu gün, 10:48 Bu gün 7 kənddə işıq kəsiləcək Bu gün, 10:48 Kəmaləddin Heydərovun Ağdamdakı vətəndaş qəbulunun vaxtı dəyişdirilib Bu gün, 10:48 Bu rüsum 4 dəfəyə qədər azaldılır Bu gün, 10:48 Analiz vermək adı ilə xəstəxanada keçmiş həyat yoldaşını öldürən şəxsin işi Ali Məhkəmədə Bu gün, 10:48 Bəzi rayonlara qar yağır, külək güclənir - Faktiki hava Bu gün, 10:48 Ombudsman qadınlara qarşı zorakılığa son qoymağa çağırıb Bu gün, 10:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR