
Amerikanın “Time”("Taym") nəşrinin oxucularının fikrincə, Ukrayna prezidenti Volodimir Zelenski ilin ən nüfuzlu adamı olub. İkinci yerdə Tesla və SpaceX-in baş direktoru İlon Mask, üçüncü yerdə isə Böyük Britaniyanın baş naziri Boris Conson qərarlaşıb.
Zelenski 3,3 milyondan çox səs qazanıb ki, bu da bütün səslərin 5%-ni təşkil edir. Nəşr 2022-ci ilin ən nüfuzlu 100 adamını müəyyən etmək üçün oxucular arasında illik sorğu keçirib. Zelenski birinci yeri tutub.
Tamaşaçıların səsverməsinin nəticələrinə görə ikinci yeri Tesla və SpaceX-in baş direktoru İlon Mask tutub. O, 3,5% səs toplayıb. Ötən il o, bu reytinqdə birinci yeri tutsa da, indi Zelenski mühəndisi keçib. Boris Conson 3,4% səslə üçüncü olub.