
Vətənində korrupsiyada ittiham olunan Perunun keçmiş prezidenti Alexandro Toledo (2001-2006) ABŞ hakimiyyətinə təslim olub, indi onu Peruya ekstradisiya gözləyir.
“Report” “Reuters”ə istinadən xəbər verir ki, bu barədə ABŞ Marşal Xidməti (təqsirləndirilən şəxslərin məhkəməyə çatdırılmasını təmin edir) məlumat yayıb.
“Perunun keçmiş prezidenti Alexandro Toledo cümə günü ABŞ hakimiyyətinə təslim olub", - agentliyin açıqlamasında deyilib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.