
Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının gecə klubuna çevrilməsi iddiasına reaksiya verilib.
Qurumdan verilən məlumata görə, görüntülərin Filarmoniya ilə heç bir əlaqəsi yoxdur. Videonun Filormaniyanın həyətində olan qapalı məkanda yerləşən restoranda çəkildiyi qeyd edilib.
Qeyd edək ki, daha əvvəl Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının gecə klubuna çevrilməsi haqqında Demokrat.az saytı məlumat yayıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.