
Azərbaycan Basketbol Liqasının (ABL) pley-off mərhələsində növbəti yarımfinal oyunu keçirilib.
"AVESTA.AZ"un məlumatına görə, ikinci yarımfinal seriyasının ilk görüşündə NTD və "Gəncə" komandaları üz-üzə gəliblər.
"Sərhədçi" İdman Mərkəzində baş tutan qarşılaşma "Gəncə" basketbolçularının inamlı qələbəsi ilə yekunlaşıb - 101:73. Bu qalibiyyət sayəsində "Gəncə" seriyada 1:0 hesabı ilə önə keçib.
Ən məhsuldar basketbolçular NTD-dən Brayson Robinson (14 xal, 6 ribaund), "Gəncə"dən isə Ceylen Qeddi (34 xal, 7 ribaund) olublar.
Qeyd edək ki, seriyanın ikinci matçı mayın 10-da Gəncədə təşkil ediləcək.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.