
Rusiyanın Kurqan vilayətində baş verən yanğınlarda 21 nəfər ölüb.
“AVESTA.AZ” xəbər verir ki, bu barədə TASS-a tibb xidmətlərindən məlumat verilib.
“Ölənlərin sayı 19-dan 21-ə yüksəlib. Ölənlərin sayı arta bilər”, - mənbə bildirib.
Qeyd edək ki, mayın 7-dən Kurqan vilayətinin bir sıra yaşayış məntəqələrində təbii yanğınlar başlanıb. Nəticədə yaşayış yerlərində 42 ev məhv olub.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.