30-04-2023, 13:41 677

XTQ-nin yaradılması günü münasibətilə tədbir keçirilib

Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) yaradılmasının 24-cü ildönümü münasibətilə tədbir keçirilib.

Bu barədə "AVESTA.AZ"a Müdafiə Nazirliyindən bildirilib.

Əvvəlcə Xüsusi Təyinatlı Qüvvələrin komandanı, Vətən Müharibəsi Qəhrəmanı general-leytenant Hikmət Mirzəyev və bir qrup hərbi qulluqçu Aprel döyüşlərinin və Vətən müharibəsi şəhidlərinin məzarlarını ziyarət edib, üzərinə tər güllər düzərək, dərin ehtiramlarını bildiriblər.

Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində davam edən tədbirdə XTQ-in zabit, gizirləri, eləcə də ehtiyatda və istefada olan hərbi qulluqçuları iştirak ediblər. Vətən müharibəsinin Zəfər Bayrağı səhnəyə gətirildikdən sonra Ümummilli Lider Heydər Əliyevin və müstəqilliyimiz, ərazi bütövlüyümüz uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirin aparıcı Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani ildönümü mərasimini açıq elan edərək Ulu Öndər Heydər Əliyevin tapşırığı ilə yaradılan XTQ-in tarixindən danışıb. Aprel döyüşlərində və Vətən müharibəsində torpaqlarımızın düşmən işğalından azad edilməsində XTQ-in misilsiz xidmətlərindən söz açıb. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin XTQ-yə böyük dəyər verdiyini, onların qəhrəmanlıqlarını hər zaman yüksək qiymətləndirdiyini bildirib.

Tədbirdə müdafiə naziri general-polkovnik Zakir Həsənovun təbrikləri şəxsi heyətə çatdırılıb. Ali Baş Komandan və Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən xüsusi təyinatlılara göstərilən diqqətə, qayğıya və etimada görə minnətdarlıq ifadə olunub. Vurğulanıb ki, xüsusi təyinatlılar qarşıya qoyulan istənilən tapşırıqları qısa zamanda və yüksək səviyyədə icra etməyə hər an hazırdır.

Çıxış edən XTQ veteranları və hazırda xidmətdə olan hərbi qulluqçuları bu gün də Ali Baş Komandanın hər bir əmrinə hazır olduqlarını qeyd ediblər. 30 aprel Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin yaranmasının 24-cü ildönümü münasibətilə bütün silahdaşlarını təbrik edib və XTQ mənsubu olmaqdan qürur duyduqlarını bildiriblər.

Sonra xüsusi təyinatlıların fəaliyyətinə həsr olunan videoçarx nümayiş olunub, Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı heyəti tərəfindən vətənpərvərliyi tərənnüm edən mahnılar səsləndirilib.

Tədbirin sonunda bir qrup incəsənət nümayəndəsi Xüsusi Təyinatlı Qüvvələrin komandanlığı adından mükafatlandırılıb.

Paylaş

Xəbər lenti

"Tasnim": ABŞ-nin ələ keçirdiyi gəmidəki iranlılardan altısı azad olunub Bu gün, 00:48 Orxan Fikrətoğlu: "Allahdan qorxmayan insan birmənalı olaraq təhlükəlidir" Bu gün, 00:48 ADNA-da törədilən terror aktından 17 il ötür Bu gün, 00:48 XTQ-nin yaradılmasından 27 il ötür Bu gün, 00:48 Çaykənd əməliyyatından 35 il ötür Bu gün, 00:48 Pentaqon iki vacib vəzifəsini açıqladı Dünən, 23:48 "50-yə yaxın evə ziyan dəydi" - Selin fəsadları ilə bağlı hansı işlər görülür? Dünən, 23:48 Ermənistanda seçicilərin satın alınması işi üzrə daha beş nəfər saxlanılıb Dünən, 23:48 ABŞ-də əyləncə parkındakı iğtişaşlar zamanı iki polis xəsarət alıb Dünən, 23:48 Azərbaycanla Kolumbiya arasında mina problemi ilə bağlı əməkdaşlıq məsələsi müzakirə olunub Dünən, 22:48 "Axios": ABŞ İrana qarşı yeni hücum planı hazırlayıb Dünən, 22:48 Putin və Tramp arasında telefon danışığı olub Dünən, 22:48 PSJ-nin gürcü futbolçusu "Qızıl top"a namizədlər sırasında Dünən, 22:48 Bakıda bağ evlərinin aylıq kirayə qiyməti 40 min manata çatır Dünən, 22:48 ABŞ-dən İranla bağlı şok plan: "Qısa və güclü" zərbələr hazırlanıb Dünən, 22:48 Zelenski: Ukrayna Rusiya ilə yeni əsir mübadiləsinə hazırlaşır Dünən, 21:48 Bakı və Abşeronda torpaq sahələrinin QİYMƏTLƏRİ - SİYAHI Dünən, 21:48 Azərbaycan Texnologiya Universitetinin baş müəllimi vəfat edib Dünən, 21:48 "Əlil uşağım var, məni də aldatdılar" - Sosial şəbəkədə dələduzluq Dünən, 21:48 GTA VI oyununun qiyməti 100 dollar olacaq? Dünən, 20:48 Sülh və Yerablur arasında qalan Ermənistan: Koçaryana cavab Dünən, 20:48 Bakının premium ərazilərində torpaq: 1 sot 2 milyon manata satılır Dünən, 20:48 Pentaqon: İranla müharibə ABŞ-yə 25 milyard dollara başa gəlib Dünən, 20:48 Bakıda məktəbdə nə baş verib? - 5 şagird xəstəxanaya aparıldı Dünən, 20:48 Bakıda mənzillərin qiymətləri yüksəldi Dünən, 20:48 Eldar Səlimov İraq DİN-in generalı ilə görüşüb Dünən, 19:48 Danimarka şirkəti Azərbaycanda külək turbinlərinin istehsalını lokallaşdıra bilər Dünən, 19:48 Leyla Əliyeva Şəkiyə səfərindən paylaşım edib Dünən, 19:48 "Çelsi"nin ukraynalı oyunçusu 4 il futboldan kənarlaşdırıldı Dünən, 19:48 Azərbaycanlı xanım çinli bəylə evləndi Dünən, 19:48 Allahşükür Paşazadə: "Ümumdünya Kilsələr Şurası sülh prosesinin pozulmasında alət kimi istifadə olunur" Dünən, 19:48 Dünya azərbaycanlıları Nyu-York merinin paylaşımına qarşı petisiya başladıb Dünən, 19:48 14 yaşlı qızla 19 yaşlı oğlan qonaq getdikləri evin hamamında zəhərləndi, biri ÖLDÜ - Araşdırma aparılır Dünən, 18:48 Azərbaycan Texnologiya Universitetinin baş müəllimi vəfat etdi Dünən, 18:48 Bakı metrosu WUF13 iştirakçılarına müraciət edib Dünən, 18:48 Azərbaycanda xarici bank kartı ilə ictimai nəqliyyatda ödəniş mümkün olub Dünən, 18:48 Azərbaycan və Ermənistan delimitasiya üzrə layihələri razılaşdırıb və mübadilə ediblər Dünən, 18:48 Səid Xətibzadə: ABŞ ilə müharibə hələ bitməyib, İran müdafiə mövqeyini qoruyur Dünən, 18:48 Bakda yeni xəstəxana tikiləcək - Psixiatriya və narkoloji mərkəzləri olacaq Dünən, 18:48 DGK sədri: "Temu" ilə məlumatların əvvəlcədən təqdim olunması barədə razılıq əldə edilib Dünən, 17:48 Gömrükdə 300 dollarlıq limit dəyişdirilir? - DGK sədri açıqladı Dünən, 17:48 Bakıda KIA-lara qənim kəsilən şəxslər saxlanıldılar Dünən, 17:48 Kəmaləddin Heydərov Özbəkistanda səfərdə olub Dünən, 17:48 Uşaq musiqi məktəblərində müəllimlərin bilikləri sertifikasiya əsasında qiymətləndiriləcək Dünən, 17:48 Yerin təkindən qanunsuz istifadə edənlər cəzalandırıldı Dünən, 17:48 "Neftçi" - "Qarabağ" matçına hakim təyinatları açıqlanıb Dünən, 17:48 Səhiyyə Nazirliyinə yeni səlahiyyət verildi Dünən, 17:48 Kəmaləddin Heydərov rəis müavini təyin etdi Dünən, 17:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR