
Zəngilan rayonu 33 saylı orta məktəbin şağirdləri Gəncədə şəhid Orxan Həsənovun məzarını ziyarət ediblər.
Avesta.az xəbər verir ki, 3 C sinfinin rəhbəri Günay Mirzəyeva şagirdləri əvvəlcə 44 günlük Haqq Savaşında Füzulidə şəhidlik zirvəsinə ucalan Orxan Həsənovu ailəsi ilə tanış edib. Daha sonra şagirdlər "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə", "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilmiş şəhidimizin Gəncə Şəhidlər Xiyabanındakı məzarını ziyarət edərək, onun və digər şəhid əsgər və zabitlərimizin qəbrləri üzərinə güllər düzüblər.
Qeyd edək ki, Orxan Həsənov 1991-ci il mayın 9-da Gəncə şəhərində anadan olub.Orxan Həsənov 2009-2011-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2014-cü ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi.






© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.