
ABŞ-nin Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri (CDC), ölkədə meymunçiçəyinə qarşı istifadə ediləcək peyvəndi bazara çıxarmağa başladığını açıqlayıb.
CDC-nin Yüksək Nəticəli Patogenlər və Patologiya Bölməsinin direktor müavini Cennifer MakQuiston mətbuata bildirib ki, iki dozalı “Jynneos” peyvəndi (həm meymunçiçəyi, həm də çiçək xəstəliyinin qarşısını almaq üçün lisenziyalı) satışa buraxılıb.
ABŞ-də yoluxma sayının artma ehtimalının olduğunu bildirən MakQuiston, "Bizim yaxşı peyvənd ehtiyatımız var" deyib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.