
“Müharibə cinayətkarları məsuliyyətə cəlb edilmədikcə Rusiya ilə gələcək mümkün deyil”.
“Report” “ERR”ə istinadən xəbər verir ki, bunu Estoniya Prezidenti Alar Karis Latviya parlamentinin üzvlərinin qarşısında çıxışı zamanı deyib.
“Biz Rusiya ilə ortaq gələcək haqqında yalnız hərbi cinayətlər məhkəmə qarşısına çıxarıldıqdan sonra düşünə biləcəyik. Bizim üzərimizə düşən tikanlardan biri də Ukraynaya qarşı terror və soyqırımı törətdiyinə görə Rusiya rəhbərliyinin məsuliyyətə cəlb edilməsi ehtimalıdır”-deyə, o bildirib.
Karis çıxışında Rusiyanın Ukraynada apardığı müharibə barədə danışaraq bildirib ki, təkcə Ukraynanın deyil, gələcəkdə yaşayacağımız dünyanın taleyi də təhlükə altındadır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.