21-04-2023, 02:32 594

Azərbaycan növbəti dəfə BMT-də Ermənistanın yalan və böhtanlarını ifşa edib

Azərbaycanın Birləşmiş Millətlər Təşkilatı (BMT) yanında daimi nümayəndəsi Yaşar Əliyevin təşkilatın Baş katibi Antoniu Quterreşə ünvanladığı məktub Baş Assambleya və Təhlükəsizlik Şurasının sənədi kimi yayılıb.

"AVESTA.AZ"un ABŞ bürosu xəbər verir ki, Yaşar Əliyevin baş katibə məkubunda silahlı münaqişənin qarşısının alınması, sülh quruculuğu və sülhün qorunması, irqçiliyin, irqi ayrı-seçkiliyin, ksenofobiyanın və bununla bağlı dözümsüzlüyün aradan qaldırılması, insan hüquqlarının təşviqi və müdafiəsi, etnik təmizləmə və insanlığa qarşı cinayətlərin qarşısının alınması və s. mövzular əhatə olunub.

Səfir bildirib ki, Ermənistanın daimi nümayəndəsinin BMT-yə ünvanladığı 10 mart 2023-cü il tarixli məktubunda yer alan qüsurlu və yalan iddialar bu ölkədə nifrət, dözümsüzlük, yalanın nə dərəcədə üstünlük təşkil etdiyini ortaya qoyur və bu yanaşma regional sülh, təhlükəsizlik və sabitlik üçün ciddi təhlükədir.

Bununla yanaşı, məktubda qeyd olunub ki, Ermənistan rəsmiləri Qərbi Azərbaycan İcmasının azərbaycanlıların Ermənistandakı tarixi vətənlərinə təhlükəsiz şəkildə qayıtmaları üçün müraciətini açıq şəkildə yanlış şərh edib. Əslində müraciət Ermənistandan qovulmuş və geri qayıtmasına icazə verilməyən yüz minlərlə azərbaycanlının hüquqlarından bəhs edir.

Y.Əliyev məktubda Ermənistan ərazisində azərbaycanlılara aid tarixi izlərin silinməsi və etnik təmizləmə siyasətindən də bəhs edib: "Azərbaycanlıların fiziki izləri məhv edilib, azərbaycanlıların yaşayış məntəqələrinin adları dəyişdirilib, Azərbaycanın tarixi-mədəni irsi, məscidləri və qəbiristanlıqları qəsdən hədəfə alınıb, vandalizmə məruz qalıb. Ermənistanın paytaxtı İrəvandakı Dəmirbulaq məscidi 1990-cı ildə buldozerlə dağıdılıb, XVI əsrə aid Sərdar məscidi isə ermənilərə yaşayış evləri tikmək üçün bir neçə mərhələdə dağıdılıb".

Sənəddə qeyd olunur ki, Ermənistanın Azərbaycandakı erməni icmalarının tarixi, mədəni və dini irsinin yerlə-yeksan edilməsi ilə bağlı iddiaları tamamilə yalandır. Bunun sübutu olaraq Azərbaycanın paytaxtı Bakı şəhərində yerləşən müqəddəs Qriqori İlluminator erməni kilsəsini xatırlatmaq kifayətdir. Azərbaycan hökuməti 1860-cı illərdə tikilmiş kilsəni ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələri siyahısına daxil edib.

Məktubda Ermənistan hökümətinin azərbaycanlılara qarşı apardığı irqçi ideologiyanın bu günə qədər davam etdiyi qeyd olunur. Ölkədə etnik təmizləməyə görə məsuliyyət daşıyan hərbi cinayətkarın abidələri ucaldılır, Azərbaycana və azərbaycanlılara qarşı irqi nifrəti təbliğ edən təşkilatlar fəaliyyət göstərir.

Y.Əliyev Ermənistanın hələ də, Azərbaycanın sərhədyanı kəndlərini işğal altında saxlamaqda davam edərək ərazi iddiası irəli sürdüyünü vurğulayıb: "Azərbaycandakı yaşayış məntəqələri saxta adlarla qeyd edilərək ölkəmin işğaldan azad edilmiş suveren ərazilərinə "hazırda Azərbaycanın nəzarəti altındadır" və ya "işğal olunmuş" kimi istinad edilir. Məlum olduğu kimi, 2020-ci ilin payızında 44 günlük müharibə başa çatdıqdan sonra Ermənistana beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində bir-birinin suverenliyi və ərazi bütövlüyünə hörmət və qarşılıqlı tanınma əsasında dövlətlərarası münasibətlərin normallaşdırılmasını təklif edən Azərbaycan olmuşdur. Bu təşəbbüs beynəlxalq ictimaiyyət tərəfindən geniş dəstəklənib.

Azərbaycan sülhsevər, təhlükəsiz, sabit və firavan region məqsədlərinə tam sadiq qalır və bölgədə münaqişədən sonra sülh quruculuğu, reinteqrasiya və inkişaf istiqamətində səylərini davam etdirəcək".

Paylaş

Xəbər lenti

Fransada tətil Paris–London qatar reyslərini pozdu Bu gün, 16:49 Müştəri adı ilə salona girdi, PS5-i çantasına qoyub qaçdı - SAXLANILDI Bu gün, 16:48 "Qarabağ"ın xanım azarkeşləri üçün pulsuz biletlər Bu gün, 16:48 Ahıl qadının çantasından pul kisəsini oğurladı - ANBAAN VİDEO Bu gün, 16:48 Bir ekosistemi və AFCA arasında əməkdaşlıq imkanları müzakirə edilib Bu gün, 16:48 İranda elektrik enerjisinin verilişi məhdudlaşdırıldı Bu gün, 16:48 Əli Əhmədov: Azərbaycanda bu il nikah potensialında olan şəxslərin yarısı evlənməyib Bu gün, 16:48 Abşeron sakinlərini SEVİNDİRƏCƏK XƏBƏR  - Kənd və qəsəbələrdə... Bu gün, 16:48 Avtomobil sürənlərin diqqətinə: Sükan arxasında ürək ritmi dəyişir Bu gün, 15:48 "50 qəpiklik moyka" aparatından  oğurluq edənləri polis saxladı Bu gün, 15:48 Özünə "iPhone 18" aldı, polis saxladı - Oğurluq etdiyi iddia olunur Bu gün, 15:48 İlham Əliyev Hikmet Çetinin ailəsinə başsağlığı verdi Bu gün, 15:48 Almaniyalı deputat Avropanı Rusiya ilə dialoqa çağırdı Bu gün, 15:48 İlham Əliyevin Kestutis Budrisi qəbuluna dair video paylaşılıb Bu gün, 15:48 Musiala yenidən huşunu itirdi – "Bayern" vəziyyətə aydınlıq gətirdi Bu gün, 15:48 İslam Rzayevin əmlaklarına həbs qoyuldu Bu gün, 15:48 ATPF və BeFit Baku arasında tərəfdaşlıq memorandumu imzalandı Bu gün, 15:48 Gələn il bazarlarda qiymətlər nədən asılı olacaq? - AÇIQLAMA Bu gün, 15:48 Şahzadə Uilyam və Keyt Midltonun evinə girməyə cəhd – iki nəfər saxlanıldı Bu gün, 14:48 Kamçatka sahillərində 4,5 maqnitudalı zəlzələ oldu Bu gün, 14:48 Əli Əsədov Gürcüstanın Baş nazirinin müavini ilə görüşüb Bu gün, 14:48 Litva XİN rəhbəri: Bu gün "Sabah"-"Barselona" matçında olacağam Bu gün, 14:48 Azərbaycanda yeni mərkəz yaradılır - FƏRMAN Bu gün, 14:48 Tərbiyəçi-müəllimlərin işə qəbulu başlayır Bu gün, 14:48 İlham Əliyevdən ixracda hesablaşmalarla bağlı fərman Bu gün, 14:48 Hacıqabulda seldən zərər çəkmiş fermerə 3 min manata yaxın ödəniş edilib Bu gün, 14:48 Küləkli hava ilə bağlı hərəkət iştirakçılarına xəbərdarlıq Bu gün, 14:48 "Vətən daşı" sənədli filmi "Youtube"da təqdim edilib Bu gün, 14:48 100 milyon il əvvəl su üzərində yeriyən çəyirtkə növü aşkarlanıb Bu gün, 14:48 AYNA: Qusar-Bakı yolunda növbəti elektron tərəzi quraşdırılıb Bu gün, 13:48 Bakıda 23 məktəbə yeni direktor təyin edilib Bu gün, 13:48 Beyləqanın Təzəkənd yaşayış yerində qədim tikili qalıqları aşkarlanıb Bu gün, 13:48 400 tondan artıq təhlükəli toyuq əti məhsulunun dövriyyəsi ilə bağlı üç nəfərə cinayət işi başlanıb Bu gün, 13:48 Bakıda qadın hamamda dəm qazından boğularaq ölüb Bu gün, 13:48 PAŞA Bank KOB-lar üçün yeni "Çevik Kredit" məhsulunu təqdim edir Bu gün, 13:48 Qvardiola İtaliya millisindən aldığı təkliflə bağlı ilk dəfə danışdı Bu gün, 13:48 Altsheymer xəstəliyinin inkişafını ləngidən yeni preparat hazırlanıb Bu gün, 13:48 13 yaşında satışa başladı, 16 yaşında az qala müflis oldu – milyarder uğur sirrini açıqladı Bu gün, 13:48 Azərbaycanla Litva arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalanıb Bu gün, 12:48 Bir turist Azərbaycanda nə qədər pul xərcləyir? - Məbləğ açıqlandı Bu gün, 12:48 Azərbaycan və Litva XİN başçıları arasında görüş başlayıb Bu gün, 12:48 Qubada kişi sevgilisinin adına kredit götürdü, qadınlar dalaşdılar - Təfərrüat Bu gün, 12:48 Bakıda 14, rayonlarda 18 dərəcə isti olacaq Bu gün, 12:48 Özbəkistan parlamentinin sədri Zəfər parkını ziyarət edib Bu gün, 12:48 Mərhum nazirin gəlini ilk dəfə qayınanası ilə görüntülərini paylaşdı Bu gün, 12:48 Prezident İlham Əliyev Litvanın xarici işlər nazirini qəbul edib Bu gün, 12:48 Bakıda şagirdlər arasında insident - DİN-dən açıqlama Bu gün, 12:48 2026-cı ilin ən gözəl qızı seçildi Bu gün, 12:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR