19-04-2023, 10:45 800

Azərbaycanda 1500 yaşlı tarixi məbəd baxımsız vəziyyətdədir

Qax rayonunda yerləşən tarixi Ləkit məbədi baxımsız vəziyyətdədir.

Bu barədə "Report"un Şimal-qərb bürosuna yerli sakinlər məlumat veriblər.

Onların sözlərinə görə, zaman-zaman təbii təsirlərə məruz qalan 1500 yaşlı bu abidə uzun müddət baxımsız qaldığından yararsız vəziyyətə düşüb.

Ona görə də, məbədin hazırda təmirə ehtiyacı var. Sakinlər söyləyib ki, əgər təmir işləri aparılmazsa tarixin izlərini daşıyan bu əhəmiyyətli abidə tamamilə dağıla bilər.

Qax Tarix Diyarşünaslıq Muzeyinin Direktoru Mahir Əfəndi "Report"un yerli bürosuna bildirib ki, bu məbəd ölçüsünə və quruluşuna görə analoqu olmayan azsaylı abidələrdən biri hesab olunur: "Xarabalıqlar bir zamanlar əzəməti ilə diqqət çəkmiş məbədin plan quruluşunu dəqiq müəyyənləşdirməyə imkan verməsə də, onun yuxarı mərtəbələrinin quruluşu haqqında bu və ya digər dərəcədə əsaslandırılmış nəzəriyyələr mövcuddur. Digər dairəvi alban məbədləri kimi Ləkit kilsəsi də xaricdən dairəvi formalı divarlara malikdir. Lakin başqa məbədlərdən fərqli olaraq, onun diametri daha böyük olmaqla 18.8 metrə bərabərdir".

Qafqaz Albaniyasına aid məbədlərin Qax rayonu ərazisində çoxluq təşkil etdiyini söyləyən tarixçi deyib ki, bu abidələr daha çox böyüklüyünə görə seçilir. Onun sözlərinə görə, böyüklüyünə görə fərqlənən monastr komlekslərindən biri də Dairəvi Məbəd Kompleksidir. M.Əfəndi həmin məbəddə 1500 il öncə rahiblərin yaşadığını və onların burada ibadətlə məşğul olduğunu xatırladıb.

Tarixi abidənin hazırki vəziyyəti ilə bağlı Mədəniyyət Nazirliyi Yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən "Report"un yerli bürosuna bildirilib ki, ölkə ərazisində yerləşən tarix-mədəniyyət abidələrində monitorinq aparılır, onların faktiki durumu və texniki vəziyyəti öyrənilir.

Qeyd olunub ki, aparılan monitorinq tədbirlərindən sonra abidələrin qorunması, bərpa və konservasiyası ilə bağlı müvafiq tədbirlər görüləcək.

Qeyd edək ki, Ləkit çayının sol sahilində inşa olunan məbəd eyni adlı kənddən 1 km aralıda yerləşir. Mütəxəssislər qədim alban məbədinin inşa tarixini V əsrə aid edirlər. Məbədin, təqribən Albaniya hökmdarı Mömin Vaçaqanın hakimiyyəti dövründə kilsəyə çevrildiyi güman edilir. Məbədin dairəvi divarları xaricdən pilyastralar vasitəsilə 28 hissəyə bölünür. Kilsədə daxili məkanın təşkili də xüsusi diqqət cəlb edir. Daxildə olan sütunlar kvadrat formalı özüllər üzərində durmaqla hər biri bir metr diametrə malik olub.

Paylaş

Xəbər lenti

Çətin dağ yolları və mina təhlükəsi: Ordunun Kəlbəcərə hərəkəti üçün hansı hazırlıqlar görüldü? Dünən, 23:48 "TikTok"dan 10 min şitil aldı, 60 min ziyana düşdü: "Kimə göstərdim, pomidora yaxın durmadı" Dünən, 23:48 Elçin Məsiyev dünya çempionatına təyinat aldı Dünən, 23:48 Monteneqro Prezidenti 2027-ci ildə Azərbaycana səfər edəcəyini təsdiqləyib Dünən, 23:48 Azərbaycanda qadını vəhşicəsinə döyən şəxs polis tərəfindən saxlanılıb Dünən, 23:48 ABŞ-də lotereyada 1 milyon dollar qazanan miqrant saxlanıldı Dünən, 23:48 UEFA Çempionlar Liqası: "Sabah" "Barselona" ilə matçda fərqi azaldıb Dünən, 23:48 Qarlı və buzlu yolda sürücülər üçün 8 vacib qayda Dünən, 23:48 Azərbaycanda qadın vəhşicəsinə döyüldü: Pəncərəsinə daş atıldı Dünən, 22:48 Moskvada Qod Nisanovun yeni beşulduzlu hotelinin açılışı olub Dünən, 22:48 "Sabah" - "Barselona" qarşılaşmasında hesab açıldı Dünən, 22:48 "Sabah" - "Barselona" matçında stadiona girişdə problem yaranıb Dünən, 22:48 Azərbaycanda bu şəxslərin evləri TƏMİR EDİLƏCƏK Dünən, 22:48 Mətanət İsgəndərli: "Kəmalə Qaramollayeva belə davam etsə, dünya səhnələrinə çıxacaq" Dünən, 21:48 "200 min pul vermişəm": İcra hakimiyyəti Digahda yolu satıb? Dünən, 21:48 İranda saxta spirtli içkidən 20 nəfər ölüb Dünən, 21:48 Həkimdən xəbərdarlıq: Dərman qəbul edənlər alkoqoldan uzaq durmalıdır Dünən, 21:48 "Sabah" - "Barselona" qarşılaşması start götürdü Dünən, 21:48 Azərbaycanda palçıq vulkanı püskürdü Dünən, 21:48 PA-nın Vətəndaş Qəbulu Mərkəzində dekabr ayı üçün qəbul cədvəli açıqlandı Dünən, 20:48 Güclü küləklə bağlı xəbərdarlıq Dünən, 20:48 Bakı Olimpiya Stadionu tarixi oyuna hazırdır Dünən, 20:48 Əhaliyə ŞAD XƏBƏR - 3 milyon vətəndaşın gəliri artacaq Dünən, 20:48 Kəmalə Qaramollayeva: "Bu konsertə 5 ay hazırlaşmışıq" Dünən, 20:48 Bakıda üç şəhər poliklinikası TƏMİR OLUNACAQ Dünən, 19:48 Türkmənistan Orta Dəhlizin inkişafına özəl investisiyalar cəlb etmək niyyətindədir Dünən, 19:48 Rahim Sterlinqin cəzası məlum oldu Dünən, 19:48 "Black Friday" - Saxta endirim edənləri hansı cəza gözləyir? Dünən, 19:48 Bu ilin sonuna qədər dövlət sifarişi əsasında çəkilən 3 film təqdim olunacaq Dünən, 19:48 Bakıda avtobuslar üçün nəzərdə tutulan xüsusi svetofor istifadəyə verilib Dünən, 18:48 İdman yarışlarının maliyyələşdirilməsi qaydaları üzrə yeni normalar müəyyənləşib Dünən, 18:48 PAŞA Bank və Deloitte Private "Best Managed Companies Azerbaijan 2027" proqramı üzrə növbəti əməkdaşlıq müqaviləsini imzalayıb Dünən, 18:48 BRAVO supermarketlər şəbəkəsi böyük brendləri bir araya gətirdi: Tərəfdaşlar üçün yeni reklam və əməkdaşlıq imkanları təqdim edildi Dünən, 18:48 Xalq artisti Elmira Şabanova vəfat etdi Dünən, 18:48 Sumqayıt bulvarında dənizdə batan şəxsin meyiti tapıldı Dünən, 17:48 Bakıda küləyin sürəti 22 m/s-dir, bəzi rayonlara qar yağır - Faktiki hava Dünən, 17:48 Yasamalda narkotik istifadəçiləri saxlanıldı - ANBAAN VİDEO Dünən, 17:48 Zaqatalada itkin düşmüş şəxsin axtarışlarına təlim itləri cəlb olunub Dünən, 17:48 Məktəblərdə qışa hazırlıq necə aparılır? Dünən, 17:48 Azərbaycan və Tacikistan Müdafiə nazirlikləri arasında təcrübə mübadiləsi aparılıb Dünən, 17:48 UEFA Gənclər Liqası: "Sabah"ın U-19 komandası "Barselona"ya uduzub Dünən, 17:48 Murad Süleymanov vəzifəsindən azad edildi Dünən, 17:48 Fransada tətil Paris–London qatar reyslərini pozdu Dünən, 16:49 Müştəri adı ilə salona girdi, PS5-i çantasına qoyub qaçdı - SAXLANILDI Dünən, 16:48 "Qarabağ"ın xanım azarkeşləri üçün pulsuz biletlər Dünən, 16:48 Ahıl qadının çantasından pul kisəsini oğurladı - ANBAAN VİDEO Dünən, 16:48 Bir ekosistemi və AFCA arasında əməkdaşlıq imkanları müzakirə edilib Dünən, 16:48 İranda elektrik enerjisinin verilişi məhdudlaşdırıldı Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR