
Türkiyənin Hatay vilayətində ağır yol-nəqliyyat hadisəsi baş verib, ilkin məlumata görə, altı nəfər ölüb, 30-dan çox yaralı var.
"AVESTA.AZ" "Haber Global"a istinadən xəbər verir ki, hadisə Belen rayonunda qeydə alınıb.
Yük avtomobili əsgərləri yola salan izdihamın içərisinə çırpılıb. Yaxınlıqda olan iki mikroavtobus da zərbənin təsirindən yanmağa başlayıb.
Ümumilikdə qəza zamanı 12 avtomobilə ziyan dəyib.
Hadisə yerində təcili tibbi yardım və Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) xilasetmə briqadaları işləyir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.