
“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın səhhəti çox yaxşıdır, xəstəxanaya aparılması ilə bağlı deyilənlər doğru deyil”.
“AVESTA.AZ” “Haber Global”a istinadən xəbər verir ki, bu barədə Türkiyənin vitse-prezidenti Fuad Oktay bildirib.
“Səhhəti çox yaxşıdır, daim əlaqə saxlayırıq. Prezidentin yüngül soyuqlaması var”- Oqtay əlavə edib.
Dezinformasiyaya qarşı Mübarizə Mərkəzi isə bəzi sosial media hesablarında paylaşılan “Prezident Ərdoğanın infarkt keçirərək xəstəxanaya yerləşdirildiyi” xəbərlərin həqiqətə uyğun olmadığını bəyan edib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.