23-04-2023, 11:48 804

BTC ilə nəql edilən Qazaxıstan neftinin ilk partiyası Ceyhan limanından yola salınıb

Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə nəql edilən Qazaxıstan neftinin ilk partiyası 22 aprel 2023-cü ildə Türkiyənin Ceyhan limanından yola salınıb.

“Report” xəbər verir ki, bu barədə SOCAR-ın törəmə müəssisəsi olan “SOCAR Midstream Operations” MMC-nin məlumatında bildirilir.

“Tengiz” yatağından hasil edilən 83,2 min ton (665 min barel) neft “Alatau” tankerinə yüklənib. Yükləmə mərasimində SOCAR, “KazMunayQaz”, “Tengizşevroil”, “Kazmortransflot” və onların törəmə şirkətlərinin nümayəndə heyətləri iştirak ediblər.

Bu nailiyyət 2023-cü ilin martında başlayan Qazaxıstanın Aktau limanından Azərtrans Səngəçal terminalına davamlı neft tədarükü və sonradan BTC vasitəsilə nəqli nəticəsində əldə edilib. Ceyhan limanında Qazaxıstan neftinin növbəti partiyasının tankerə yüklənməsi 2023-cü ilin may ayının sonuna planlaşdırılır.

Qazaxıstan neftinin BTC ilə nəqli SOCAR və “KazMunayQaz” şirkəti arasında hər il 1,5 milyon ton neftin tranzitini nəzərdə tutan saziş çərçivəsində həyata keçirilir. “Tengiz” yatağından hasil edilən Qazaxıstan neftinin ilk partiyası “Prezident Heydər Əliyev” tankeri ilə 23 mart 2023-cü ildə Aktaudan Səngəçal terminalına gətirilib.

SOCAR Qazaxıstan neftini BTC boru kəmərinə qəbul etmək üçün 2022-ci ildə Səngəçal terminalının ərazisi və ətrafında toplayıcı boru kəmərləri şəbəkəsinin yenilənməsi istiqamətində mühüm layihələr həyata keçirib. Bu layihələr BTC-nin ötürmə gücündən istifadə səviyyəsini artırıb.

Qazaxıstan neftinin birinci partiyasının Ceyhan limanından yola salınması SOCAR və “KazMunayQaz” arasında tərəfdaşlığın möhkəmləndirilməsi istiqamətində önəmli nailiyyətdir. Bu hadisə Xəzər neftinin dünya bazarlarına nəqli üçün əsas marşrut kimi BTC boru kəmərinin strateji rolunu göstərərək regional enerji əməkdaşlığının əhəmiyyətini bir daha sübut edir.

Qeyd edək ki, BTC vasitəsilə Azərbaycandan Azəri-Çıraq-Günəşli nefti və Şahdəniz kondensatı, eləcə də digər mənbələrdən xam neft və kondensat həcmləri nəql olunur.

BTC-nin hazırkı ötürmə gücü gündə 1,2 milyon barel və ya ildə 50 milyon ton təşkil edir.

1 768 km uzunluğunda olan BTC boru kəməri 2006-cı ilin iyun ayında istismara veriləndən 2022-ci ilin sonunadək bu boru kəməri vasitəsilə ümumilikdə təqribən 531 milyon tondan çox (3,99 milyard barel) xam neft nəql edilmiş və Ceyhanda 5244 tankerə yüklənərək dünya bazarlarına göndərilib.

18 yanvar 2023-cü il tarixində BTC 4 milyard barel neft ixracını qeyd edib.

Paylaş

Xəbər lenti

Rəsmi Bakı Azərbaycanın Rusiyadakı səfirliyinin qonaq evi qarşısındakı təxribatı pisləyib Bu gün, 16:48 129 min izləyicisi olan səhifə müştərilərinin başına nə oyun açdı? Bu gün, 16:48 Azərbaycanda "Balıqçılıq haqqında" qanun qüvvəyə mindi Bu gün, 16:48 Sabah ilin son Ay tutulması baş verəcək Bu gün, 16:48 Nepalda daşqınlarda ölənlərin sayı iki dəfə artaraq 332-yə yüksəldi Bu gün, 16:48 9 nömrəli avtobusda sərnişinlərin üzərinə çirkli su axıb Bu gün, 16:48 Bakıda evli qadını şantaj edən şəxs HƏBS OLUNDU Bu gün, 16:48 Moskvada Azərbaycan səfirliyinin qonaq evinin qarşısındakı təxribatın GÖRÜNTÜSÜ Bu gün, 16:48 Dövlət Komitəsində Gürcüstan nümayəndə heyəti ilə görüş keçirilib Bu gün, 16:48 272 kiloqram arıqlayan gənci görənlər tanımadı Bu gün, 15:48 Sabah Sabirabadın 10 kəndində qaz kəsiləcək Bu gün, 15:48 "Qarabağ"ın iki yeni transferi Bakıda: Biri nigeriyalı, digəri alman Bu gün, 15:48 Respublika Stadionunun qarşısına avtobusların girişi məhdudlaşdırılıb Bu gün, 15:48 Tatlısesin qızından təsirli paylaşım: "Heç nə etmək istəmirəm!" Bu gün, 15:48 Hava Limanında sərnişində narkotik vasitə aşkarlanıb Bu gün, 15:48 Qaraciyəri yağdan qoruyan maddə adi tərəvəzdə tapıldı Bu gün, 15:48 "Sabah" klubuna 5 milyon manat ayrılıb - SƏRƏNCAM Bu gün, 15:48 Bakı metrosu "Qarabağ"ın oyunu ilə əlaqədar iş rejimini dəyişdirəcək Bu gün, 15:48 Ağsuda 141 baş xırdabuynuzlu heyvan oğurlayan şəxs saxlanılıb Bu gün, 14:48 Paşinyan: Köçəryan və Sarkisyan hər şeyi qəpiyinə qədər xalqa qaytarmalıdır Bu gün, 14:48 Donald Tramp ABŞ-də fövqəladə vəziyyət elan etdi Bu gün, 14:48 Avstriyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib Bu gün, 14:48 Məleykə Abbaszadə: Ötən ilin keçid balı builki keçid balının göstəricisi kimi qəbul edilməməlidir Bu gün, 14:48 500-dən yuxarı bal toplayan - 100-dən çox abituriyent kənarda qaldı Bu gün, 14:48 Bitkoinin qiyməti 2029-cu ilin sonunadək 300 min dollara çata bilər Bu gün, 14:48 Sabah Biləsuvarda 6300-dən çox abonentin qazı kəsiləcək Bu gün, 14:48 Sabunçu sakinlərinin illərdir həll edilməyən YOL PROBLEMİ Bu gün, 14:48 Azərbaycan, Türkiyə və Gürcüstan hərbi qulluqçularının iştirakı ilə komanda-qərargah təlimi keçiriləcək Bu gün, 14:48 Azərbaycana ən çox bu ölkələrdən turist gəlib - STATİSTİKA Bu gün, 13:48 Dünyanın ən populyar smartfonunun adı açıqlandı Bu gün, 13:48 Zamiq Hüseynov küsülü olduğu Əməkdar artistlə barışıb Bu gün, 13:48 Azərbaycanda 57 ticarət obyektində aksizli mallarla bağlı pozuntular aşkarlanıb Bu gün, 13:48 Zelenski: "Ukrayna ordusu son 24 saatda Rusiyadakı 16 hədəfi vurub" Bu gün, 13:48 47 il sonra Suriyada BİR İLK - Prezident Əhməd Əş-Şaraa ilk özü sınaqdan keçirdi Bu gün, 13:48 Məktəbli geyimlərinin builki qiymətləri və satış ünvanları - SİYAHI Bu gün, 12:48 Nepalda daşqınlarda ölən və itkin düşənlər arasında Azərbaycan vətəndaşı var? - RƏSMİ CAVAB Bu gün, 12:48 Təhsil Tələbə Krediti Fondundan ali məktəblərə qəbul olunanlara MÜRACİƏT Bu gün, 12:48 Zeynəb Həsəni: "Elə ailəli qadınlar var ki, məndən açıq geyinirlər!" Bu gün, 12:48 Universitetə qəbul olunanların NƏZƏRİNƏ - Sabahdan... Bu gün, 12:48 Sabah 35 dərəcə isti olacaq, güclü külək əsəcək Bu gün, 12:48 DİM: Plan yerləri ən çox üçüncü ixtisas qrupunda dolub Bu gün, 12:48 Yeni təmayül tədris modeli üzrə 8 minə yaxın şagird müraciət edib Bu gün, 12:48 İxtisas qrupları üzrə boş qalan plan yerlərinin sayı açıqlanıb Bu gün, 12:48 AZAL sərnişinlərə müraciət edib Bu gün, 11:48 Fərhad Aşurbəyli daşqınlar olan Nepalda qalıb Bu gün, 11:48 Hörmüz boğazında tankerə hücum edildi Bu gün, 11:48 SOCAR ötən il maliyyə dayanıqlılığını gücləndirib Bu gün, 11:48 Nepalda daşqınlarda ölənlərin sayı 162-yə yüksəldi Bu gün, 11:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR