14-04-2023, 18:36 603

Türkiyənin enerji siyasəti və ölkəni mərkəzi haba çevirən amil - ŞƏRH

Son illər Türkiyə dünyanın enerji mərkəzlərindən birinə çevrilməkdədir. Ölkə başçısı Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə ölkə neft-qaz, elektrik enerjisi, ümumiyyətlə enerji sektorundan çox ciddi nailiyyətlər əldə edir.

Ölkənin nüfuzunu artırmaq və enerji təhlükəsizliyini təmin etmək, həmçinin digər ölkələrdən enerji asıllığını azaltmaq üçün Ərdoğan hakimiyyəti Qara dənizdə aktiv neft-qaz axtarışlarını davam etdirir.

Misal üçün, “Türkiyə Petrolları Anonim Ortaqlığı” (TPAO) şirkəti tərəfindən Qara dənizin ultradərinliyində aparılan kəşfiyyat işlərində indiyədək ümumilikdə 540 milyard kubmetr təbii qaz aşkar edilib. Türkiyənin Sakarya Qaz Sahəsinin İnkişafı Layihəsi dəniz altında qurulacaq təbii qaz hasilat sistemi, Filyos sahilində qurulacaq emal qurğusu və bu iki bloku birləşdirəcək boru kəmərlərindən ibarətdir.

Belə ki, Filyosda qurulacaq təbii qaz emalı müəssisəsinə isə ilk təbii qazın verilməsi də bu ilə planlaşdırılır. Hazırda son məlumat olaraq TPAO Qara dənizdəki “Sakarya” qaz yatağında “Türkali-2” kəşfiyyat quyusunda üçüncü rezerv səviyyəsində keçirdiyi axın testinin müvəffəqiyyətlə tamamlandığını açıqlayıb.

İqtisadçı-ekspert Eldəniz Əmirov “AVESTA.AZ”a açıqlamasında bildirib ki, Türkiyənin enerji ehtiyatları, ümumiyyətlə karbohidrogen ehtiyatları hazırkı məlum ehtiyatlardan dəfələrlə çoxdur.

Onun sözlərinə görə, eyni zamanda Qara dənizdə kəşf edilmiş ümumilikdə 540 milyard kubmetrlik təbii qaz ehtiyatı da orada olan real göstəricidən ən azı iki dəfəyə qədər azdır.

Ekspert hesab edir ki, bu tip yataqlar işləndikcə daha çox perspektivlər üzə çıxır: “Məsələn, Azərbaycanda da yataq olub ki, ehtiyatı ilk öncə 500 milyard kubmetr dəyərləndirilib. Amma qısa müddət sonra artıq bir trilyon kubmetri keçməsi təsdiq olunub. Bu təcrübədə də var. O relyefi də nəzərə alsaq, düşünürəm ki, Türkiyənin kifayət qədər geniş potensialı ortaya çıxacaq”.

E. Əmirov digər bir tərəfdən, Yunanıstan və digər ölkələr tərəfindən Türkiyəyə basqı və təzyiqlərə baxmayaraq, Aralıq dənizində Türkiyənin güzəştə getməməsi strategiyasını çox doğru olduğunu bildirir: “Yəni təbii olaraq belə bir strategiyanın qəbulu nəticəsində Türkiyə digər istiqamətlərdə müəyyən zərərlərlə və itkilərlə üzləşə bilər. Amma Aralıq dənizində Türkiyənin güzəştə getməməsi və bu dənizdə olan ehtiyatlardan faydalanması və bu fayda nəticəsində əldə etdiyi mənfəət onun aldığı zərərlərdən daha çoxdur. Yəni strateji yanaşmada Türkiyənin bu mövqeyini birmənalı olaraq dəstəkləyirəm”.

E.Əmirovun fikrincə, Türkiyənin coğrafi quruluşu və coğrafi yerləşməsi elə bir koordinatlardadır ki, böyük ehtimalla, yaxın olmasa da, orta gələcək üçün Türkiyə bir karbohidrogen ehtiyatlarının habına çevriləcək:

"Sözün həqiqi mənasında Türkiyə bir mərkəzi haba çevriləcək.Həm Asiya ölkələrindən gələn ehtiyatlar, həm Orta Asiyadan, eyni zamanda, ərəb ölkələrindən, Azərbaycandan gələn boru kəmərləri buradan keçir. Yəni burada bir mərkəzi habın yerləşməsi və buradan dünyaya, daha doğrusu Qərbi Avropaya paylanması gerçəkləşəcək. Bu da Türkiyənin əlini bir qədər də bərkidəcək”.

Yeri gəlmişkən xatırladaq ki, TPAO şirkətinin prezidenti Melih Han Bilginin fikrincə, Türkiyə Qara dənizdəki Sakarya qaz yatağı sayəsində ilin sonuna qədər tədarükdən asılılığını 15 % azaltmağı planlaşdırır: “Birinci mərhələdə "Sakarya" yatağı idxal qazından asılılığı 15 % azaldacaq, bu, ilin sonuna qədər baş verəcək. Sonra ikinci mərhələ ilə bu asılılıq 35 % azalacaq".

Paylaş

Xəbər lenti

Kəmalə Qaramollayevanın "Dünyam" konsertindən GÖRÜNTÜLƏR Bu gün, 01:48 Avropa Komissiyası ABŞ-nin Aİ ilə bağlı istehsal iddiasını rədd edib Bu gün, 01:48 Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər Bu gün, 01:48 Cəlilabad rayonunun bir hissəsi susuz qalıb Bu gün, 01:48 Çətin dağ yolları və mina təhlükəsi: Ordunun Kəlbəcərə hərəkəti üçün hansı hazırlıqlar görüldü? Dünən, 23:48 "TikTok"dan 10 min şitil aldı, 60 min ziyana düşdü: "Kimə göstərdim, pomidora yaxın durmadı" Dünən, 23:48 Elçin Məsiyev dünya çempionatına təyinat aldı Dünən, 23:48 Monteneqro Prezidenti 2027-ci ildə Azərbaycana səfər edəcəyini təsdiqləyib Dünən, 23:48 Azərbaycanda qadını vəhşicəsinə döyən şəxs polis tərəfindən saxlanılıb Dünən, 23:48 ABŞ-də lotereyada 1 milyon dollar qazanan miqrant saxlanıldı Dünən, 23:48 UEFA Çempionlar Liqası: "Sabah" "Barselona" ilə matçda fərqi azaldıb Dünən, 23:48 Qarlı və buzlu yolda sürücülər üçün 8 vacib qayda Dünən, 23:48 Azərbaycanda qadın vəhşicəsinə döyüldü: Pəncərəsinə daş atıldı Dünən, 22:48 Moskvada Qod Nisanovun yeni beşulduzlu hotelinin açılışı olub Dünən, 22:48 "Sabah" - "Barselona" qarşılaşmasında hesab açıldı Dünən, 22:48 "Sabah" - "Barselona" matçında stadiona girişdə problem yaranıb Dünən, 22:48 Azərbaycanda bu şəxslərin evləri TƏMİR EDİLƏCƏK Dünən, 22:48 Mətanət İsgəndərli: "Kəmalə Qaramollayeva belə davam etsə, dünya səhnələrinə çıxacaq" Dünən, 21:48 "200 min pul vermişəm": İcra hakimiyyəti Digahda yolu satıb? Dünən, 21:48 İranda saxta spirtli içkidən 20 nəfər ölüb Dünən, 21:48 Həkimdən xəbərdarlıq: Dərman qəbul edənlər alkoqoldan uzaq durmalıdır Dünən, 21:48 "Sabah" - "Barselona" qarşılaşması start götürdü Dünən, 21:48 Azərbaycanda palçıq vulkanı püskürdü Dünən, 21:48 PA-nın Vətəndaş Qəbulu Mərkəzində dekabr ayı üçün qəbul cədvəli açıqlandı Dünən, 20:48 Güclü küləklə bağlı xəbərdarlıq Dünən, 20:48 Bakı Olimpiya Stadionu tarixi oyuna hazırdır Dünən, 20:48 Əhaliyə ŞAD XƏBƏR - 3 milyon vətəndaşın gəliri artacaq Dünən, 20:48 Kəmalə Qaramollayeva: "Bu konsertə 5 ay hazırlaşmışıq" Dünən, 20:48 Bakıda üç şəhər poliklinikası TƏMİR OLUNACAQ Dünən, 19:48 Türkmənistan Orta Dəhlizin inkişafına özəl investisiyalar cəlb etmək niyyətindədir Dünən, 19:48 Rahim Sterlinqin cəzası məlum oldu Dünən, 19:48 "Black Friday" - Saxta endirim edənləri hansı cəza gözləyir? Dünən, 19:48 Bu ilin sonuna qədər dövlət sifarişi əsasında çəkilən 3 film təqdim olunacaq Dünən, 19:48 Bakıda avtobuslar üçün nəzərdə tutulan xüsusi svetofor istifadəyə verilib Dünən, 18:48 İdman yarışlarının maliyyələşdirilməsi qaydaları üzrə yeni normalar müəyyənləşib Dünən, 18:48 PAŞA Bank və Deloitte Private "Best Managed Companies Azerbaijan 2027" proqramı üzrə növbəti əməkdaşlıq müqaviləsini imzalayıb Dünən, 18:48 BRAVO supermarketlər şəbəkəsi böyük brendləri bir araya gətirdi: Tərəfdaşlar üçün yeni reklam və əməkdaşlıq imkanları təqdim edildi Dünən, 18:48 Xalq artisti Elmira Şabanova vəfat etdi Dünən, 18:48 Sumqayıt bulvarında dənizdə batan şəxsin meyiti tapıldı Dünən, 17:48 Bakıda küləyin sürəti 22 m/s-dir, bəzi rayonlara qar yağır - Faktiki hava Dünən, 17:48 Yasamalda narkotik istifadəçiləri saxlanıldı - ANBAAN VİDEO Dünən, 17:48 Zaqatalada itkin düşmüş şəxsin axtarışlarına təlim itləri cəlb olunub Dünən, 17:48 Məktəblərdə qışa hazırlıq necə aparılır? Dünən, 17:48 Azərbaycan və Tacikistan Müdafiə nazirlikləri arasında təcrübə mübadiləsi aparılıb Dünən, 17:48 UEFA Gənclər Liqası: "Sabah"ın U-19 komandası "Barselona"ya uduzub Dünən, 17:48 Murad Süleymanov vəzifəsindən azad edildi Dünən, 17:48 Fransada tətil Paris–London qatar reyslərini pozdu Dünən, 16:49 Müştəri adı ilə salona girdi, PS5-i çantasına qoyub qaçdı - SAXLANILDI Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR