
Bu gün səhər saatlarında Gürcüstanda iki dəfə zəlzələ baş verib.
Avesta.az xəbər verir ki, bu barədə Gürcüstanın Seysmoloji Monitorinq Milli Mərkəzindən bildirilib.
Tbilisi vaxtı ilə saat 06:12-də 3,6 maqnitudalı yeraltı təkanlar Borjomi şəhəri (Samtsxe Cavaxeti bölgəsi) yaxınlığında qeydə alınıb. Növbəti 3,3 maqnitudalı zəlzələ isə saat 08:42-də Dedoplitskaro şəhəri (Kaxeti bölgəsi) yaxınlığında olub.
Dağıntılar və tələfat barədə məlumat yoxdur.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.