
Azərbaycan boksçusu Ümid Rüstəmov Özbəkistanın paytaxtı Daşkənddə bu gün start götürən dünya çempionatına qələbə ilə başlayıb.
"AVESTA.AZ"un məlumatına görə, 57 kq-da çıxış edən idmançı 1/32 finalda mərakeşli Süleyman Samqulini sınağa çəkib.
Hakimlərin yekdil qərarı ilə qələbə qazanan Rüstəmov ikinci və üçüncü raundlarda rəqibini noqdauna salmağı bacarıb.
Qeyd edək ki, mayın 15-dək davam edəcək mundialda Azərbaycanın ümumilikdə 13 boksçusu qüvvəsini sınayacaq.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.